Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu


ədatları ilə eyni mənşəlidir.  Nəticə



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə23/27
tarix11.05.2023
ölçüsü0,69 Mb.
#111368
1   ...   19   20   21   22   23   24   25   26   27
BƏŞİROV KAMİL KAMAL OĞLU

4
ədatları ilə eyni mənşəlidir. 
Nəticə hissəsində dissertasiyanın aşağıdakı əsas müddəaları ümumiləş-
dirilmişdir: 
- Genealoji cəhətdən eyni bir dil qrupuna aid edilən Azərbaycan, türk, 
türkmən və qaqauz dillərinin tədqiqi göstərir ki, yaxın keçmişə qədər bu 
dillərin qrammatik göstəriciləri arasında elə də böyük fərq olmamış, daha 
çox fonetik özəlliklərlə bağlı olan bir sıra fərqlər isə yeni siyasi-coğrafi şə-
raıtin formalaşması nəticəsində XVI-XVII əsrlərdən sonra meydana gəlmiş-
dir. 
- Oğuz qrupu türk dillərini təşkil edən dillərin heç biri tam Oğuz əsaslı 
olmayıb, bu dillərdə qıpçaq, bulqar, karluq qrupu dillərə məxsus kifayət 
qədər leksik və qrammatik formalara rast gəlmək mümkündür. 
- Türk dillərinin təsnifinə dair əsərlərdə oğuz qrupu dillərin yeri və 
tərkibi haqda yekdil fikir olmasa da əksəriyyətin rəyi belədir ki, bu dillər 
türk dilləri ailəsinin cənub-qərb qrupuna aiddir və özündə 4 dili – 
Azərbaycan, türk, türkmən və qaqauz dillərini - birləşdirir. 
- Oğuz qrupuna daxil olan dillər üçün ən xarakterik şəkilçi 
fərdiliklərinə bunları aid etmək olar: 
a) qıpçaq – karluq qrupu dillərlə müqayisədə oğuz qrupu dillərdə 
şəkilçilərin daha az variantlı olması; 
b) qıpçaq dillərində yönlük halın – ka – qa – ke kimi qədim formaları 
əvəzinə oğuz dillərində -a, -ə şəkilçilərinin sabitləşməsi: atka – ata, bizge – 
bizə; 
s) çıxışlıq halda açıq saitliyin üstün mövqeyi; yerdin – yerdən, kızdın – 
kızdan; 
ç) yiyəlik və təsirlik halda – nın // - nı
4
əvəzinə -ın
4
, -ı
4
foramalarının 
işlənməsi; kıznın – qızın, beqni – bəyi;
d) birinci şəxsin təkində və cəmində qıpçaq dillərində tam, oğuz dillə-
rində yarımçıq formalardan istifadə; yazarman – yazaram, vererbiz – 
vereriz(s);
e) lazım şəklində qıpçaq qrupu dillərdə -qu, -ğu, oğuz dillərində -ası, -
esi//-əsi işlənməsi: bolğu- olası, körgü – görəsi; 
ə) Oğuz qrupu dillərdə vacib formasının mövcudluğu; -malı//-məli 
(almalıyam, bilməliyəm); 
1
Muharrem Ergin. Göstərilən əsəri, s.191. 
2
Cəlilov F. Göstərilən əsəri, s.248-249. 


43 
h) oğuz qrupu dillərdə məsdər şəkilçisi kimi – maq//mek, digər türk 
dillərində -ay, -ad, -ğay, -ğanı formalarından istifadə; karay – qaralmaq, 
yokunad – yoğunlaşmaq; 
x) feli sifət şəkilçisi kimi digər türk dillərindəki –ğan//gen, əvəzinə 
oğuz qrupu dillərdə -an, -mış formalarının mövcudluğu; alğan – almış, 
bilgen – bilen; 
- Oğuz qrupu türk dillərində yiyəlik hal şəkilçiləri bunlardır; -ın
4
(azərb., türk); -ın
4
(türkmən); -ın
4
, -an
2
(qaqauz). Türkmən dilində I şəxsə 
aid mən və biz əvəzlikləri yiyəlik halda –im
4
əvəzinə -ın
4
şəkilidir: menin, 
bizin; 
- yiyəlik hal göstəricisinin mənşəyi “əşya” mənalı “nenq” sözünə 
bağlanır; 
Müasir mərhələdə yönlük hal şəkilçisi –a, -ə kimi formalaşsa da, 
müqayisə edilən dillərdə tarixən –aru//-ərü, -qaru//-qeri, -ra//-re formaları 
da olmuşdur. Türkmən dilində yönlük halın qapalı hecalı variantı da 
mövcuddur: bəri – bərik, yuxarı – yokarık. Yönlük hal göstəricisinin “ara”, 
“yerə” sözündən törədiyi güman edilir; 
- təsirlik hal şəkilçisi kimi Azərbaycan dilində saitlərdən sonra –nı
4

digər oğuz qrupu dillərdə -yı
4
formalaşmışdır. Təsirlik hal göstəricisi 
tarixən mövcud olmuş “i” işarə əvəzliyindən törəmişdir; 
- müqayisə edilən dillərin dialektlərində yerlik halın xeyli fonovariant-
ları olsa da bu dillər üçün əsas forma –da
2
// - ta
2
-dır. Şəkilçinin dayanmaq, 
“durmaq” mənalı tağ day sözündən törədiyi ehtimal edilir; 
- orta türk dövründə formalaşan çıxışlıq hal qədim abidələrin dilində 
əksərən yerlik halla ifadə olunub. Bu şəkilçi yerlik hal göstəricisinin üzərinə 
yönlük halın qədim elementi “n” əlavə etməklə formalaşıb; 
- mənsubiyyət kateqoriyası şəkilçiləri oğuz qrupu dillərdə ümumən eyni 
olsa da, bəzi fərqli məqamlar da mövcuddur; türkmən dilində o, bu işarə 
əvəzlikləri də mənsubiyyətə görə dəyişə bilir: onum, bunum. Mənsubiyyət 
göstəricilərinin şəxs əvəzliklərindən törəməsi dil faktları ilə təsdiq olunur; 
- kəmiyyət kateqoriyasının morfoloji əlaməti kimi müqayisə edilən 
dillərdə -lar, - lər, - ler, -nar formalaşmışdır. Şəxs – xəbərlik şəkilçiləri – ıq
4
, -
ız
4
, -san
4
, -sınız
4
və s. formaları kəmiyyət kateqoriyası göstəricisi saymaq 
özünü doğrultmur. Tələffüz zamanı –lar
2
müxtəlif fonovariantlar alır: 
oğlannar, oğlanna, kızdar, açarrar, horozzar və s.; 

dərəcə kateqoriyası şəkilçiləri kimi -raq, - rek, -sırak, -ımtırak, -ım 

tıl, -msı, -çık, -cak, -ca, -jik, -şın, -sov geniş yayılsa da bunlarıhər 
bir dildə müxtəlif işlənmə tezliyinə malikdir. 


44 

zaman kateqoriyası göstəriciləri öz rəngarəngliyi ilə diqqəti daha 
çox çəkir. Məsələn, indiki zaman şəkilçiləri belədir: -ır
4
(Azərb.), -yor 
(türk), -yar
2
(türkmən), -ar, -er (qaqauz). Dialektlərdə və qədim yazılı 
abidələrin, klassiklərin dilində bu zamanın –adu
2
, -ay, -ey, -yo, -ı, at
2
kimi 
formalarına rast gəlinir; 

şəxs-xəbərlik kateqoriyası şəkilçiləri daha çox I, II şəxslər üzrə 
fərqlənir: -ayım, -alım, -ayın, -ayis, -gin, -ginən, -sana, sanızla və s. 

vacib şəklinin –malı
2
forması ilə yanaşı türkmən dilində -makçı 
şəkli də var: almalıyam - men almakçı; 

şərt forması -sa vaxtilə həm də zaman ifadə etmiş, sonralar şərt 
şəkli üzrə məhdudlaşmışdır. Gələcək zaman bildirən sar felindən törədiyi 
fərz edilir; 

istək-arzu şəklinin göstəricisi kimi vaxtilə ay, ğay işlənsə də 
hazırda -a, -ə ilə yekunlaşmışdır; 

növ şəkilçiləri sözdəyişdirici şəkilçilər olub subyektin hərəkətin 
icrasında rolunu müəyyən edir. Növlərin özü kimi onların şəkilçiləri də 
tarixən o qədər qaynayıb – qarışmışdır ki, bunları növlər üzrə təhkim etmək 
çətin görünür. Növ şəkilçiləri fel mənşəli olub et, ol, iş, er, dur 
formalarından törəmişdir; 

modallığın əsas ifadə vasitələrindən olan feli bağlamalar zəngin 
şəkilçi potensialına malikdir. Bu şəkilçilərdən –ıb
4
, (-ıp
4
), -cak
2
(-jak
2
), -
dikda
4
, -alı
2
, -cağın
2
, -ar, -maz
2
, -mış
4
bütün oğuz qrupu türk dilləri və 
dialektləri üçün müştərəkdir. Bəzi şəkilçilər isə məhdud xarakterli olub 
yalnız bir və ya iki dildə aktivdir. Məsələn, -ışın türk (başlayışın, gelişin) 
aqada
2
türkmən (qatlaqada, düzleqede) dili üçün səciyyəvidir. 

digər türk dillərində mövcud olan 25-ə qədər feli sifət şəkilçisindən 
oğuz dillərində yalnız 9-10 növü işlənir. Bəzi fonetik fərqlər nəzərə 
alınmaqla bunların dillər üzrə işlənmə tezliyində ciddi bir fərq nəzərə 
çarpmır. Əsas fərq inkar formalı feli sifətlərin şəkilçilərində özünü göstərir: 
bilmedik iş, gülmeyer üz (türkmən);

digər türk dillərində mövcud olan –ay, -ad, -ğar, -gəli və s. məsdər 
göstəriciləri əvəzinə oğuz qrupu dillərdə -mak
2
formalaşmışdır. 

inkar kateqoriyası şəkilçisi kimi –ma
2
operatorundan istifadə edilir. 
Ümumtürk mənşəli bu qrammatik morfemin uma inkar mənalı arxaik 
feldən yaranması fikri geniş yayılmışdır. 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin