Təhlil və müzakirə
Elmi tədqiqat işlərində əldə edilmiş nəticələrin söz, şəkillər, qrafiklər, cədvəllər
və s. vasitələrlə əks etdirilməsinin bir sıra müasir tələbləri formalaşmışdır. Nəticələrin
daha sadə, dolğun, informasiya baxımından zəngin bir vasitə ilə əks etdirilməsi bu
tələblərdən biridir.
Təklif olunan metodda ağac bitkilərinin böyümə və inkişaf prosesinin əsas
göstəricilərinin bir yerdə əks etdirilməsi nəzərdə tutulur. Öyrənilən ağac növlərinin
ildə neçə dəfə boy verməsi, boyvermənin davametmə müddəti, boyartımın nə qədər
olması, ümumilikdə bitkinin il ərzində nə qədər böyüdüyü və prosesin neçə gün davam
etdiyinin göstəriciləri bir qrafikdə verilmişdir. Eyni zamanda öyrənilən növlər boy
artımına görə ən az, orta və ən çox boyverənlər olmaqla 3 qrupa bölünmüşdür.
Abşeron şəraitində tədqiq olunan palıd növlərinin böyümə və inkişaf
xüsusiyyətlərini öyrənmək məqsədilə hər növün bir neçə nümayəndəsinin, bitkinin
müxtəlif yerlərində yerləşən 20 ədəd zoğunun böyüməyə başladığı dövrdən, boy
artımının dayanmasına qədər 5 gündən bir nə qədər böyüdüyü ölçülmüş, orta rəqəmlər
tapılmışdır. Eyni bir ərazidə torpağın humusunun, rütubətlik dərəcəsinin, işıq
düşmənin fərqli olmasını nəzərə alsaq, bir növün nə qədər çox nümayəndəsinin, hər
nümayəndədən nə qədər çox zoğun böyümə prosesini izləsək əldə edilən nəticələrin
dürüstlüyü o qədər dəqiq olar. Eyni zamanda ən azı üç ilin orta rəqəmləri əsas
götürülməlidir. Ona görə ki, illər üzrə hidrometeroloji göstəricilər dəyişkən olur.
Abşeron yarımaddası kimi, illər üzrə iqlim göstəriciləri daha çox dəyişkən olan
bölgələrdə dörd - beş ilin orta rəqəmlərini götürmək əldə edilən nəticələrin
dürüstlüyünü artırar.
Mərkəzi Nəbatat Bağında introduksiya edilmiş 12 palıd növünün üzərində
2008-2010-cu illərdə aparılmış müşahidələr nəticəsində məlum olmuşdur ki, təpə
tumurcuqlarının böyüməyə başlaması martın II ongünlüyündən başlayır.
Tumurcuqların böyüməsi 10-25 gün, daş palıdında isə bir aydan artıq davam edir.
Aprelin I ongünlüyündə gürcü palıdının, dəyişkənyarpaq palıdın, şabalıdyarpaq
palıdın, monqol palıdının, tüklü palıdın, saplaqlı palıdın, mişardişli palıdın, ağ palıdın,
uzunsaplaq palıdın, qırmızı palıdın, III ongünlüyündə mantar palıdının, martın I
ongünlüyündə isə daş palıdın tumurcuqları açılmağa başlayır. Tumurcuqların
pulcuqları aralanır və cavan zoğun bükülmüş yaşıl yarpaqları görünür. Cavan zoğ
böyümə nöqtəsində olan meristem hüceyrələrinin bölünməsi hesabına yuxarı doğru
boy atmağa başlayır.
Öyrənilən palıd növlərində böyümə prosesi əsasən aprel ayına, martın I və II
ongünlüklərinə təsadüf edir. Tüklü palıd və saplaqlı palıd aprelin I ongünlüyündə (6,0-
10,0 sm - lik boy artımının 60,5-75,2 %-i), gürcü palıdı aprelin I və II ongünlüklərində
(30,5 sm-93,3 %), dəyişkənyarpaq, şabalıdyarpaq, monqol, mişardişli, ağ, uzunsaplaq,
qırmızı palıdlar aprelin II və III ongünlüklərində (14,5-37,3 sm, illik boy artımının
58,9-83,25 %), mantar palıdı aprelin III ongünlüyündə (8,2 sm-78,1 %), daş palıdı isə
mayın I və II ongünlüklərində (17,4 sm, 43,7 %) daha sürətlə böyüyürlər.
Aprelin II ongünlüyünün axırlarında tüklü palıd və saplaqlı palıd, III
ongünlüyünün axırlarında gürcü palıdı, şabalıdyarpaq palıd, mayın I ongünlüyündə
mantar palıdı, qırmızı palıd, II ongünlüyündə isə monqol palıdında böyümə prosesi
tamamilə dayanır. Deməli adları çəkilən palıd növləri Abşeron şəraitində vegetasiya
müddətində bir dəfə boy verirlər.
Ağ palıdda, mişardişli palıdda boyvermə aprelin III ongünlüyünün axırlarinda,
dəyişkənyarpaq palıdda isə martın I ongünlüyünün ortalarında dayanır. İyunun I
ongünlüyünün əvvəlindən dəyişkənyarpaq palıdda, mişardişli və ağ palıdda isə iyunun
I ongünlüyünün ortalarından başlayaraq II boyvermə muşahidə edilir. Hər üç növdə II
boyvermə iyunun II ongünlüyünün ortalarında dayanır.
Daş palıdında boyvermə mayın II ongünlüyündə dayanır. Avqustun II
ongünlüyünün əvvəllərindən, III ongünlüyünün əvvəllərinə qədər II boyvermə,
oktyabrın I ongünlüyündə isə III boyvermə müşahidə edilir. Maraqlıdır ki, Abşeron
şəraitində yaxşı suvarıldıqda daş palıdında müəyyən fasilələrlə IV, hətta V boyvermə
müşahidə edilir. Qış aylarında belə daş palıdının böyüməsini müşahidə etmək olar.
Cədvəl 1.
Abşeron şəraitində bəzi palıd növlərinin illik boy artımı (orta göctəticilər)
Növlər
İllər üzrə böyümə və
böyümənin davametmə
müddəti
Orta
Dostları ilə paylaş: |