Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə40/100
tarix30.12.2021
ölçüsü1,04 Mb.
#25143
1   ...   36   37   38   39   40   41   42   43   ...   100
Çağdaş Azərbaycan postmodern romanı 
 
 
43 
Postmodern romanda reallığın qeyri-reallıqla çulğalan-
ması xüsusi bir məkan yaradır ki, oxucunu romanın bu bə-
dii məkanına salır. Bu bədii məkanda qəhrəmanlar həyatını 
və daxili aləmini dərhal hiss edir. 
Postmodern yazarlar insan və dünya arasındakı ziddiy-
yətləri simvolik obrazlardan, işarə və eyhamlardan istifadə 
edərək,  əsərin  hüdudlarından  kənarda  olan  məkanın  bədii 
izahını verməyə cəhd edirlər. 
Bütöv  qapalı  dünyanın  yaradılması  fonunda  postmo-
dernistlərin mifoloji və ya simvolik üsullara meyl etmələri 
qanunauyğun olaraq ona gətirib çıxarır ki, dünyanın xaotik 
başlanğıcına  və  mənzərəsinə  işarə  edən  postmodern  ro-
manda antiutopiyaya böyük maraq müşahidə olunur. 
Pərviz  Cəbrayılın  «Yad  dildə»  antiutopiya  romanında 
İçərişəhər  statusuna  görə  seçilmiş  bir  məkandır.  Pərviz 
Cəbrayılın  «Yad  dildə»  əsərində  də  baş  verən  hadisələrin 
İçərişəhərdə təsviri də səbəbsiz deyil. Əsərin qəhrəmanları 
balaca məkanda İnternetə sığınırlar. Onların dünyası sığın-
dıqları bu internetdir. Təbii ki, «Yad dildə» əsəri semiotik 
obrazların istifadəsi kimi diqqəti cəlb edir. 
İlqar Fəhminin postmodernist üslubda qələmə aldığı və 
«teatral roman» adlandırdığı «Akvarium» əsərində hadisə-
lər üç məkanda baş ver. İntihar səhnəsi ilə başlanan «Ak-
varium» əsərinin çıxış nöqtəsi premyeraya qədər ki, zaman 
götürülür.  «Akvarium»  romanı  kompozisiyası  həm  teatr, 
həm akvarium, həm də Sahibin öz ata-baba mülkünün ye-
rində özü üçün tikdirdiyi yaşayış evinə çevirdiyi məkanda 
inkişaf edir. Səhnə, tamaşa, pyes kimi reallığa əks məkan-
larda hadisələrin inkişafı diqqəti cəlb edir. Bədii məkanın 
məhdudluğu  əsəri  pyesə  yaxınlaşdırır.  «Akvarium»da 
İ. Fəhmi «akvarium»a üstün gəlmək üzrə bütün dramatiz-



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin