Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə29/100
tarix30.12.2021
ölçüsü1,04 Mb.
#25143
1   ...   25   26   27   28   29   30   31   32   ...   100
S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
32 
Kinoromanda müəllif düşüncələrinin açılması üçün vi-
zual mənzərədən istifadə olunur. Bu zaman vizual mənzərə 
informasiyanın  ötürülməsinin  verbal  vasitələrinə  bağlanır 
ki,  kinoromanı  kinossenaridən  fərqləndirir.  Kinoromanda 
hakim mövqe mətn informasiyasının ötürülməsi mövqeyi-
dir.  Kinomatoqrafiya  səhnəcikləri,  kameraların  hərəkəti, 
montajın  xüsusiyyətləri  və  s.  –  bütün  bunlar  bədii  əsərin 
mətninə tabedir. Sinkretik janr formalarının bir çox xüsu-
siyyətlərini özündə cəmləşdirmiş və kütləviləşmiş belə ki-
noromanlardan biri olan A. Rob-Qriyerin «Ötən il Marien-
badedə»  əsəridir  ki,  1961-ci  ildə  rejissor  A. Rene  tərəfin-
dən ekranlaşdırılmışdır. 
Azərbaycan  romançılığında  kinoromanın  bir  neçə  nü-
munəsi  məlumdur.  Azərbaycan  kinoromanının  tarixi  və 
epik çalara malik olması onun əsas xüsusiyyətidir: 
- tarixi və sənədli ədəbiyyat janrları qarışıqlığı; 
- ümumiləşdirilmiş  obraz  kimi  xalq  obrazı  çıxış  edir, 
bununla  da  Azərbaycan  kinoromanını  roman-epopeyaya 
yaxınlaşdırır. 
2005-ci  ildə  rejissor  Kamran  Qasımovun  «İyirmi  üç 
ay» (2005) kinoromanı nəşr olunur. Romanın süjeti 23 ay 
yaşamış  Azərbaycan  Xalq  Cümhuriyyətinin  tarixi  ətrafın-
da qurulub. Kinoroman tarixliliyi və sənədliliyi ilə fərqlə-
nir. Təsadüfi deyil ki,  müəllif əsərin  adını aşağıdakı  kimi 
izah edir – «bədii-sənədli, tarixi kinoroman». Bu izah əsər 
üçün səciyyəvi olan janr qarışıqlığının bütün spektrini əha-
tə edir. Romanın faktlarla dolu əsası tarixi hadisələrin xro-
nologiyasını  izləyir.  Maraqlıdır  ki,  prototipləri  dövrün  si-
yasi və dövlət xadimləri olan bədii obrazların fonunda, ay-
rıca  obraz  kimi  xalq  obrazı  dövlət  qurucusu  kimi  çıxış 
edir.  Ədəbiyyata  montaj  kinodan,  kollaj  isə  rəssamlıqdan 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin