Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə30/100
tarix30.12.2021
ölçüsü1,04 Mb.
#25143
1   ...   26   27   28   29   30   31   32   33   ...   100
Çağdaş Azərbaycan postmodern romanı 
 
 
33 
keçmişdir.  Fərqli  parçaları  bir  yerə  yığmaq,  birləşdirmək, 
calaq etmək kimi fəndlər vasitəsilə romanın təhkiyəsi içinə 
atılan parçalar mətni ənənəvi təhkiyədən uzaqlaşdırır. 
2008-ci  ildə  Bakıda  Nurəddin  Adiloğlunun  döyüş 
meydanlarının «qaynar nöqtə»lərindəki əməliyyatlarından, 
keçən əsrin coşqun 90-ci illərinin Bakıda baş verən siyasi 
proseslərindən bəhs edən  «Qara sarmaşıq» (2008) romanı 
nəşr  edilmişdir.  Müəllif  dağıdılmış  siyasi  prosesin  xrono-
logiyasına  əsaslanır.  Maraqlıdır  ki,  N. Adiloğlu  siyasi  in-
triqalardan əziyyət çəkən və mübarizə aparan xalq obrazını 
yaratmağa nail olur. 
Xalqın mübarizə problemi Аkif Əlinin «Dumanlı dağ-
lar» (2008) romanında da öz əksini tapmışdır. Müəllif əsə-
rin janr formasını kinopritça kimi müəyyən edir. Fikrimiz-
cə,  «Dumanlı dağlar» əsərində  kinoroman cizgiləri  özünü 
aydın  şəkildə  göstərir.  Eyni  zamanda  «Dumanlı  dağlar» 
əsərinin roman təbiəti  pritça  janrının təsirinə  məruz  qalır, 
ancaq  bu  təsir  nisbətən  zəif  xarakter  daşıyır.  Növlərarası 
janr  qarışıqlığı  janr  xüsusiyyətlərinə  daha  mühüm  təsir 
göstərir, halbuki növlərdaxili qarışıqlığın təsiri o qədər də 
geniş deyil. 
Romanın  yuxarıda  adı  çəkilən  variasiyalarını  (hiper-
tekst,  audioroman  və  kinoroman)  bir  qrupda  birləşdirmək 
olar  –  kommunikasiya  texniki  vasitələrin  vasitəsi  ilə  ret-
ranslyasiya  edilən  kreollaşmış  roman.  Bu  əsərlər  texniki 
kommunikasiya vasitələrinin retranslyasiya xüsusiyyətləri-
ni nəzərə alır. Kreollaşmış romanlarda verbal və qeyri-ver-
bal təhkiyə informasiya ötürülməsi üsulları ilə uyğunlaşır, 
janr  forması  isə  yalnız  kommunikasiya  sosial  aspektlərin 
deyil, həm də texniki təsirə məruz qalır. 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin