Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə15/27
tarix11.05.2023
ölçüsü0,69 Mb.
#111368
1   ...   11   12   13   14   15   16   17   18   ...   27
BƏŞİROV KAMİL KAMAL OĞLU

gələcək zamanın iki forması müəyyənləşmişdir: a) qeyri-qəti, b) qəti gələ-
cək zaman. Bunlar istər ifadə vasitələrinə, istərsə də semantik-funksional 
xüsusiyyətlərinə görə bir-birindən yetərincə fərqlənir. Oğuz qrupu türk dil-
lərində ta əskidən 3 növ qeyri-qəti gələcək zaman şəkilçisi olmuşdur: 1)-ır
4

2)-ar
2
; 3)-r. Tədqiqatçıların rəyinə görə, bunlardan ən qədimi -ır
4
formasıdır. M.Erginə görə isə -r daha qədim forma olub, ona sait sonradan 
qoşulmuşdur
4

H.Mirzəzadə qeyd edir ki, abidələrin və klassiklərin dilində -ar
2
və -ır
4
paralel işlənmiş, -ar
2
-ın qeyri-qəti gələcək zaman üzrə diferensiallaşmasına 
XVIII əsrdən başlanmışdır
5
. A.N.Kononov S.E.Malova istinadən -ar, -er 
formalarının -ğar, -qaru//-qerü yönlük hal formasından törəməsi fikrini irəli 
sürür
6
. M.Kaşğari oğuz qrupu türk dillərində qeyri-qəti gələcək zaman 
şəkilçisinin formalaşma qaydası haqda yazır: «Oğuzlar müzaredə «barır» 
sözündəki ikinci «r» hərfini atıb, kökdəki (bar) «r» hərfini saxlayaraq «mən 
baran», «mən turan» deyirlər… Əgər sözdə «r» hərfi yoxdursa, o zaman 
sözə müzaredə «r» əlavə edilir: mən kələrən, mən külərən»
7

Tədqiqatın obyekti olan dillərdə qeyri-qəti gələcək zaman şəkilçilərinin 
çeşidli fonetik variantları mövcuddur: allam, berrəm; alallar, deyəllər; 
derlər, yerlər; almanam, gəlmənəm; almazam, bilməzəm, alman, gəlmən. 
Qəti gələcək zaman şəkilçiləri dillər üzrə belə formalaşmışdır: -acaq//-
əcək (Azərb.), -acak//-eceg (türk), -jak//-jek (türkmən), -aja://-eje: (qaqauz). 
Türkmən və qaqauz dillərinə məxsus c-j dəyişməsi Azərbaycan dilinin 
Qərb qrupu şivələrində də geniş yayılmışdır. 
1
Серебренников Б., Гаджиева Н. Эюстярилян ясяри,
s.170-175. 
2
Поцелуевский 
А.П. 
Избранные 
труды. 
Изд-во 
«ЫЛЫМ», 
Ашгабад,1975,с.148-149. 
3
Türkmen dilinin dialektlərinin oçerki. Aşqabat, Ilım, 1970. 
4
Ergin M. Göstərilən əsəri, s.277. 
5
Mirzəzadə H. Azərbaycan dilinin tarixi qrammatikası, Bakı, Maarif, 1990, s.246. 
6
Кононов А.Н.Грамматика современного турецкого литературного язы-
ка.1956,с.226 
7
Kaşğari Mahmud. Divanü-lüğat-it türk. II c. s.81. 


32 
Tarixən qəti gələcək zamanın indiki formasından fərqli şəkilləri də 
olmuş, sonralar işləklikdən qalmışdır. Qədim yazılı abidələrin və klasssik-
lərin dilində işlənən -sar//-isər bu qəbildəndir
1

III fəslin «Şəxs – xəbərlik kateqoriyasının morfoloji göstəriciləri» böl-
məsində bu kateqoriyaya aid elmi mülahizələrin ümumiləşdirilməsindən 
sonra şəxs və xəbərlik göstəriciləri təhlilə cəlb edilmişdir. Müqayisə edilən 
dillərdə şəxs və xəbərlik göstəricilərinin formaca uyğun, mənşəcə eyni bir 
əsasdan, şəxs əvəzliklərindən törəməsini əsas tutaraq bunlardan birgə, 
«şəxs-xəbərlik» kateqoriyası göstəriciləri adı altında bəhs etmək məqsə-
dəuyğun bilinmişdir. 
Oğuz qrupu türk dillərində şəxs-xəbərlik göstəriciləri haqqında müəy-
yən təsəvvür əldə etmək üçün aşağıdakı cədvələ diqqət etmək kifayətdir: 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin