Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu


da yerlik hal göstəricisinin mənşəyini onunla eyni fonetik tərkibə malik  olan -da



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə11/27
tarix11.05.2023
ölçüsü0,69 Mb.
#111368
1   ...   7   8   9   10   11   12   13   14   ...   27
BƏŞİROV KAMİL KAMAL OĞLU

da yerlik hal göstəricisinin mənşəyini onunla eyni fonetik tərkibə malik 
olan -da qüvvətləndirici ədatına bağlayır
2

M.Məmmədli yerlik hal şəkilçisinin inkişaf və formalaşma fazasını bu 
ardıcıllıqla qeyd edir: müstəqil söz > leksik şəkilçi > qrammatik şəkilçi. 
Müəllifə görə, «Müstəqil sözdən hal şəkilçisinə keçid leksik şəkiçinin 
vasitəsi ilə olmuşdur. -Da əvvəlcə yer məzmunu ifadə edən leksik şəkilçi 
kimi dildə geniş vüsət tapmış, sonra həmin məzmunda qrammaik şəkilçi 
kimi formalaşmışdır
3

Yerlik hal göstəricisinin mənşəyi barədə deyilənləri nəzərə almaqla bu 
nəticəyə gəlmək olur ki, türk dillərində da/-ta qrammatik morfeminə məna 
və formaca ən uyğun görünə biləcək söz türk dillərinin əksəriyyətində 
dayanmaq, durmaq mənasında anlaşılan dağ (-tağ, -day) leksemidir: dayan, 
dayaq, dər(mək) və s. 
Çıxışlıq hal – əşya və hərəkətin çıxış nöqtəsini, mənşəyini, başlan-
ğıcını bildirir. Oğuz qrupu türk dillərində çıxışlıq halın morfoloji göstəricisi 
-dan, -dən (Azərb.), -dan, -den (türkmən), -dan, -dən (saitlə və cingiltili 
samitlə bitənlərdə), -tan, -tən (kar samitlə bitənlərdə) (qaqauz) kimi for-
malaşmışdır. Qədim oğuz dili abidələrində, o cümlədən «Kitabi-Dədə 
Qorqud» dastanının dilində çıxışlıq halın -dın/-din variantı da mövcud ol-
muş, bunlar bir müddət paralel işlənmişdir. Ə.Dəmirçizadəyə görə, «din» 
Şərqi, «dan» isə Qərbi türklərdə geniş yayılmışdır.
4
M.Erginə görə, türkcədəki -tan, -ten çıxışlıq hal formantı sonradan ya-
ranmışdır, əski Anadolu türkcəsi ilə osmanlıcanın ilk dövrlərində şəkilçi -
dan, -den şəklində idi
5
. Türk dili dialekt və şivələrində çıxışlıq hal şəkilçi-
sinin -nan//-nen, -zan//-zen, zən, -san//-sən, -lan//-lən və s. kimi çeşidli va-
riantları vardır. A.M.Şerbaka görə, çıxışlıq hal orta türk dövründə meydana 
gəlmiş və Şərqi Türkistan abidələrinin dilində geniş istifadə edilmişdir. 
Orxon-yenisey abidələrində isə bu hal bir qayda olaraq yerlik halla ifadə 
1
Xəlilov B. Müasir Azərbaycan dilinin morfologiyası. I c. Bakı, Nurlan, 2007, 
s.185. 
2
Кыпчак Мамедали. Категория падежа в тюркских языках. Баку, Изд-во 
БГУ, 
1994, с.21.
3
Məmmədli M. Göstərilən əsəri, s.84-85. 
4
Dəmirçizadə Ə. «Kitabi-Dədə Qorqud» dastanlarının dili, Bakı, APİ,1959, s.76-
77. 
5
Muharrem Ergin, Türk Dil Bilgisi. Sofya, 1967, s.224. 


19 
edilmişdir
1
. Y.Məmmədov da qədim abidələrin dilində çıxışlıq halın çox 
seyrək işləndiyini qeyd edir: «Tonyukuk abidəsində işlənmiş bir neçə misal 
istisna olmaqla çıxışlıq halın abidələrdə formal əlaməti yoxdur
2

B.A.Serebrennikov pratürkdə yerlik və çıxışlıq halların bir-birindən 
fərqlənmədiyini əsas götürərək bunların bir hal daxilində çıxışlıq-yerlik halı 
kimi fəaliyyət göstərdiyini iddia edir və bildirir ki, bu hal özündə iki məna-
nı birləşdirirdi: 1) yerləşmə mənası; 2) nəyinsə içindən və ya yanından ara-
lanma (ayrılma) mənası.
F.Cəlilov çıxışlıq hal göstəricisinin yerlik hal göstəricisindən törəməsi 
fikrini qəbul etsə də, «dan» morfemindəki «n» ünsürünü birgəlik – alət ha-
lının (lan) qalığı hesab edir. A.M.Şerbaka görə, çıxışlıq halın şəkilçisinin 
bir arxetipdən (-da/-ta) necə yaranması hələlik aydın deyildir. Q.İ.Ramstedt 
çıxışlıq hal şəkilçisinin mənşəyini istiqamət bildirən «yan» sözünə bağ-
layır.
3
B.Xəlilov Q.Kiakbayevin başqırd dilindən verdiyi nümunələrə 
əsaslanaraq çıxışlıq hal morfeminə yerlik və yönlük hal şəkilçilərinin 
qovuşması kimi yanaşır. 
Hal şəkilçilərinin söz birləşmələrində və cümlələrdə bir – birini əvəz 
etməsi dilin qədim çağlarından başlayaraq bu gün də davam etməkdədir. 
Türk dillərində halların bir – birini əvəz etməsi məsələsi türkoloqların 
diqqətindən yayınmamış, nəticədə bu hadisənin şərhinə aid bir sıra 
tədqiqlər və mülahizələr meydana çıxmışdır. M.Rəhimov Azərbaycan, 
özbək, qismən tatar və türkmən dillərinin dialektlərində hal sistemini 
müqayisəli şəkildə araşdırdıqdan sonra bu nəticəyə gəlmişdir ki, hallardakı 
paralelizm təkcə qrammatik və ya məkani hal bütün halları əvəz edə bilmək 
xüsusiyyətinə malikdir. Buradan belə bir nəticə çıxarmaq olar ki, çox 
qədimlərdə türk dillərində hal şəkilçilərinin müasir dildə olduğu kimi, 
funksional diferensiasiyası və sabit qrammatik forması olmamış, türk hal 
sistemi, əsasən, bir hala – adlıq hala bağlı olmuşdur.
4
«Qutadğu Bilig»də hal sisteminin formalaşması və inkişaf tenden-
siyasını araşdıran R.Əskər bu nəticəyə gəlmişdir ki, hallarda müvazilik, 
1
Щербак А.М. Грамматический очерк языка тюркских текстои Х-ХЫЫЫ вв. 
из Восточного Туркестана. Москва-Ленинград, Из-во АН СССР, 1961, с.82. 
2
Məmmədov Y. Orxon-Yenisey abidələrində adlar, Bakı, APİ, 1979, s.35. 
3
Рамстeдт Г.И. Введение в алтайское языкознание, Морфология, Москва, Из-
во Ин. лит., 1957, с.43. 
4
Вопросы диалектологии тюркских языков, Баку, Наука, 1963, т.ЫЫЫ, ст.32-
33. 


20 
yəni bir halın digərini əvəz etməsi bu əsərdə çox geniş yayılmışdır. 
Xüsusən adlıq hal tez-tez digər halların yerində işlənir.
Türk dialektlərinin tanınmış araşdırıclarından olan Z.Qorxmaz Batı 
Anadolu ilə Ankara yörəsi ağızlarını müqayisə edərkən burada bir sıra 
leksik – fonetik fərqlərlə yanaşı, hal əvəzlənməsi hadisəsinin də 
mövcudluğunu qeyd etmişdir. Bunlardan aşağıdakıları göstərmək olar: 
1. Batı Anadolu ağızlarında çox zaman yüklənmə (təsirlik) əvəzinə 
yönəltmə halı işlədilir: derdime (derdimi), eşmə benim (eşimi 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin