Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə69/100
tarix30.12.2021
ölçüsü1,04 Mb.
#25143
1   ...   65   66   67   68   69   70   71   72   ...   100
Çağdaş Azərbaycan postmodern romanı 
 
 
71 
göstərməkdədir.  «Köçəri»  süjetlər  mifoloji  düşüncənin 
hökmranlığı dövründən məlumdur. Onların iqtibas edilmə-
si  böyük  köç  və  böyük  imperiyaların  yaradılması  dövrlə-
rində daha fəal idi. 
Dramaturq J. Poltinin irəli sürdüyü təsnifatda «köçəri» 
süjetləri  «daimi»  (əsas)  süjetlərdən  fərqləndirmək  lazım-
dır.  «Köçəri»  süjetləri  həm  də  «əbədi  obrazlar»dan  fərq-
ləndirmək lazımdır. Bəzən müxtəlif xalqların və dövrlərin 
mövcud  ədəbiyyatında  «əbədi  obrazlar»  «köçəri»  süjetlə-
rin təsirinin nəticəsi kimi qiymətləndirilir. 
«Köçəri»  süjetlər  janr  sisteminin  transformasiyasına, 
milli (regional) ədəbiyyata təhkiyənin «xarici» üslub xüsu-
siyyətlərinin tətbiq edilməsi, xronotop və fabulanın özünə-
məxsus  layihələşdirilməsinə  imkan  yaradır.  «Köçəri»  sü-
jetlər  yad  janrların  «əvəzedilməsi»  proseslərinin  kataliza-
toru  rolunda  çıxış  edir.  Qloballaşma  şəraitində  «köçəri» 
süjetlərin  bir  haldan  başqa  hala  keçməsinin  əhəmiyyəti 
janr sistemi üçün artır, qlobal ədəbiyyatın yaranmasına kö-
mək edir. Müasir qlobal ədəbiyyat üçün «köçəri» süjetlər – 
bu ədəbi mədəni məkanın vahid şəklə salınması alətidir. 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin