Beləliklə, Abşeron şəraitində öyrənilən palıd növlərini bir vegetasiya müddətində neçə
dəfə boyvermələrinə görə 3 qrupa bölmək olar.
1.
Bir dəfə boy verənlər: Gürcü palıdı, şabalıdyarpaq palıd, monqol palıdı,
mantar palıdı, tüklü palıd, saplaqlı palıd, uzunsaplaq palıd, qırmızı palıd (10,5-44,8 sm)
2.
İki dəfə boyverənlər: (24,6-579 sm)
Dəyişkənyarpaq palıd I boyvermə 36,8sm (63,6% illik boyartımına nisbətən), II
boyvermə 21,1sm (36,4%), mişardişli palıd I boyvermə 17,7 sm (72,0%), II boyvermə 6,9 sm
(28,0%), ağ palıd İ boyvermə 22,7 sm (57,5%), II boyvermə 16,8 sm (42,5%).
3.
Üç və üç dəfədən artıq boyverənlər: 39,8 sm.
Daş palıd I boyvermə 21 sm (52,8%), II boyvermə 11,8 sm (29,6%), III
boyvermə 7,0 sm (17,6%) şəkil 1.
Abşeron şəraitində öyrənilən palıd növlərinin nə qədər böyüməklərinə görə də 3 qrupa
bölmək mümkündür.
1.
Ən çox böyüyənlər – dəyişkənyarpaq palıd, şabalıdyarpaq palıd, ağ palıd,
daş palıd, uzunsaplaq palıd, gürcü palıdı (30,2-57,9).
2.
Orta boyverənlər – mişardişli palıd, qırmızı palıd, monqol palıdı (23,8 -24,6
sm).
3.
Ən az boyverənlər – saplaqlı, tüklü, mantar palıdı (10,5 – 13,3 sm).
Böymənin davametmə müddəti ən çox daş, dəyişkənyarpaq, monqol, ağ palıdda (40,0-
53,3 sm), orta – uzunsaplaq, şabalıdyarpaq, gürcü, mişardişli və qırmızı palıdda (33,3-38,3sm),
ən az isə mantar, tüklü və saplaqlı palıdda müşahidə edilir [Cədvəl 1].
Nəticə
Oyrənilən palıd növləri Abşeron şəraitində suvarıldıqda normal böyüyürlər.
Dəyişkənyarpaq, şabalıdyarpaq, ağ, daş, uzunsaplaq və gürcü palıdları daha yaxşı böyüyüb
inkişaf etdiyi üçün, onların Abşeronun yaşıllaşdırılmasında istifadə olunmaları daha
məqsədəuyğun hesab edilə bilər.
Şəkildən göründüyü kimi, öyrənilən palıd növlərinin böyümə və inkişaf
xüsusiyyətlərinin əsas göstəriciləri – nə qədər boyverməsi, neçə dəfə böyüməsi, hər dəfə
böyümə prosesinin neçə gün davam etməsi, bir qrafikdə verilmişdir. Eyni zamanda ən az orta
va daha çox boyverən növlər qrupuna bölünmüşdür.
Təklif olunan yeni metoddan ağac bitkilərinin böyümə və inkişaf prosesinə həsr edilmiş
tədqiqat işlərinin aparılması və əldə edilən nəticələrin əks etdirilməsində geniş istifadə etmək
olar.
Dostları ilə paylaş: