Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə4/27
tarix11.05.2023
ölçüsü0,69 Mb.
#111368
1   2   3   4   5   6   7   8   9   ...   27
BƏŞİROV KAMİL KAMAL OĞLU

Tədqiqatın elmi yeniliyi. Türkoloji dilçilikdə oğuz qrupu türk dillərin-
də qrammatik şəkilçilər ilk dəfə olaraq müqayisəli şəkildə geniş formada 
monoqrafik tədqiqata cəlb edilir. Haqqında bəhs edilən qrammatik kateqo-
riyalar və onların morfoloji göstəriciləri barədə deyilənlər mövcud elmi fik-
rin təkrarı olmayıb müstəqil təhlil və düşüncə tərzinin məhsuludur.
Qrammatik formalarla birbaşa və ya dolayısı ilə bağlı olan qrammatik 
kateqoriya anlayışı, kök və şəkilçi münasibətləri və s. məsələlərə baxışda 
da yeni fikir və mülahizələr öz əksini tapmışır. 
Tədqiqatın nəzəri və praktik əhəmiyyəti. Oğuz qrupu türk dillərinə 
aid normativ qrammatikaların, lüğətlərin hazırlanmasında tədqiqatın nəti-
cələrindən istifadə edilə bilər. Türk dillərində morfoloji kateqoriya, onun 
kriteriyaları və göstəricilərinin dəqiqləşdirilməsində tədqiqat işinin nəzəri 
müddəaları faydalı ola bilər. Müqayisə edilən dillərin və dil subyektlərinin 
etnokulturoloji birliyinin üzə çıxarılması və inkişaf etdirilməsində, oğuz 
birliyi ideyasının gerçəkləşməsində bu əsər səmərəli ola bilər. Ali məktəb-
lərdə tədris edilən «Dialektologiya», «Dilşünaslıq», «Qədim türk yazılı 
abidələrinin dili», «Ədəbi dil tarixi», «Türk dillərinin müqayisəsi» və s. 
fənlərin bakalavr və magistr səviyyəsində tədrisi zamanı dissertasiyadan 
tədris materialı kimi faydalanmaq mümkündür. 
Tədqiqatın mənbələri. Tədqiqatın əsas mənbələri müasir Azərbaycan, 
türk, türkmən və qaqauz dilləri və onların dialektləridir. Bundan başqa
qədim türk yazılı abidələri, brahmi mətnləri, «Kitabi-Dədə Qorqud» 
dastanı, M.Kaşğarinin «Divanü lüğat-it-türk» əsəri, orta əsrlərə aid qram-
matika kitabları, türk dillərinin müqayisəli lüğətləri, dialektoloji lüğətlər, 
tanınmış türkoloqların əsərləri, klassik ədəbiyyatın dili, müasir tədqiqat-
çıların müvafiq araşdırmaları və s. də tədqiqatın mənbələrinə daxildir. 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin