Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə18/27
tarix11.05.2023
ölçüsü0,69 Mb.
#111368
1   ...   14   15   16   17   18   19   20   21   ...   27
BƏŞİROV KAMİL KAMAL OĞLU

İstək-arzu forması göstəricisi kimi oğuz qrupu dillərdə -a//-ə, qıpçaq 
və karluq qrupu dillərdə -ğay formalaşmışdır. Bəzi türkoloqlar birinci for-
manın (-a) ikincidən törədiyini iddia etsələr də
3
, bu mülahizəyə qarşı du-
ranlar da çoxdur; -ğay şəklini indiki
4
və gələcək
5
zaman göstəricisi sayanlar 
da kifayət qədərdir.M.Kaşğari «Divan»ında istək-arzu formasının -sa//-sə 
arxetipi də geniş işlənmiş, həm də adlara qoşulmuşdur: kağunsadı –qovun 
istədi, ətsədi-ət istədi, atsadı-atmaq istədi, açsadı-açmaq istədi. 
Oğuz qrupu türk dillərində istək-arzu formasının fellərə qoşulmasında 
diqqəti çəkən əsas fərq qaqauz dilində III şəxsdə bu morfemin yoxluğudur: 
alam, alasın, alsın. 
«Növ kateqoriyası göstəriciləri, inkişaf və formalaşma tarixi» adlı 
3-cü bölmədə felin qrammatik növləri və növ göstəricilərindən bəhs edilir. 
Türk dillərində növ kateqoriyası haqqında söylənən elmi mülahizələri geniş 
təhlil süzgəcindən keçirən M.Mirzəliyeva bu kateqoriyanı belə xarakterizə 
edir: «Növ kateqoriyası subyektin hərəkətin icrasında rolunu müəyyən edən 
və xüsusi şəkilçilərlə reallaşan qrammatik münasibətin ifadə formasıdır»
6

Türk dillərində felin növ kateqoriyası çox ümumi bir anlayış olub, bir 
neçə kateqoriyanı özündə birləşdirir.
Növ şəkilçilərinin sözdüzəldici, yoxsa sözdəyişdirici olması məsələ-
sində yekdil fikir olmadığını nəzərə alan Y.Seyidov çox tutarlı bir arqu-
mentlə bu mübahisəyə son qoymağa çalışmışdır: «Əgər növ şəkilçiləri 
sözdüzəldici şəkilçidirsə, o halda «felin növləri» adlı qrammatik kateqorii-
ya yoxdur və deməli, qrammatika kitablarında belə bir kateqoriya verilmə-
məli idi»
7

1
Erculasun Ahmet B. Kaşğari Mahmudda -sā/-se eki. Türk dili bilgisi. 1995, sayı 
521, s.449-455. 
2
Rəhimov M.Ş. Azərbaycan dilinin XIV-XVIII əsrlərə aid yazılı abidələrində 
indiki və gələcək zamanların ifadəsi. «Dilçilik» məcmuəsi». Bakı, 1957, s.24-32. 
3
Eyvazova R. Kişvərinin dili. (Morfoloji xüsusiyyətlər). Bakı, Elm, 2005, s.124. 
4
Əskər Ramiz. M.Kaşğari və onun «Divani-lüğat-it-türk» əsəri. Bakı, MBM, 2008, 
s.269. 
5
Kaşğari Mahmud. Divanü-lüğat-it türk. I c. s.302-303, 305. 
6
Мирзалиева М. Категория залога в современном Азербайджанском языке и 
смежные явления. АКД, Баку, 1976, с.9. 
7
Seyidov Y. (Morfologiya.) Bakı, 2010, s.197-199. 


35 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin