Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə16/27
tarix11.05.2023
ölçüsü0,69 Mb.
#111368
1   ...   12   13   14   15   16   17   18   19   ...   27
BƏŞİROV KAMİL KAMAL OĞLU

 
İndiki zaman üzrə (I şəxs) 
Dillər 
Tək 
Cəm 
Azərbaycan -am
2
alıram
-ıq
4
alırıq 
Türk 
-ım
4
alyorum -ız
4
alyoruz 
Türkmən
-ın alyarın 
-ıs
4
alyarıs 
Qaqauz 
-ım
2
alerım
-ız
4
alerız 
Qəti gələcək zaman üzrə (I şəxs) 
Dillər 
Tək 
Cəm 
Azərbaycan -am
2
alacağam 
-ıq
4
alacağıq 
Türk 
-ım
4
alacağım 
-ız
4
alacağız 
Türkmən
-men men aljak 
-biz biz aljakdırıs 
Qaqauz 
-:m
2
alaja:m -:z
4
alaje:z 
Cədvəldən göründüyü kimi, müqayisə edilən dillərin şəxs-xəbərlik 
göstəriciləri arasında ən çox fərq türkmən dilində nəzərə çarpır. Fərdi 
cəhətlərlə bağlı nümunələrin bir neçəsini də əlavə edirik: 
1) Türkmən dilində nəqli keçmişlə şühudi keçmiş zaman göstəriciləri-
nin qoşa işlənməsi halına rast gəlinir: alıpdım, alıpdıŋ, alıpdı
2

2) Bu dildə xəbər şəkli həm morfoloji, həm də sintaktik üsulla reallaşa 
bilir. Məsələn, uçyarın, alyarın tipli fellər ümumi, uçup baryarın, alıp 
baryarın kimi fellər indiki zamanı ifadə edir. 
1
Mirzəzadə H. Göstərilən əsəri, s.155. 
2
Сравнительная грамматика русского и туркменслого языка. (Фонетика и 
морфология) Ашгабат, «Туркменнешр», 1964, с.152. 


33 
3) Türk dilinin Kosova şivələrində I şəxsin cəminin göstəricisi bütün 
zamanlar üçün -sık formalıdır: qelirsık, bulursık, alacaksık, balacaksık
1

4) Azərbaycan dilinin Beyləqan, İrəvan və İraqın Tuz şivələrində ikinci 
şəxsin cəminin göstəricisi həm də -say//-sey;-sıyız//-siyiz şəkillidir: 
baxısay, görüsey, qalırsıyız, gedirsiyiz. 
5) Azərbaycan dilinin Ayrım və Qaşqay-Aynallı şivələrində 1-ci və 2-
ci şəxslərin sonluğu açıq saitlidir: yazırax, gəlirax, yazırsaŋız, gəlirsəŋiz. 
6) Xəbərlik şəkilçisi -dır
4
, adətən, III şəxsdə fellərə qoşula bildiyi hal-
da, türk dilində hər üç şəxslə işlənə bilir: bilmişimdir, bilmişsindir, 
bilmiştir. 
Azərbaycancadan fərqli olaraq bu şəkilçi kəmiyyət göstəricisindən son-
ra gəlir: bilmişlerdir, okumuşlardır, bileceklerdir. 
M.Ergin xəbərlik göstəricisi -dır
4
-ın əslən ismə məxsus bir şəkilçi 
olduğunu, fellərlə işlənməsini sonrakı mərhələ hesab edir
2


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin