Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə12/27
tarix11.05.2023
ölçüsü0,69 Mb.
#111368
1   ...   8   9   10   11   12   13   14   15   ...   27
BƏŞİROV KAMİL KAMAL OĞLU

benim) 
2. Yönəltmə əvəzinə yüklətmə: on yaşını (on yaşına), dedemi 
(dedeme) 
3. Bulunma əvəzinə yönəltmə: köyümüze (köyümüzde), odaya otursun 
(odada otursun) 
4. Yönəltmə əvəzinə bulunma: ayın batmasında (ayın batmasına) 
5. Çıkma halı əvəzinə bulunma: Ben gidem bur qarıda (karıdan) 
6. Bulunma əvəzinə çıkma: Bu gece bir rüya gördim uykudan 
(uykuda) və s.
1
Türk dialektləri üzrə apardığımız müşahidələr zamanı biz də müxtəlif 
hal əvəzlənmələri ilə rastlaşdıq. Məsələn, Bandırma – Antalya (Cənub – 
Qərb dialekti) ağızları üçün təsirlik və yönlük halların bir – birini əvəz 
etməsi az qala norma səviyyəsindədir: 
1. Bizim burdu kızla on yaşını (yaşına) girdimi dünür gəli. 
2. Bəyənildimi nişanlasın ğızına (qızını). 
3. Qızın bubası qəbul idə una (onu). 
4. Daş üstünü çıkarla (üstünə). 
5. Ore vadı – mı başından sinilərə (siniləri), başındakı 
bohçılara (boxçaları) alırla.
2
Hal əvəzlənmələrinə az da olsa, digər dialektlərdə də rast gəlinir: 
Yolda (yolla) gidəkən a:şam ğarib olmaila. O höyünün (köyün) ayanına 
muracat etmişlər. Buna siz düşkinüm (Orta Anadolu, Afyon-Qarahisar 
ağzı). 
Q.Mengliyeva 
türkmən 
dilinin 
Sakar 
dialektinin 
morfoloji 
xüsusiyyətlərindən bəhs edərkən göstərir ki, bu dialektdə halların bir – 
birini əvəz etməsi hadisəsi geniş yayılmışdır. Əvəzlənmə, əsasən, aşağıdakı 
hallar üzrə baş verir: 
1
Korkmaz Zeynep. Türk dili üzerine Araştırmalar, Ankara, 2005, I c., s.600-603 
2
Векилов А.Р. Турецкая диалектология, Ленинград, 1973, с.41-42. 


21 
1. Yiyəlik hal şəkilçisiz işlənir: o: ba arası (obanın arası) 
2. Yönlük hal şəkilçisiz işlənir:Yo:laten ğüttim (Yölötene ğitdim), 
Kerki vardım (Kerkə bardım) 
3. Təsirlik hal şəkilçisiz işlənir: Qereğin alık qəl (Gərəyini alıp gəl) 
4. Təsirlik hal yönlük əvəzinə: Ahır vir yerləri variye (Axır bir erlere 
baryar) və s.
1
Qədim türk yazılı abidələri ilə Azərbaycan dili dialektlərini müqayisə 
edən R.Rüstəmov bu qənəatdədir ki, Azərbaycan dialektlərində də yazılı 
abidələrdə olduğu kimi, halların bir – birini əvəz etməsi hadisələri çox 
geniş yayılmışdır. O, konkret nümunələr əsasında izah edir ki, əsas hal 
(adlıq) təsirlik və yerlik, çıxışlıq hal yönlük və ya əksinə, yönlük hal 
çıxışlıq hal, yerlik hal çıxışlıq hal vəzifəsində və s. işlənə bilir. 
S.Behbudov Zəngilan şivələri əsasında Azərbaycan dialektlərində 
halların funksiyaca bir – birini əvəz etməsini kifayət qədər dolğun 
materiallarla şərh etmişdir. Maraqlıdır ki, müəllif təkcə dialekt materialları 
ilə kifayətlənməyərək klassik şairlərin və yazılı abidələrin dilindən aldığı 
nümunələri də müqayisə məqsədilə dialektdən gətirdiyi nümunələrə əlavə 
etmişlər.
2
Azərbaycan dilində hal əvəzlənmələrindən çox geniş şəkildə bəhs edən 
müəlliflərdən biri də M.Məmmədlidir. O, «Azərbaycan dili şivələrində 
ismin qrammatik kateqoriyaları» adlı monoqrafiyasında bu məsələyə xüsusi 
bir paraqraf həsr edərək şivələrdə hal əvəzlənmələrini ardıcıllıqla nəzərdən 
keçirmişdir.
3
Müasir Azərbaycan dilində hal əvəzlənmələri hadisəsi B.Xəlilovun da 
diqqətindən yayınmamış, adlıq halın yönlük, yerlik hallar, təsirlik halın 
adlıq, yönlük hallar, yönlük halın təsirlik, çıxışlıq hallar, yerlik halın 
çıxışlıq, çıxışlıq halın isə yerlik hal vəzifəsində işlənməsi məsələsini kifayət 
qədər geniş şərh edərək müasir Azərbaycan dilindən uyğun nümunələr 
verməklə nəinki qədimlərdə, bu günün özündə belə hal əvəzlənmələrinin 
davam etdiyini əsaslandırmışdır. 
4
1
Менглиева Н. Некоторые фонетические, морфологические и лексические 
особенности сакарского диалекта туркменского языка / ВДТЯ, Баку, 1966, 
с.123. 
2
Вопросы диалектологии тюркских языков, Баку, Наука, 1964, т.ЫV, ст.198-
202. 
3
Məmmədli M, Azərbaycan dili şivələrində ismin qrammatik kateqoriyaları, Bakı, 
Elm, 2003, s.90-111. 
4
Xəlilov B. Müasir Azərbaycan dilinin morfologiyası, Bakı, Nurlan, 2007, s.157-
187. 


22 
II fəslin «Mənsubiyyət kateqoriyasının morfoloji əlamətləri» adla-
nan bölməsində mənsubiyyət kateqoriyası və onun morfoloji göstəriciləri 
tarixi-linqvistik təhlilə cəlb edilir.
Məlumdur ki, mənsubiyyət kateqoriyası da dildə ən ilkin və əsas kate-
qoriyalardandır. Bu kateqoriya ilə subyektlə obyekt arasındakı mənsubluq 
əlaqəsi tənzimlənir. N.K.Dmitriyev türk dillərində şəxslər üzrə iki mənsu-
biyyət tipinin olduğunu yazır: «mücərrəd və konkret mənsubiyyət. Mücər-
rəd mənsubiyyət dedikdə, sintaktik (kitab mənimdir), konkret mənsu-
biyyətdə isə morfoloji (mənim kitabım) reallaşmanı nəzərdə tutur
1
. Q.Kazı-
mov mənsubiyyət anlayışının dilimizdə 3 üsulla reallaşmasını qeyd edir: 1) 
analitik-sintetik üsul (sənin evin, onun qızı); 2) sintetik üsul (evin, qızın); 
3) analitik üsul (sizin ev, sizin qız)
2

Formalaşdığı dövrdən bəri türk dillərində mənsubiyyət göstəriciləri de-
mək olar ki, dəyişməmişdir. Mənsubiyyət kateqoriyası göstəricilərinin əmə-
lə gəlməsi haqqında fikir müxtəlifliyinə baxmayaraq, belə bir hipoteza 
geniş yayılmışdır ki, mənsubiyyət şəkilçiləri şəxs və işarə əvəzliklərindən 
törəmədir. Yalnız III şəxsin mənsubiyyət göstəricisinin mənşəyi ilə bağlı 
müəyyən fikir ayrılıqları mövcuddur ki, bu da ümumi nəticə fonunda o qə-
dər də diqqəti çəkmir. Bəzi müasir türk dillərində mənsubiyyət göstəricilə-
rinin şəxs əvəzliyi formasını saxlaması mənsubiyyət göstəricilərinin şəxs 
əvəzliklərindən törəməsini təsdiq edən faktlardandır: yulbız – yolumuz 
(tatar), atıbız – atımız (kumuk), atabız – atamız (qırğız, başqırd, qazax) və 
s. 
Oğuz qrupu türk dillərində I şəxsin mənsubiyyət şəkilçiləri bəzi dialekt 
özəllikləri nəzərə alınmaqla demək olar ki, bir-birinin eynidir. Məsələn, 
türk dilinin Kosova şivəsində mənsubiyyət göstəricisindəki u saiti çox 
zaman o kimi tələffüz edilir: cocuğum – cocoğom, kolumuz – kolomos
3

Türkmən dilində şəkilçilər, əsasən, ikivariantlı olub, dodaqlanmayan 
saitlidir: qolım, gülim – qolımuz, qilimiz. Bu dildə saitlə qurtaran isimlərə 
mənsubiyyət şəkilçisi qoşulduqda sözün son saiti uzun tələffüz edilir: 
cağa:m, çağa:mız
4

1
Исследования по сравнительной грамматике тюркских языков. Морфоло-
гия. Москва, 1956, с.23-24. 
2
Kazımov Q. Müasir Azərbaycan dili. (Morfologiya). Bakı, Elm və Təhsil, 2010, 
s.88-89. 
3
Türk dili / Aylık dergi. Ankara, avqust, 1994, sayı 21, s.30-31. 
4
Oğuz qrupu türk dillərinin müqayisəli qrammatikası. II hissə. Bakı, Elm, 1986, 
s.14. 


23 
Oğuz qrupu türk dlillərində II şəxsin təki və cəmi üçün mənsubiyyət 
şəkilçiləri -n, -ŋ, -ıŋ
4
, -ın
4
, -ŋız
4
, -nız
4
, -ıŋız
4
, -ınız
4
kimi formalaşmışdır. 
Dialekt və şivələrdə -ığ
4
, -ğ, -ıv
4
, -ız
4
və s. kimi fonovariantlar da mövcud-
dur. Türkoloqların əksəriyyəti II şəxsin təki üçün mənsubiyyət göstəricisi 
kimi -ıŋ
4
variantını arxetip hesab edirlər. 
-ŋ, -ıŋ
4
və -iŋ variantı türkmən ədəbi dili Azərbaycan dilinin Qərb 
qrupu dialektləri üçün xarakterikdir: ataŋ, kardaşıŋ, dayzaŋ və s. Qax 
rayonu, Dağıstanın Tabasaran rayonu, Təbriz, Kərkük şivələrində şəkilçi-
dəki «n» səsinə «v» səsi uyğun gəlir: atın – atıv, dostun – dostuv, sözün – 
sözüv, atan – atav, nənən – nənəv və s. Azərbaycan dilinin Qax şivəsində -
ın
4
şəkilçisinin -ığ variantı da mövcuddur: başın – başığ, gözün – gözüğ
1

E.Əzizov «Kitabi-Dədə Qorqud»da II şəxs mənsubiyyət göstəricisi 
kimi -ğ formasının kifayət qədər aktiv olduğunu söyləyir: Ağ saqqalı atağı
ağ birçəkli anaŋı sorar olsaŋ sağdır Bamsı
2
. XVI əsr türkcəsi ilə Füzuli 
dilini müqayisə edən Z.Korkmaz qeyd edir ki, Füzulidə saf n səsi əvəzinə 
çox vaxt velyar ŋ səsindən istifadə edilmişdir: atan – ataŋ, baban – babaŋ
3

Oğuz qrupu türk ağızlarında II şəxsin cəminin mənsubiyyət şəkilçisinin çox 
geniş tələffüz variantları mövcuddur: 
1. -ıŋız, -ŋız: sözüŋüz, ataŋız, bacıŋız, əliŋiz (Azərb. dilinin Qərb şivə-
si) 
2. -ıyız, -yız: atayız, sözüyüz, bacıyız, əliyiz (İrəvan, Zaqatala, Qax şi-
vələri) 
3. -uvuz, -vuz: atovuz, dostuvuz, sözüvüz (Qax, Tabasaran, Təbriz, Şir-
van şivələri) 
4. -ığız, -ğız: atağız, nənəğız, sözüğüz (Cəbrayıl, Qubadlı-Goruş şivələ-
ri) 
5. -uz, -u:z: nənouz, dostu:z, sözü:z (Təbriz, Muğan, Naxçıvan, Anado-
lu əfşarları, Bartin yörəsi) 
6. -a:z//-az: ata:z, nəna:z, qardaşa:z (Şəki, Muğan şivələri)
4
Müqayisə edilən dillərdə III şəxsin təki və cəmi üçün mənsubiyyət 
göstəricisi eynidir: -ı
4
. Fərq bundadır ki, söz saitlə bitdikdə şəkilçinin önünə 
bufer «s» samiti əlavə edilir: bacısı, nənəsi, balası. Qaqauz dilində III 
1
Şirəliyev M. Azərbaycan dialektologiyasının əsasları. Bakı, Maarif, 1968, s.96. 
2
Əzizov E. Azərbaycan dilinin tarixi dialektologiyası. Bakı, BDU nəşri, 1999, 
s.185. 
3
Korkmaz Zeynep. Araştırmalar. I c. Ankara, 2005, s.528-529. 
4
Korkmaz Zeynep. Göstərilən əsəri, s.126. Şirəliyev M., Göstərilən əsəri, s.155-
157. 


24 
şəxsin təkində bir sıra sözlər ikiqat mənsubiyyətdə işlənir: annı (alnı) – 
annısı, boynu – boynusu. Bu hala Azərbaycan dilində həm ədəbi dil, həm 
də dialekt səviyyəsində rast gəlinir: biri - birisi, kimi – kimisi, çoxu – çoxu-
su (ədəbi dil); dostusu, sədrisi, əmioğlusu, üçüsü (Zəngilan, Təbriz və s. 
şivələr). Bu dil hadisəsinə qədim yazılı abidələrin, «Kitabi-Dədə Qor-
qud»un, M.Şəhriyarın dilində də rast gəlinir: Bu bitiq bitiqme atısı Yolluğ 
tigin (Orxon-Yenisey abidəsi); İki talısının üstünə buğanın köpük turdu 
(KDQ); Kəhlik oxur, dalısında fərəsi (M.Şəhriyar)
1

Türkologiyada III şəxsin mənsubiyyət şəkilçisinə qoşulan «s» elemen-
tinə münasibət birmənalı deyildir. Q.İ.Ramstedtə görə, pratürkdə -i üçüncü 
şəxsin təki, -sı isə cəmini ifadə etmiş, dilin sonrakı inkişafında bu fərq 
aradan qalxmışdır
2
. E.V.Sevortyanın fikrincə, III şəxsin mənsubiyyət 
göstəricisi -sı türk dillərinin çox qədm dövründə mövcud olmuş, «sın» III 
şəxs əvəzliyindən törəmiş ola bilər
3
. F.Cəlilov III şəxs mənsubiyyət göstə-
ricisinin arxetipini -ı, -sı, -ta kimi müəyyən edərək burada -s/-t elementlə-
rini kəmiyyət göstəricisi kimi qəbul etməyin tərəfdarıdır
4
. Bizə belə gəlir 
ki, -s/-t elementlərini kəmiyyət göstəricisi hesab etmək fikri özünü 
doğrultmur. Belədə onunla paralel olan -y, k-ğ (suyu, hankı, qanğı) ele-
mentlərini də bu xassəli saymaq lazım gələrdi. III şəxsin təkində mənsubiy-
yət şəkilçisinə qoşulan «s» elementi B.Serebrennikovun söylədiyi kimi, iki 
saitin yanaşı gəlməsinin qarşısını almaq zərurətindən yaranan bufer 
samitdir
5

Oğuz qrupu türk dillərində mənsubiyyət anlayışı yaratmada digər yar-
dımçı morfoloji vasitələrdən də istifadə edilir: -lı
4
, -kı
4
: şəhərli, şıxlı, dağlı, 
axşamkı, bizimki, qardaşımınkı və s. 
Fəslin 3-cü bölməsi «Kəmiyyət kateqoriyasının morfoloji əlamətlə-
ri» adlanır. Oğuz qrupu türk dillərində kəmiyyət kateqoriyasının morfoloji 
əlamətləri bunlardır: -lar, -lər (Azərb.), -lar, -ler (türk, türkmən), -lar, -nar -
nər (qaqauz). Tam və ya yarımçıq assimilyasiya nəticəsində istər şifahi ədə-
bi dildə, istərsə də dialektlərdə kəmiyyət şəkilçisinin -nar, -zar, -dar, -rar və 
1
Məmmədli M. Azərbaycan dili şivələrində ismin qrammatik kateqoriyaları, 
Bakı, Elm, s.144-145. 
2
Рамстедт Г.И. Введение в алтайское языкознание. Морфология. Москва, 
Изд-во Иностранной литературы, 1957, с.57. 
3
Исследования 
по 
сравнительной 
грамматике 
тюркских 
языков. 
Москва,1956, с.42-43. 
4
Cəlilov F. Göstərilən əsəri, s.207. 
5
Серебренников Б., Гаджиева Н. Эюстярилян ясяри,
s.101. 


25 
s. kimi müxtəlif formaları yaranır. Dialektlərdə bəzən -lar
2
cəmlik gös-
təricisi -lan
2
şəklini də ala bilir: kitaplan, adamlan və s. Şəkilçinin son 
samitinin düşməsi hadisəsi də geniş yayılmışdır. M.Şirəliyev bu halı bütün 
türk dili dialekt və şivələrində geniş yayılan bir fonetik hadisə kimi 
dəyərləndirir
1
. Nümunələrə diqqət edək: oğlanna, adamlaın, alılla (Azərb. 
Meğri və Zəngilan şivələri); kızla, hayvanna, akışırla (türk. Cənub-Qərb 
dialekti); qedilya, sorurla, kızla (qaqauz, vulkaneşt dialekti); oğlalla, qeçil-
lə, berdile (türkmən, Emud, Təkə, Nohur və s. dial.). F.Cəlilovun -la 
göstəricisini müstəqil qədim kəmiyyət şəkilçisi hesab etməsi ilə razılaşan 
R.Əskər M.Füzulidən gətirdiyi nümunələrlə bu fikri daha da qüvvətləndirir: 
Rustani sevəllə cümlə mərdan, Sürtəllə məni məzari-yarə
2

N.A.Baskakova görə, cəmlik şəkilçiləri morfoloji kateqoriya göstəricisi 
olaraq əşyaya çoxluq məzmunu verməkdən başqa həm də mübtəda və xəbər 
arasında əlaqə yaradan sırf sintaktik vasitə kimi çıxış edir
3
. N.K.Dmitriyev 
çoxluq məzmunlu sözlərin cəm şəkilçisi qəbul etməsini «genişlənmiş 
çoxluq» adlandırır: tuvlar, gümüşlər, mislər və s
4
. Q.Kazımov mənəvi və 
mücərrəd anlayışları bildirən isimlərə cəm şəkilçisi artırılarkən onlarda 
daxili kəmiyyət artıqlığının deyil, növ müxtəlifliyinin yarandığını qeyd 
edir: arzu – arzular, istək – istəklər, xəyal – xəyallar və s
5

Kəmiyyət morfemi -lar
2
-ın necə formalaşması haqqında türkoloji dilçi-
likdə müxtəlif mülahizələr mövcuddur. V.Kotviç -lar və -lan-ı eyni mənşə-
li, T.Kovalski isə -lar-ı müstəqil mənalı təxmini kəmiyyət ifadə edən qədim 
söz adlandırır
6
. N.Dmitriyev belə bir ehtimal irəli sürür ki, ola bilsin, bu şə-
kilçi 3-cü şəxsi ifadə edən olar/alar əvəzliyindən törəmişdir
7
. Z.Korkmaz bu 
barədə bəzi müəlliflərin fikirlərini təhlil edərək hələ də -lar şəkilçisinin 
etimologiyasının qaranlıq olduğunu söyləyir
8
. Ə.Tanrıverdiyevə görə, -lar
2
1
Şirəliyev M. Azərbaycan dialektologiyasının əsasları. Bakı, Maarif, 1968, s.109. 
2
Əskər Ramiz.M.Kaşğari və onun «Divani-lüğat-it-türk» əsəri
.Bakı,MBM,2008, 
s.168 
3
Баскаков Н.А. Каракалпакский язык. Москва, Изд-во АН СССР, 1951, с.171. 
4
Исследования по сравнительной грамматике тюркских языков. Москва, 
1956, с.69. 
5
Kazımov Q. Müasir Azərbaycan dili.(Morfologiya). Bakı, Elm və Təhsil, 2010, 
s.61. 
6
Кононов А.Н. Грамматика современного турецкого литературного языка. 
М-Л, Изд-во АН СССР, 1956, с.72. 
7
Исследования по сравнительной грамматике тюркских языков. Москва, 
1956, с.69. 
8
Korkmaz Zeynep. Araştırmalar. I c. Ankara, 2005, s.223. 


26 
kəmiyyət şəkilçisi topluluq bildirən -la və -ar morfemlərinin sintezi əsasın-
da yaranıb: la + ar = laar = lar, lər
1

Türkologiyada kəmiyyət kateqoriyası və kəmiyyət anlayışı məsələsin-
dən bəhs edən bir çox müəlliflər kəmiyyət morfeminə daha geniş prizma-
dan yanaşmağın tərəfdarıdırlar. Məsələn, A.Aslanov kəmiyyət kateqoriyası-
nı geniş təhlil edərək onun əhatə dairəsi haqda yazır: «Buraya təklik, cəm-
lik, topluluq, konkret kəmiyyət, qeyri-müəyyən kəmiyyət, təxmini 
kəmiyyət, riyazi kəmiyyət və s. daxildir
2
. F.Cəlilov -an//-ın; -la//-lı; -ar//ər; 
-aq//-ək; -ız (-iz, -uz, -üz); -at//-it; -gil, -ba//-bi;-s//-ş şəkilçilərini kəmiyyət 
kateqoriyasına aid morfemlər kimi təqdim edərək göstərir ki, pratürkdə 
ikipilləli (tək-cəm) oppozisiyadan əvvəl üçpilləli (tək-cüt-cəm) oppozisiya 
olmuş, əvvəllər sayca çox olan kəmiyyət göstəriciləri sonralar digər 
kateqoriyaların şəkilçilərinə çevrilmişlər
3

M.Qıpçaq türk dillərində morfoloji üsulla kəmiyyət anlayışı yaratma 
vasitələri sırasına «-lar»-la yanaşı, -t, -n, -sem, -gil, -r, -s, -ş, -z, -l, -va, -ç, -
k (-q) morfemlərini əlavə etmişdir
4

«Dərəcə kateqoriyasının morfoloji əlamətləri» bölməsində sifətin də-
rəcə şəkilçilərinin tarixi-linqvistik tədqiqi öz əksini tapmışdır. Türk dillə-
rində iki növ müqayisə forması olduğunu qeyd edən N.K.Dmitriyev bunu 
belə müəyyən etmişdir: 1) mücərrəd müqayisə; 2) konkret müqayisə
5
. Mü-
cərrəd müqayisədə keyfiyyətin zəiflədildiyi və ya gücləndirildiyi obyekt 
qrammatik cəhətdən ortada olmaya da bilər: uzunsov, sarımtıl və s. Konkret 
müqayisədə isə iki obyekt bir-biri ilə müqayisə edilərək birindəki əlamətin 
o birindən az və ya çoxluğu ifadə edilir: Əli Vəlidən böyükdür. Sapar Oraza 
qaranda qüjlü. 
Dərəcə kateqoriyası sifətlərin hamısını deyil, bir qismini əhatə edir. 
Ona görə də bu kateqoriyadan bəzən «əsli sifətlərin müqayisə dərəcələri» 
adı ilə bəhs edilir
6
. Türkologiyada, o cümlədən Azərbaycan dilçiliyində si-
fətin dərəcələrinin növü və sayı haqda uzun gəlişmələrə baxmayaraq, 3 
1
Tanrıverdi Ə.Azərbaycan dilinin tarixi qrammatikası. Bakı, Elm və Təhsil, 2010, 
s.188. 
2
Aslanov A. Müasir Azərbaycan dilində inkarlıq və kəmiyyət kateqoriyaları. Bakı, 
Elm, 1963, s.50-89. 
3
Cəlilov F. Göstərilən əsəri, s.191-203. 
4
Qıpçaq Məmmədəli. Kəmiyyət anlayışının dildə ifadəsi. Bakı, Elm, 2000, s.154-
328. 
5
Dmitriyev N.K. Ümumi qrammatik kateqoriyalar / Azərb. dilinin qrammatikası. 
I hissə, Bakı, EA-nın nəşri, 1951, s.89-97. 
6
Müasir Azərbaycan dili. II hissə. Bakı, EA-nın nəşri, 1980, s.120-121. 


27 
müqayisə dərəcəsi ilə kifayətlənmək lazım gəlmişdir: 1) adi; 2) azaltma; 3) 
çoxaltma. Y.Seyidov sifətin müqayisə dərəcələri kateqoriyasının müəyyən-
ləşməsində morfoloji kateqoriya anlayışından kənara çıxma halları ilə 
razılaşmayaraq bunu nəzəri yanlışlıq kimi qiymətləndirir
1

Oğuz qrupu türk dillərində sifətin müqayisə dərəcəsi göstəriciləri 
aşağıdakılardır: 
1. -raq//-rak, -rək//-rek, -ırak. Müqayisə edilən dillərdə kifayət qədər 
aktiv səviyyədədir: gödərək, tösmərək, alçaraq, qısraq (Azərb.); incerik, 
küçürek, acıraq, yigrek (türk); uzun rak, arıkrak, artkrak, qararak (türk-
mən); küçürək, büürək, dararak (qaqauz) və s. Digər dillərdə xəbərlik şəkil-
çisi olmadan dərəcə göstəricisinin cümlə strukturu yaratması sintaktik 
norma səviyyəsində olsa da, Azərbaycan dilində bu üsul demək olar ki, 
yoxdur: Men senden ulurak. Bu koyun ondan küçürek. Türk dillərində -raq
2
morfeminin -arak(x), -erek variantları da mövcuddur: dararak, azarak (qa-
qauz);bozarax,uzunarax (Azərb.dial.); xizil arax, kiçiq arax, çon arak 
(xakas); ak arak, kök arak, çabal arak (şor) və s. 
M.Kaşğaridə -rak həm isimdüzəldən (toprak, batrak), həm də sifətin 
dərəcə şəkilçisi funksiyalıdır: ətrək, azrak, uluğrak
2

M.Ergin -rak//-rek şəkilçili sifətləri çoxaltma dərəcəsi kimi şərh edir: 
yigrek – daha iyi, görklürek – daha qüzel
3
. N.K.Dmitriyev şəkilçinin azalt-
ma və ya çoxaltma funksiyalı olmasını nəticəyə bağlayır. Onun fikrincə, bu 
morfem əlaməti həm azalda, həm çoxalda bilir
4

Şəkilçinin mənşəyi barədə müxtəlif fikirlər mövcuddur. Bunlardan 
geniş surətdə bəhs edən F.Cəlilov müxtəlif vaxtlarda V.Banq, O.Bötlinqk, 
İ.Deni, M.Resenen və başqaları tərəfindən irəli sürülən «uzaq», «iraq» sözü 
ilə kifayətlənməli olmuşdur
5

2. -sı, -si (-çı, -çi), -msı, -msi – oğuz və karluk qrupu dillərdə çox 
qədimdən işlənən azaltma və müqayisə şəkilçisidir. Azərbaycan dilində 
passiv, digər oğuz qrupu dillərdə xeyli aktivdir: qonırsı, gödesi, dalğamsı, 
tatlımsı, yeşilimsi, karamsı, qaripsı və s. 
3. -cık, -cik, -cuk, -cük – digər türk dillərində -sıq, -zıq, türkmən dilin-
də -jak, -jek, -jik formaları olan bu şəkilçi say və sifətlərə qoşularaq kiçilt-
1
Seyidov Y. Azərbaycan dilinin qrammatikası. (Morfologiya). Bakı, BDU-nun 
nəşri, 2002, s.272. 
2
Kaşğari Mahmud. Divanü-lüğat-it türk. III c. Bakı, Ozan, 2006, s.314. 
3
Muharrem Ergin. Türk Dil Bilgisi. Sofya, 1967, s.163. 
4
Дмитриев Н.К. Грамматика башкирского языка. М-Л, 1948, с.87. 
5
Cəlilov F. Göstərilən əsəri, s.234-235. 


28 
mə və azaltma məzmunu yaradır: kiçicik, azacıq, körpəcik, demirziq, qara-
jek, kiçijik və s. Türk dilində -çaçık, -çeçik şəkli də vardır: kolayçaçık, 
ufaçeçik. 
4. -ca, -cə, -ja, -jə keyfiyyətin zəiflədilməsi ilə bağlı dərəcə şəkilçisidir. 
H.Mirzəzadə -ca, -cə morfemindən artıqlıq növü şəkilçisi kimi bəhs edir və 
göstərir ki, artıqlığı adi normadan aşağı və ya yuxarı mənada qəbul etmək 
lazımdır
1
. Bütün türk dillərinə xas bir morfemdir: qısaca, yumruca qaraca, 
tüklücə, alaja, gözəljə. 
5. –ımtırak (q)
4
– əslində s > t dəyişməsi ilə ortaya çıxmışdır: sarımsı-
rak–sarımtırak, acımsırak – acımtırak, mavimsırak – mavitrak
2

6. -ımtıl, -mtıl – bu morfem də msı > mtı dəyişməsi ilə ortaya çıxıb və 
mtı+ıl tərkibinə malikdir: qaramtıl, sarımtıl, göyümtül. M.Kaşğaridə -ul, -il 
sifət düzəltmə funksiyalıdır: yaş+ıl (yaşıl dağ); ök+il kişi (ağıllı adam), 
kız+ıl məngiz (qırmızı bəniz)
3

7. -sov – bənzətmə məzmunlu bu morfem Azərbaycan dili üçün daha 
xarakterikdir. Qoşulduğu sözlərdə əlamət, ölçü və keyfiyyətin azaldılması-
na xidmət edir. Dialektlərdə soy şəkilli olub, xasiyyət mənasında anlaşılır: 
dəlisoy, ağımsoy, ağımsov, göyümsov, uzunsov. Türk və türkmən dil-
lərindəki -sı morfemi ilə mənşəcə eyni olması gümanındayıq: dalğamsı–
dalğamsov, qonursu–qonursov, acımsı–acımsov. 
8. -şın – türk və Azərbaycan dilləri üçün daha xarakterik olub, əsasən, 
rəng bildirən sifətlərə qoşulur, əlamət və keyfiyyətin azalmasına vasitəçi 
olur: qaraşın, akşın, gökşin, sarışın və s. M.Kaşğari lüğətində də rast gəli-
nir: kökşin nənq
4
. Digər türk dillərində şəkilçinin -sul, -çil, -şil variantları 
mövcuddur: talapsil, özoçil (başqırd), terşil, tökşil (qazax), uykuçil, 
konokçul (qırğız), akşil, köksil (qaraçay-balkar)
5

Tədqiqatın III fəsli «Felə aid qrammatik şəkilçilərin tarixi-linqvistik 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin