Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə8/27
tarix11.05.2023
ölçüsü0,69 Mb.
#111368
1   ...   4   5   6   7   8   9   10   11   ...   27
BƏŞİROV KAMİL KAMAL OĞLU

Yiyəlik hal şəkilçiləri – isim və isim, isimlə sifət, say, əvəzlik, zərf, 
feli sifət, məsdər və qoşmalar arasında sahiblik, yiyəlik məzmunu yaradır. 
Oğuz qrupu türk dillərində yiyəlik halın şəkilçiləri bunlardır: -ın
4
, -nın
4
(Azərb., türk), -ınq, -nınq//-ıŋ, -nıŋ (türkmən), -ın
4
, -an, -ən, -nın (qaqauz). 
Qaqauz dilində sonu «k» ilə bitən isimlər hallanarkən türk və Azər-
baycan dillərində olduğu kimi, k-y əvəzlənməsi baş vermir, əksinə, «k» 
düşərək ondan əvvəlki sait uzanır: sokak – soka:n, batak – bata:n. Türkmən 
dilində isə bu qəbil sözlər hallanarkən k-q əvəzlənməsi baş verir: qatık – 
qatıqın, kapak – kapaqın. Bu dildə sonu u ilə bitən bəzi xüsusi isimlər 
hallanarkən «v» samiti əlavə olunur: Baku – Bakuvun, Tartu – Tartuvun. I 
şəxsin təki və cəminə aid əvəzliklər hallanarkən türkmən dilində digər oğuz 
qrupu dillərdən fərqli olaraq -ım deyil, ıŋ şəkilçisindən istifadə edilir: bizim 
– biziŋ, mənim – meniŋ, Tekin, Göklən, Ersarı dialektlərində əvəzliklər 
yiyəlik halda -ıŋ əvəzinə ŋ şəkilçisi qəbul edir: meniŋ – meŋ, seniŋ – seŋ, 
onuŋ – oŋ. Belə vəziyyət cəm şəkilçisi qəbul etmiş isimlərin hallanmasında 
da baş verir: adamlaŋ, kitaplaŋ. Göründüyü kimi, bu zaman cəm şəkilçisi-
nin tərkibindəki r samiti ixtisara düşür. Analoji vəziyyəti Azərbaycan dili-
nin Qobu, Hökməli, Güzdək şivələrində də müşahidə etmək olur: baltaların 
– baltala:n, arabaların – arabala:n və s. 
Z.Korkmaz türk dilinin Bartin yörəsi ağızlarında yiyəlik hal şəkilçisinin 
-ıy
4
variantının mövcudluğunu qeyd edir: Radşahıy yolladı: asqer. Deniziy 
dibi derin
3
. -ın
4
-ıy dəyişməsinə Təbriz, Xorasan şivələrində də rast gəlinir
1

1
Благова Г.Ф. К теории тюркского склонения. СТ, 1978, № 5, с.38-41.
2
Поцелуевский А.П. Избранные труды.Изд-во «ЫЛЫМ», 
Ашгабад,1975,с.100-101. 
3
Korkmaz Zeynep. Türk dili üzerine Araştırmalar. I c. Ankara, 2005, s.6-7. 


14 
Azərbaycan dilinin ayrım şivəsində yiyəlik halın -ık
4
formasının olması 
diqqəti çəkir. Belə bir halın Şəki dialektində də mövcud olduğunu qeyd 
edən M.İslamov bu formanın qədim -ıŋ göstəricisinin qalığı olduğunu 
söyləyir
2
. Türkologiyada n-y, ın-ıy-ıq-ıŋ səs uyğunluğu şivə xüsusiyyəti 
kimi qəbulediləndir
3

Oğuz qrupu türk dillərində yiyəlik halın həm şəkilçisiz (qeyri-müəy-
yən), həm də şəkilçili (müəyyən) variantı işlənir. Ədəbi materiallarla tanış-
lıqdan məlum olur ki, dilin əski çağlarında oğuz qrupu dillərdə yiyəlik hal 
əsasən şəkilçisiz işlənmişdir. 
Türkoloji dilçilikdə yiyəlik hal şəkilçisinin mənsubiyyət göstəricisin-
dən, sonuncunun isə şəxs əvəzliklərindən (mən, sən) törəməsi fikri geniş 
yayılmışdır
4
. V.Banq, J.Deni, N.Baskakov və digərləri yiyəlik hal göstəri-
cisi kimi formalaşan nenq>neŋ>nenğ oneratorlarının qədim türkcədə «əşya, 
can» mənal müstəqil söz olduğunu iddia edirlər
5
. M.Qıpçaq yiyəlik halın 
«nın» formantının ikiqat hallanma nəticəsində meydana gəlməsi fikrini irəli 
sürür: -nı+ni=niin=nin/ŋ
4

Oğuz qrupu türk dillərinin müasir mərhələsində yönlük hal şəkilçiləri 
saitlərdən sonra -na
2
, -ya
2
, samitlərdən sonra isə -a, -ə/-e-dir. Bu əsas for-
malarla yanaşı, müqayisə edilən dillərdə və onların dialektlərində yönlük 
halın bir sıra digər formaları da mövcuddur. Qaqauz dilində sonu k samiti 
ilə bitən çoxhecalı sözlərdə yönlük halda k səsi düşür, ondan əvvəlki sait 
uzun tələffüz edilir: sokak – soka:, yanak – yana:, uzak – uza:. Qaqauz di-
lində ədəbi dil səviyyəsində olan bu hal türk və Azərbaycan dillərində 
dialekt səviyyəlidir. Türk dilinin Qazientep, Kastomonu, Bartin, Azərbay-
can dilinin Muğan və Qərb qrupu şivələrində geniş yayılmışdır: sənə – sə:, 
mənə – mə://ma:, uşağa – uşa: və s. Türk dilinin Qars dialektində -na, -ne 
yönlük hal şəkilçisi çox zaman -an, -en formasında işlənir: Oğlannara:n 
(oğlanlarına) yazığım gelmedi. Şimdi qızı da öldürecem… Bu asbablarımı 
1
Məmmədli M. Azərbaycan dili şivələrində ismin qrammatik kateqoriyaları. 
Bakı, Elm, 2003, s.69. 
2
İslamov M.İ. Azərbaycan dilinin Nuxa dialekti. Bakı, Azərb. EA nəşri, 1968, 
s.30-31. 
3
Mehmet Akalın. Tarihi türk şiveleri, TKAE; 74, Ankara, 1988, s.39-40. 
4
Кононов А.Н. Грамматика современного турецкого литературного языка. 
М.-Л. Изд-во АН СССР, 1956, с.95. 
5
Кыпчак Мамедали. Категория падежа в тюркских языках. Баку, Изд-во 
БГУ, 1994, с.96.


15 
sehen (sene) verim, sen behen (bene) qoyun kes
1
. Yönlük hal şəkilçisində 
səs yerdəyişməsi hadisəsi Azərbaycan dilinin Salmas şivəsində də kifayət 
qədər geniş yayılmışdır: başān (başına), canān (canına), qulağān (qulağına) 
və s
2

Türkmən dilində istiqamət bildirən bəri, anrı, yokarı, günbatar kimi 
sözlər yönlük halda bərik, anrık, yokarık, günbatarık kimi formalar alır. 
Məsdərlər isə hallanarkən sondakı q-k səsləri müvafiq olaraq n-q səslərinə 
çevrilir: barmaq-barmana, almaq-almana, yaşamak-yaşama:qa, okamak -
okama:qa və s. Azərbaycan dilindən savayı, digər oğuz dillərində sonu o 
səsi ilə bitən sözlərə yönlük hal şəkilçisi qoşulmur: Mən kino: gitdim. 
Qaqauz dilinin Komrat və Çadırlunq dialektlərində oraya, buraya 
zərfləri orey, burey kimi tələffüz edilir ki, burada ey formantı yönlük hal 
şəkilçisi funksiyasındadır. Görünür, quzey, güney kimi sözlərdə də ey 
formantına yönlük hal şəkilçisi kimi yanaşmaq lazım gəlir. 
Yönlük hal şəkilçisinin inkişaf və formalaşma mərhələlərindən bəhs 
edən M.Ergin yazır ki, əski türkcədə bu şəkilçi -ğa, -ge şəklində idi. Batı 
türkcəsinə keçərkən sözdəyişdirici şəkilçinin başındakı ğ və g düşdüyü 
üçün yönlük şəkilçisi də -a, -e şəklinə girmişdir
3

A.Əlizadə Azərbaycan dilində tarixən isim və fellərdə, o cümlədən 
şəkilçilərdə ğ, q səslərinin düşməsini bu dil üçün qanunauyğun bir proses 
sayır. Qıpçaq və karluq qrupu dillərdə bu samitlərlə işlənən bir çox sözlər 
Azərbaycan, həmçinin digər oğuz qrupu dillərdə onlarsız işlənir: sıçğan – 
sıçan, qağaz – qaz, kağatır – qatır və s
4

Qədim yazılı abidələrdə və müasir türk dillərində yönlük halın ka-qa-
ya formalarının işlənmə məqamlarını tədqiq edən A.N.Kononov bu nəticə-
yə gəlmişdir ki, şəkilçilərdə k-q-y dəyişmələri mümkün fonetik hadisədir
5

Oğuz qrupu türk dillərində yönlük halın qədim formalarından olan -qaru, -
aru, -ra, -rı morfemləri də vaxtilə aktiv mövqedə olmuş, sonralar işlək-
likdən qalmışdır. Z.Korkmaza əsaslanmış olsaq, müasir türkcədə bu for-
malar daşra, yolıra, köksüre, arkaru, anaru, kancaru kimi sözlərdə yön-
1
Векилов А.П. Турецкая диалектология. Ч. I. Изд-во Ленинградского 
Университета, 1973, с.64.
2
Bilgehan A. Gökdağ Salmas ağzı. Ankara, Kara M nəşri, 2007, s.106. 
3
Muharrem Ergin. Türk Dil Bilgisi. Sofya, 1967, s.222. 
4
Əlizadə A. Azərbaycan dilinin yazılı abidələrində ismin yönlük halının morfoloji 
xüsusiyyətləri haqqında. EA-nın Xəbərləri. Ədəbiyyat, dil və incəsənət seriyası. 
1986, № 1, s.113-116. 
5
Кононов А.Н. Грамматика современного турецкого литературного языка, 
М-Л, Изд-во АНСССР, 1956, с.97. 


16 
lük hal funksiyasında işlənməkdədir
1
. Bu şəkilçilərin mənşəyi haqda Ə.Də-
mirçizadə yazır: «Əvvəllər ra-rı müvazi işlənmiş, bir müddət sonra -ra 
əvəzinə a formalaşmış, nəhayət, arı şəkilçisi donmuş halda sözə bitişmiş-
dir. Buna görə də müasir dildə dışarı ilə müvazi surətdə dışarıya da 
işlənir»
2
. Bu gün söz kökü ilə birikərək müstəqilliyini itirmiş -ra-rı yön-
lük hal şəkilçili sözlərə aşağıdakıları aid etmək olar: yukarı, ileri, dışarı, 
ora, bura, hara, nere, sonra və s. Yuxarıya, içəriyə, dışarıya kimi sözlərdə 
üçqat yönlük hal şəkilçisi vardır. 
Yönlük halın qədim variantı hesab edilən «qarı»//»qeri» morfemi iki 
hissədən ibarətdir: qar+rı. Birinci element qıpçaq dil qrupuna, ikincisi isə 
oğuz qrupu dillərə xasdır, qaka hal göstəricisində q-k bitişdirici samit və 
ya infiks səciyyəli olub, Azərbaycan dialektlərində əvəzliklərin hallanması 
zamanı aşkarlanır: ona – oğa, sənə – sağa, mənə – mağa – maŋa (Qərb dia-
lekti və Qax şivəsi). F.Cəlilovun -ra//-rı, -a//-ə morfeminin mənşəyini 
müstəqil mənalı yer, ara sözlərilə bağlaması bizə də doğru görünür
3

Türk dillərinə aid qədim yazılı abidələrin və klassiklərin dilində təsir-

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin