Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə13/27
tarix11.05.2023
ölçüsü0,69 Mb.
#111368
1   ...   9   10   11   12   13   14   15   16   ...   27
BƏŞİROV KAMİL KAMAL OĞLU

tədqiqi» adlanır. Bu fəslin birinci bölməsində zaman kateqoriyası göstəri-
cilərindən bəhs edilir. Felin zaman kateqoriyasının şəkilçiləri daha çox felin 
şəkil kateqoriyası daxilində araşdırılmışdır. Təcrübə göstərir ki, onların 
müstəqil bir kateqoriya göstəriciləri kimi araşdırılması daha uyğun nəticələr 
əldə etməyə imkan verir. 
1
Mirzəzadə H. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı, ADU, 1990, s.94-95. 
2
Muharrem Ergin. Göstərilən əsəri, s.162-163. 
3
Kaşğari Mahmud. Göstərilən əsəri, III c., s.114, 142. 
4
Yenə orada, s.430. 
5
Щербак А.М. Очерки по сравнительной морфологии. (Имя), Ленинград, 
Наука, 1981, с.118-119. 


29 
Keçmiş zaman və onun morfoloji əlamətləri. Oğuz qrupu türk dillə-
rində müxtəlif terminlrlə adlanmağına baxmayaraq, iki forması fərqləndi-
rilir: şühudi keçmiş (qəti keçmiş, görülən keçmiş) və nəqli keçmiş (öyrə-
nilən keçmiş, ehtimallı keçmiş). Bu zamanın şəkilçisi kimi çox uzaq keç-
mişdən başlamış bu günə qədər -dı
4
, -tı, -ta formalarından istifadə edilir. Bu 
şəkilçinin tik//dik, ğ//duğ və tur//dur fellərindən törəməsi fikri geniş yayıl-
mışdır. Bu fikrə görə həmin formalardan sonuncu samitin düşməsi ilə 
şühudi keçmiş zaman şəkilçisi meydana gəlmişdir. F.Zeynalov zaman 
şəkilçilərinin feli sifət
1
, M.Ergin isə şühudi keçmiş zaman istisna olmaqla 
digər zaman şəkilçilərinin hamısının isim əsilli olmasını iddia edir
2

Nəqli keçmiş zaman şəkilçisi kimi Oğuz qrupu türk dillərində -mış
4
və 
-ıb formalarından istifadə edilir. Yakut dili istisna olmaqla digər türk 
dillərində nəqli keçmiş zaman -ğan, -kan formalıdır: burğan (özbək), bar-
ğan (uyğur), alğan (tatar) və s. Mütəxəssislərin rəyinə görə, -mış nəqli keç-
miş zaman şəkilçisi ona alternativ olan ğan//kan-dan daha qədimdir. Orxon-
Yenisey kitabələrində və M.Kaşğari lüğətində hər iki forma aktivdir: ol 
gəlmiş, ol yoldan, azımğan
3

Nəqli keçmişin -mış forması Azərbaycan dili üçün daha işlək, türkmən 
dili üçün, demək olar ki, yox səviyyəsindədir. Əvəzində türkmən dilində 
modallıq ifadə edən -imiş və -ıp (-ıb) daha işləkdir. 
A.N.Kononov türk dilində keçmiş-indiki zaman adlandırdığı bir forma-
nın mövcudluğundan bəhs edir: yazmışımdır, yazmışındır, yazmışıdır
4

Azərbaycan dilinin Şəki və Salmas şivələrində -ıb
4
nəqli keçmiş formantı -
ıt
4
şəkillidir: alıb – alıt, gəlib – gəlit. 
Türk dilləri üçün -mış
4
nəqli keçmiş zaman göstəricisinin arxetipini 
A.M.Şerbak
5
-pis//-pus, B.A.Serebrennikov
6
-bış kimi müəyyən edir. 
N.K.Dmitriyevə görə -mış şəkilçisi monqol dilndəki feli ad bildirən -mal//-
mel formasından yaranmışdır
7


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin