Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu


gəlməyəli pinəçiliyin daşını atıb başladı alverə.  «Feli sifət şəkilçiləri, inkişaf və formalaşma tarixi»



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə21/27
tarix11.05.2023
ölçüsü0,69 Mb.
#111368
1   ...   17   18   19   20   21   22   23   24   ...   27
BƏŞİROV KAMİL KAMAL OĞLU

gəlməyəli pinəçiliyin daşını atıb başladı alverə. 
«Feli sifət şəkilçiləri, inkişaf və formalaşma tarixi» adlanan 5-ci böl-
mədə feli sifət şəkilçilərinin zamanlar üzrə növləri, yaranma əsası, inkişaf 
tarixi və s. təhlilə cəlb edilmişdir. M.Kaşğari lüğətində 25 növə yaxın feli 
sifət şəkilçisindən bəhs edilsə də, aşağıdakı cədvəldən göründüyü kimi, 
bunların cəmi 9-10 növü oğuz qrupu türk dillərində istifadə edilir. 
Bu şəkilçilərin işlənmə üzrə tezliyi müxtəlifdir. Bəzi fərqli məqamları 
nəzərə çatdırırıq: 
1) Digər oğuz qrupu türk dilləri ilə müqayisədə -dık
4
onun inkar 
forması -madık
2
türkmən dilində daha məhsuldardır: İşlemedik dişlemez. 
Ağlamadık oğlana əmjek yok. 
2) Azərbaycanq dilində axar su, görər göz şəklində işlənən feli sifətlər 
türk dilində axır su, görür göz kimidir. 
3) Türkmən dilində -maz formantı daha çox -mayar, -meyer formasında 
işlədilir: solmaz çiçək-solmayar çiçek, gülməz üz-gülmeyer üz və s. 
Təhlil göstərir ki, oğuz qrupu türk dillərində işlənən feli sifət şəkilçiləri 
əksərən zaman mənşəli morfemlərdir. 
«Məsdər forması şəkilçiləri, inkişaf və formalaşma tarixi» bölmə-
sində məsdər şəkilçisi -maq//-mək//-mek-in təşəkkül tarixi, işlənmə arealı 
arxetiplərindən bəhs edilir, fonetik variantları, dialekt xüsusiyyətləri 
təhlil olunur. 
Məsdər formasının türk dillərinin cənub qrupunda türk, Azərbaycan, 
türkmən, özbək, uyğur və qaqauz dillərində geniş inkişaf etdiyini qeyd edən 
B.Serebrennikov pratürkdə bu formanın olmadığını qeyd edir
3

Türkologiyada məsdər və hərəkət adları çox vaxt eyni bir kateqoriyaya 
aid edilmiş, bunlar arasında fərq qoyulmamışdır. M.Kazım bəy
1
, F.Zeyna-
1
Muharrem Ergin. Göstərilən əsəri, s.327. 
2
Вопросы диалектологии тюркских языков. Т. IV, Баку, Наука, 1966, с.127 
3
Serebrennikov B.A., Qadjieva N. Göstərilən əsəri, s.208. 


41 
lov,
2
M.Ergin
3
və bir çox müəlliflər -maq//-mək//-mek göstəricilərini hərə-
kət adları yaradan şəkilçilər sırasında vermişlər. 
Digər türk dillərində məsdər forması aşağıdakı morfemlərlə reallaşır: -
ay, -ey, -ad – bunad, yokunad, kartay, sarqay (qazax, qaraqalpaq); -ğar, -gər 
– birgər, munxar, kutkar (özbək), yalpırka (qazax), -gəli, -gili – içgəli 
(özbək), körgüli – görmək, -ğanı, -ğalı – okuğanı, alğalı (qırğız) və s. 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin