Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə18/100
tarix30.12.2021
ölçüsü1,04 Mb.
#25143
1   ...   14   15   16   17   18   19   20   21   ...   100
Çağdaş Azərbaycan postmodern romanı 
 
 
21 
olunmur. Məsələn, müasir Azərbaycan romanları haqqında 
xülasə  məqaləsində  Tehran  Əlişanoğlu  Həmid  Herisçinin 
«Nekroloq»  romanında  xarakter  və  süjetin  olmamasını 
onun  nöqsanı  və  zəif  cəhəti  kimi  qiymətləndirmiş,  dialo-
qizmin,  fraqmentarlığın,  epizodluğun  aşağı  olmasını,  ob-
razların  sadələşdirilmiş  şəkildə  açılmasını  və  s.  qeyd  et-
mişdir 
12
. «Nekroloq»un romana aid olmasını şübhə altına 
qoyaraq, T. Əlişanoğlu əsərin janrına aid münasibət bildir-
mir. «Nekroloq»un romana aid olması özünü aydın şəkildə 
göstərir. T. Əlişanoğlunun subyektiv mövqeyi onunla bağ-
lıdır ki, yazıçı romanın bəzi təhkiyə əlamətlərindən imtina 
etməsinə  qiymət  vermir.  «Nekroloq»  hekayə  təsirinə  mə-
ruz qalıb. T. Əlişanoğlu tərəfindən qeyd olunanlar «Nekro-
loq»  əsərinin  janr  təbiətinə  hekayənin  təsiri  ilə  əlaqəlidir. 
Həmid  Herisçinin  «Nekroloq»  əsərində  ənənəvi  müəllif 
təhkiyəsi,  süjet  və  xarakterin  aradan  qalxması  kimi  post-
modern estetikanın vacib şərtləri özünü göstərir. 
Azərbaycan  ədəbiyyatı  və  mədəniyyətində  «postmo-
dernizm» termini tənqidçi və yazarlar arasında müzakirələ-
rə  səbəb  olmuşdur.  Postmodernizm  ətrafında  müzakirələr 
yarandığı ilk gündən başlamış və bu gün də davam etmək-
dədir.  Konkret  postmodernist  əsərlərin  təhlili  nəticəsində 
Azərbaycan  postmodernizminin  əsas  əlamətlərini  araşdır-
maq,  tənqidinin  əsas  aspektlərini  göstərmək  zərurətə  çev-
rilmişdir. 
Postmodernizmə həsr olunmuş tədqiqat işlərində tədqi-
qatçılarımız  əsasən,  xarici  postmodernizmə  fikir  verirlər. 
Leyla  Hacızadənin  «Postmodernizm  dövrünün  qəhrəmanı 
                                                 
12
 Əlişanoğlu T.  Yeni  ədəbi  nəsil:  axtarışlar,  problemlər  //http: 
//bizimasr.media-az.com/arxiv_2002/may/113/tengid_romani.html 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin