Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə37/100
tarix30.12.2021
ölçüsü1,04 Mb.
#25143
1   ...   33   34   35   36   37   38   39   40   ...   100
S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
40 
Hibrid janr formasında Nuranə Lətifənin «Eşqin rəngi» 
(2008)  romanı  yaradılmışdır.  Bu  əsər  «ali»  və  «aşağı» 
janrların elementlərini birləşdirməyə cəhd edir. Bu növ qa-
rışıqlığın təzahürü postmodern lirik romandır. Postmodern 
lirik  romanlarda  personajların  simasında  «ilahi  məhəb-
bət»in  təcəssümü  bədii  dillə  açıqlanır.  Müəllif  mistik  və 
eyni zamanda cəlbedici «ilahi məhəbbət» fenomeni vasitə-
si ilə dünyanı göstərməyə cəhd edir. Lirizm müəllifin qəh-
rəmanların  daxili  emosional  vəziyyətinin  açıqlanmasında 
gücləndirilmiş diqqətində özünü göstərir. 
Yuxarıda qeyd olunduğu kimi postmodernizm ədəbiy-
yatda  bədii  zaman  xaotik,  fraqmentar  və  sıxışdırılmış  xa-
rakter daşıyır. Postmodern dövründə zamanın keçmişin ta-
beçiliyində  olması  iddia  edilir  və  bu  keçmiş  zaman  qırıl-
mış halda təsəvvür olunur, «əvvəl-sonra» kimi məntiqi ar-
dıcıllıqdan imtina edilir. Postmodern romanlarda hadisələr 
xarici gerçəkliklə tam uyuşan bir əhvalatı xronoloji ardıcıl-
lıqla ifadə edə bilən ənənəvi romanlarda olduğu kimi xro-
noloji ardıcıllıqla davam etmir, bədii mətndə «dünən – bu 
gün –  sabah», «səbəb  – nəticə» əlaqələri sındırılır. Aydın 
Talıbzadənin «Kəpənək modeli. 102» romanı bu baxımdan 
istisna  hal  deyil.  Əsərin  quruluşu  dağınıq  təhkiyə  və  za-
man müstəvisi xaotik şəkildə düzümü ilə digər postmodern 
üslubda qələmə alınmış əsərlərdən fərqlənir. 
Aydın  Talıbzadənin  «Kəpənək  modeli. 102»  əsərində 
hadisələrin müxtəlif zaman kəsiyində inkişaf etdiyini mü-
şahidə edirik. Əsərdə hadisələrin zaman ardıcıllığı yoxdur. 
Postmodern romanlara xas zamanın ardıcıl nizamına qarşı 
biganəlik «Kəpənək modeli. 102» əsərində özünü göstərir. 
Hadisələr keçmişin indiyə, indinin keçmişə keçidində ger-
çəkləşir. 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin