Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə19/27
tarix11.05.2023
ölçüsü0,69 Mb.
#111368
1   ...   15   16   17   18   19   20   21   22   ...   27
BƏŞİROV KAMİL KAMAL OĞLU

Məchul (passiv) növ şəkilçiləri müasir türk dillərinin hamısı üçün 
eynidir: -l, -ıl, -il, -ul, -ül. Bununla yanaşı, -n, -ın, -in, -un, -ün şəkilçiləri də 
məchul növ funksiyasını yerinə yetirə bilir ki, bu daha çox sonu «l» ilə 
bitən fellərə qoşulur: salındı, yolundu, döyüldü, yazıldı. A.M.Şerbak «n» 
elementini «l»-nın dissimilyativ variantı hesab edir
1
. Qaqauz dilində məc-
hul növdən bəhs edən L.Pokrovskaya qeyd edir ki, çox vaxt məchul və qa-
yıdış növlər o qədər bir-biri ilə qaynayıb-qarışmış olur ki, bunları ayırmaq 
çox çətin görünür: ayrılma:, azalma:
2

Məchul növ fellər, adətən, təsirli fellərdən yaransa da, oğuz qrupu dil-
lərdə bunun əksinə olan hallara da təsadüf edilir: Bu məsələyə bir də qayı-
dılacaq (Azərb.); Arabaylan zor qediliy (qaqauz); Sahipsiz odaya girilmez 
(türk); Akşama evə dönüləjək (türkmən). 
Türkoloqlaran K.Zaleman, V.Banq,
3
A.Şerbak və başqaları məchul növ 
göstəricisi -ıl
4
-ın mənşəyini ol köməkçi felinə bağlayırlar ki, bu bizə də 
uyğun görünür
4

M.Kaşğari «Divan»ında məchul növün -ık
4
, -sık
4
göstəriciləri də möv-
cuddur: Koy bölükdü – qoyun bölündü, Ol ər bilsikdi – O kişi bilindi
5

Qayıdış növ şəkilçiləri məchul növün göstəriciləri ilə eyni olsa da
tədqiqatçılar arasında ümumi fikir belədir ki, bu növün əsas formantı -n, -
ın
4
-dır. Ümumtürk abidələrinin dilində və M.Kaşğari lüğətində bu forma 
daha aktivdir: ol saçın tarandı, ol yarmakın alındı, bəg məni oğul tutundu 
və s
6
. Burada qayıdış növ göstəricisi kimi -ık
4
variantı da mövcuddur: ər 
acıkdı, ton kirikti, kılıc tutuktu
7

Q.Kazımov qayıdış növ göstəriciləri sırasında -ıl
4
, -ın
4
, -l, -n ilə yanaşı, 
-ıx, -ik, -ux, -ük, -ş şəkilçilərini də qeyd edir
8
. M.Mirzəliyevaya görə, -sık
4
şəkilçisi felin növlər üzrə diferensiallaşması başa çatandan sonra -ıx//-ık 
forması alaraq yalnız qayıdış növü bildirməyə yönəlmişdir
9

1
Щербак А.М. (Глаголь.)Göstərilən əsəri, s.108. 
2
Покровская Л.А. Грамматика гагаузского языка. Москва, Наука, 1964, с.173. 
3
Щербак А.М. (Глаголь.), Göstərilən əsəri, s.107-108. 
4
Banq W. Vom Köktürkischen zum Osmanıschen – IV, Berlin, 1921,s.1-26. 
5
Kaşğari Mahmud. Divan. II c.s.143, 144, 231, 232. 
6
Yenə orada, II c.s.71, 165. 
7
Yenə orada, II c.s.143, 239. 
8
Kazımov Q.Müasir Azərbaycan dili. (Morfologiya) Bakı,Elm və Təh-
sil,2010,s.197-199. 
9
Мирзалиева М. Категория залога в современном Азербайджанском языке и 
смежные явления. АКД, Баку, 1976, с.16-17. 


36 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin