Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə9/27
tarix11.05.2023
ölçüsü0,69 Mb.
#111368
1   ...   5   6   7   8   9   10   11   12   ...   27
BƏŞİROV KAMİL KAMAL OĞLU

lik halın şəkilçisiz (qeyri-müəyyən) variantı daha çox işlənmişdir. H.Mir-
zəzadənin qeyd etdiyi kimi, bu vəziyyət qrammatik əlaqənin formal cəhət-
dən hələ formalaşmamasından irəli gəlirdi
4
. Oğuz qrupu türk dillərində 
təsirlik halın göstəricisi saitlərdən sonra -nı
4
(-yı
4
), samitlərdən sonra -ı
4
-
dır. Türk və qaqauz dilində, o cümlədən Azərbaycan dilinin Qərb və keçid 
şivələrində -yı
4
forması daha geniş yayılmışdır. Digər türk dillərində təsir-
lik halın -nö, -no, -di, -do, -tı, -ta, -si, -şi, -vi, -xi, -çi və s. şəkilçilərinin ol-
duğu qeyd edilir
5
. Təsirlik hal şəkilçisi, adətən, dördvariantlı olduğu halda, 
türkmən dilində ikivariantlıdır: sakqalını, gözini. Azərbaycan və türk dillə-
rinin dialektlərində təsirlik halın həm iki, həm də birvarinatlı formaları
mövcuddur. İkivariantlı şəkilçilər Azərbaycan dilinin Naxçıvan, Muğan, 
Göyçay şivələrində (yerı:, ato:ı, nənö:zı, dostu:zı), birvariantlı forma isə 
Bakı, Təbriz, Quba, türk dilinin Rizə, Trapezund, Qars və s. şivələrdə geniş 
yayılmışdır: Oğlannari öldürdün, qızi de öldür. Mollanı da şakzade 
boynuni vurdi, gene qızi aldı
6

1
Korkmaz Zeynep. Araştırmalar. II c. Ankara, 2005, s.551. 
2
Dəmirçizadə Ə. Kitabi-Dədə Qorqud dastanlarının dili. Bakı, APİ nəşri, 1959, 
s.76. 
3
Cəlilov F.A. Azərbaycan dilinin morfonologiyası. Bakı, Maarif, 1988, s.186. 
4
Mirzəzadə H. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı, 1990, s.46. 
5
Щербак А.М. Очерки по сравнительной морфологии тюркских языков 
(Имя). Ленинград, Наука, 1977, с.57. 
6
Векилов А.П. Турецкая диалектология. Ч. I. Изд-во ЛУ, 1973, с.64-65. 


17 
XVIII əsrə qədərki ədəbi dil materiallarında «n» ünsürü təkcə saitlər-
dən sonra deyil, samitlərdən sonra da işlənmişdir: bizni, aləmni, gözümnü. 
T.Hacıyev tərəfindən «aparıcı meyildən kənara çıxma» kimi səciyyələndi-
rilən bu hala bəzi XIX əsr şairlərinin dilində də rast gəlinir
1

Türkologiyada təsirlik halın şəkilçisi «-ı»-nın daha qədim formadan «-
ıg»-dan törəməsi fikrinə istinadən F.Cəlilov bu nəticəyə gəlir ki, həmin 
morfem mənsubiyyət şəkilçisinin qədim arxetipi «-ın»-dan törəyə bilər
2

B.Serebrennikov və N.Hacıyevaya görə, təsirlik halın şəkilçisi indi unudul-
muş, qədim işarə əvəzliyi «ı»-dan törəmiş ola bilər
3

II şəxsdə mənsubiyyət şəkilçisi qəbul etmiş sözün hansı halda olmasını 
yalnız mətn daxilində müəyyən etmək olur. Məsələn, dostun sözündəki -
un hissəsinin mənsubiyyət, yoxsa yiyəlik və ya təsirlik hal göstəricisi oldu-
ğunu təklikdə təyin etmək mümkün deyil. Azərbaycan dilinin şivələrində 
mənsubiyyət göstəricisi kimi sağır ŋ, təsirlik hal göstəricisinin qalığı kimi 
saf «n» səsindən istifadə edilir. Məsələn, qərb qrupu şivələrində Oğluŋ 
evləndi. – Oğlun evləndirdi. 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin