Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə2/27
tarix11.05.2023
ölçüsü0,69 Mb.
#111368
1   2   3   4   5   6   7   8   9   ...   27
BƏŞİROV KAMİL KAMAL OĞLU

İŞIN ÜMUMI SƏCIYYƏSI 
Mövzunun aktuallığı. Qədim və ortaq kökə malik türk dillərinin 
müqayisəli-tarixi şəkildə tədqiqi türkologiya elmi qarşısında duran ən vacib 
məsələlərdəndir. XX əsrin əvvəllərindən başlayan türkçülük hərəkatı bu əs-
rin sonunda Sovetlər imperiyasının dağılması və bir neçə müstəqil türk 
dövlətinin yaranması ilə yeni bir müstəviyə qədəm qoydu. Mövcud siyasi-
iqtisadi şərait türk xalqları arasında inteqrasiya və özünəqayıdışa güclü 
təkan verdi. Bu gün milli özünüdərkin gücləndiyi bir dövrdə türk 
xalqlarının 
sosial-mədəni 
irsinin 
hərtərəfli 
araşdırılması 
aktual 
vəzifələrdəndir. 
Avropa dilçilik məktəbləri ilə müqayisədə türkoloji dilçiliyin tarixi və 
ənənələri daha qədimdir. Türk dillərinin öyrənilməsi tarixini IX əsrə, Abba-
silər sülaləsi dövrünə aid edilsə də, bu dillərin elmi şəkildə geniş tədqiqinə 
ilk dəfə XI əsrdə M.Kaşğari tərəfindən başlanılmışdır.
Sonrakı əsrlərdə şərq müəllifləri tərəfindən türk dillərinin fonetika, lek-
sika və qrammatikasına dair bir sıra əsərlər yazılmışdır ki, bunlardan XIV 
əsr müəllifləri Əlaəddin Bəylik əl-Qıpçaqının «Əl-ənvar əl-müdia», 
Cəmaləddin ət-Türkinin «Kitab əl-bulğat əl-müştaq fi lüğat ət-türk və-l 
qıfçaq», Fəxrəddin ət-Divriqinin «Qəvaid lisan ət-türk», Əsirəddin Əbu 
Həyyan əl-Əndəlusinin «Kitab əl-idrak li-lisan əl-ətrak», «Zəhv əl-mülk fi 
nəhv ət-türk», «Əd-dürrə əl-müdiə fi-l-luğa ət-türkiyyə», XV-XVI əsr mü-
əlliflərindən Molla Saidin «Əş şütur əz-zəhəbiyyə», Berğamalı Qədrinin 
«Müyəsseret ül-ülüm» və s. əsərləri göstərmək olar. 
Avropada türk dilləri öyrənilməsinə maraq XVIII əsrin 30-cu illərindən 
başlanıb XIX əsrin 40-cı illərindən geniş vüsət aldı. Türkologiya artıq 
konkret bir dilçilik məktəbinə çevrildi.Mirzə Kazım bəy «Uyğurlara dair 
tədqiqlər»» (1841), «Türk-tatar dilinin ümumi qrammatikası» (1846) və s. 
əsərləri ilə türk dillərini müasir elmi metodlarla tədqiq etməyin əsasını 
qoydu. Onun bu işi rus və Avropa alimlərindən İ.N.Berezin, V.F.Dittel, 
N.İ.İlminski, V.A.Maksimov, F.Y.Korş, V.V.Radlov, V.Banq, V.A.Qord-
levskiy, N.K.Dmitriyev, A.P.Potseluyevski, C.E.Malov, A.N.Kononov və 
başqaları tərəfindən daha da inkişaf etdirildi.
XX əsrdə türk dillərinin və dialektlərinin təsnifi, bu dillərin fonetikası, 
leksikası, orfoqrafiyası, orfoepiyası, morfologiyası, sintaksisi və s. haqda 
bir çox əsərlər meydana gəldi, lüğətlər və dilçilik atlasları tərtib edildi, türk 
dillərinin müqayisəli təhlili ilə bağlı geniş tədqiqat işləri hazırlandı və s. 
Bütün bu böyük işlər fonunda bəzi istiqamətlər nisbətən diqqətdən kə-
narda qalmışdır ki, onlardan biri də qohum olsalar da, öz inkişaf tarixlərin-
də bir-birindən kifayət qədər fərqli xüsusiyyətlər qazanmış dil qrupları ara-



sında, eləcə də bir qrupa daxil olan bir neçə dil arasında müqayisələrin apa-
rılmasıdır. Məlumdur ki, bu gün mədəniyyət və dil baxımından bir-birinə 
çox yaxın olan türk xalqlarından dördü – azərbaycanlılar, Türkiyə türkləri, 
türkmənlər və qaqauzlar bir dil qrupunda birləşən Oğuz türkləridir.
Tədqiqatımızın mənbəyini təşkil edən oğuz qrupu türk dilləirində mor-
foloji kateqoriya göstəriciləri – qrammatik şəkilçilər haqqında hələ indiyə-
cən kifayət qədər əhatəli və dərin təhlillər aparılmamış, morfoloji kateqo-
riyalar və onların göstəriciləri tarixi aspektdə lazımi qədər geniş şəkildə 
araşdırılmamışdır. Görülən işlər lokal və ya epizodik xarakterli olmuşdur. 
Halbuki bəhs edilən dillərin daşıyıcısı olan xalqların daha yaxın genetik 
ortaqlığa malik olmalarının sübutu kimi bu dillərin müxtəlif yaruslarının 
müqayisəli analizi dəyərli tarixi-linqvistik nəticələr verə bilər. Son onillik-
lərdə bu xalqların arasında yüksələn xətlə inkişaf edən iqtisadi və mədəni-
siyasi əlaqələr, mənəvi yaxınlaşma ortaq türk dili ideyasının ger-
çəkləşməsinə təkan verən amillərdən biri kimi mövzunu kifayət qədər ak-
tual edir. 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin