Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə14/27
tarix11.05.2023
ölçüsü0,69 Mb.
#111368
1   ...   10   11   12   13   14   15   16   17   ...   27
BƏŞİROV KAMİL KAMAL OĞLU

İndiki zaman göstəriciləri müqayisə edilən dillərdə daha rəngarəngdir. 
Həmin şəkilçilər müasir mərhələdə aşağıdakı kimidir: 
1
Zeynalov F. Türk dillərinin müqayisəli qrammatikası
.I hissə,Bakı, MBM, 2008, 
s.263. 
2
Muharrem Ergin. Göstərilən əsəri, s.274. 
3
Kaşğari Mahmud. Göstərilən əsəri, III c., s.155; II c.s.60. 
4
Кононов А.Н. Грамматика современного турецкого литературного языка. 
1956, с.233-234. 
5
Щербак А.М. (Глагол), Эюстярилян ясяри,
s.93. 
6
Серебранников Б., Гаджиева Н., Эюстярилян ясяри,
s.185. 
7
Дмитриев Н.К. Строй тюркских языков. М.Из-во, Вост.лит.. 1962, с.181. 


30 
1. Azərbaycan dilində: -ır
4
(-yır
4
) – alır, gəlir, oxuyur, söyləyir. 
2. Türk dilində: -yor – alıyor, qeliyor, okuyor, söyleyor. 
3. Türkmən dilində: -yar, -yər – alıyar, qelyər, okuyer. 
4. Qaqauz dilində: -er, -yer – aler, qelyer, okuyer. 
Oğuz qrupu türk dillərinin dialekt və şivələri çox zəngin indiki zaman 
formalarına malikdir: 
1) -dur//-durur – M.Kaşğaridə və XIV-XVI əsrlər klassik türk şairləri-
nin dilində çox işlək olmuşdur: Cular axadur kənari bağdən, Səndən 
çıxadur fələk buxari (Xətai). 
2) -adu(r)//-ədü(r), -at//-ət – bunlardan birinci Azərbaycan dilinin Quba 
(aladu, gələdü), ikinci forma isə Şəki və Zaqatala şivələrinə (alat, gələt) 
xasdır. Türk dilinin Rumeli şivələrində də rast gəlinir. 
3) -var//-varğan – birinci forma Azərbaycan dilinin Quba (ala varsan, 
gələ varam), ikinci isə Qax rayonu şivələrinə (mən ala varqan, sən ala 
varqan) xasdır. İndiki zamanın sintaktik üsulla yaranan bu şəkli Qıpçaq 
qrupu dillərin xüsusiyyətidir. 
4) -ay//-ey, -oy – Azərbaycan dilinin ayrım, Ordubad, Muğan, türk 
dilinin Rumeli, Anadolu, qaqauz dilinin Bolqar, Bessarabiya-Xerson 
dialektlərinə məxsus formalardır: yazay, gəley, göroy, bakoy. 
5) -ıy//-uy, -ıyo//-iyo – türk dilinin Rumeli, Anadolu, qaqauz dilinin 
Komrat, Azərbaycan dilinin Qax, Ordubad, Təbriz və s. şivələrində geniş 
yayılmış dil hadisəsidir, r>y dəyişməsi ilə yaranıb: alıy, geliy, biliyo, 
geliyo, varıyo. 
6) -ın//-in – bu forma r>n dəyişməsi ilə ortaya çıxmışdır. Şəki, 
Naxçıvan şivələrində geniş yayılıb: yeminəm, yeminıx. 
7) -ı
4
//-ıri. Birinci forma indki zaman şəkilçisindən samitin (r) düşməsi 
ilə yaranıb, ikinci forma XIV-XVIII əsr şairlərinin də dilində işləkdir: Çox 
könüllər evini çeşmi-nigahanın yıxıri (Zikri). Azərbaycan dilinn Şamaxı, 
Göygöl, Cəbrayıl, Tovuz, Təbriz, Salmas, Kərkük, türk dilinin Anadolu və 
Rumeli şivələrində aktiv səviyyədədir: mən gəli, sən bili, o gətiri, oğlan 
veri, qız alı, o töküri, bu toxırı. 
8) -ya//-yə – türkmən dilinin Təkə, Göklən, Salır dialektlərində rast 
gəlinən formadır, sonuncu samitin (r) düşməsi ilə yaranmışdır: alyar – alya, 
bolyar – bolya, gelyər – gelyə. 
9) -or//-ör – qaqauz dilində və Azərbaycan dilinin Qazax, Tovuz 
şivələrində geniş yayılıb: oynıor, tutior (qaqauz); oynor, tutor, görör, 
ölöröm (Qazax, Tovuz). 


31 
İndiki zaman şəkilçilərinin yoru, yürü, yeri, yat, dur, otur, çat kimi 
müstəqil fellərdən yaranması fitkri türkologiyada geniş yayılmışdır
1
. Bu 
formalardan bəziləri müasir türkmən dialektlərində qalmaqdadır: okapya-
tırın, alıpdurmen, ilqapotır və s
2, 3

Fərqli yanaşmalara baxmayaraq, bu gün oğuz qrupu türk dillərində 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin