Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu


«İnkarlıq kateqoriyasının morfoloji əlamətləri»



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə22/27
tarix11.05.2023
ölçüsü0,69 Mb.
#111368
1   ...   19   20   21   22   23   24   25   26   27
BƏŞİROV KAMİL KAMAL OĞLU

«İnkarlıq kateqoriyasının morfoloji əlamətləri» dedikdə inkarlıq 
yaradan morfoloji vasitələr nəzərdə tutulur. Türk dillərində inkarlıq 
anlayışı, əsasən, fellərlə əlaqədar olsa da, o, digər nitq hissələrində də 
özünü göstərir. Bunlara isim və sifətlərə qoşulan milli mənşəli -sız
4
və 
alınma şəkilçilər -bi (bivəfa), -na (nakişi), -la (laməkan), -anti (antihu-
manist), -a (anormal) və s. aid etmək olar. 
Türk dillərinin qədim yazılı abidələrində, o cümlədən brahmi və uyğur 
yazılarında -sız

şəkilçisinin -sır, -ser fonetik variantlarına da rast gəlinir: 
ilsirət – ilsizlət (eldən ayır), tatıqsıramak (dadsızlaşmaq) və s
4
. İnkarlıq 
göstəricisi -ma
2
-nı adlar və fellər arasındakı sərhəddi müəyyənləşdirən ən 
əsas morfoloji vasitə hesab edən Y.Seyidov bu şəkilçini türk dillərində 
inkarlıq kateqoriyasının yeganə qrammatik forması hesab edərək digər 
vasitələri inkarlıqn anlayşı ilə bağlayır
5

B.Serebrennikov -ma

inkarlıq morfeminin yayılma arealı və qədimliyi 
barədə fikir yürüdərək göstərir ki, hələ pratürkdən fəaliyyət göstərən bu 
şəkilçi türkoloqlar arasında yayılmış belə bir fikrin əsassız olduğunu söylə-
məyə imkan verir ki, guya əvvəllər türk dillərində sözlər adlar və fellər üzrə 
hələ bölünməmişdi
6
. İnkarlıq göstəricisi -ma

ümumtürk mahiyyətli olub, 
çox cüzi fonetik fərqlə demək olar, bütün türk dillərində işlənməkdədir. Bu 
şəkilçi türk və türkmən dillərində -ma//-me şor, xakas, qazax, qırğız və s. 
dillərdə -ma, -me, -ba, -be, -pa, -pe, -bo, -bö şəkillidir. 
Türkologiyada -ma//-me inkarlıq göstəricisinin mənşəyi barədə yekdil 
fikir yoxdur. V.Banq bu morfemin amauma formalı başlamaq, buraxmaq 
mənalı unudulmuş feldən törədiyini iddia edir
7
. M.Erginə görə, -ma//-me 
inkarlıq göstəricisi vaxtilə mövcud olmuş, bacarıq mənalı «u» feli ilə inkar 
1
Kazembek 
M.Obhaə 
qrammatika 
tureüko-tatarskoqo 
əzıka.İzd-vo 
Ka-
zanğ,1846,s.303 
2
Zeynalov F. (Oçerklər), Göstərilən əsəri, s.45. 
3
Ergin Muharrem. Türk Dil Bilgisi. Sofya, 1967, s.175. 
4
Mehmet Akalın. Tarihi türk şiveleri. TKAE; 74. Ankara, 1988, s.58.
5
Seyidov Y. (Morfologiya), Göstərilən əsəri, s.147. 
6
Serebrennikov B.A., Qadjieva N.Z. Göstərilən əsəri, s.222. 
7
Banq W. Vom Köktürkischen zum Osmanıschen – IV, Berlin, 1921, s.12-14. 


42 
mənalı ma felinin birləşməsindən yaranmışdır
1
. F.Cəlilov -ma//-me morfe-
minin mənşəyini vaxtilə mövcud olmuş inkar mənalı «ba» felinə bağlayır
2

Bizə görə, inkar göstəricisi bəs (bə) və –mi

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin