Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə125/143
tarix30.12.2021
ölçüsü2,04 Mb.
#22533
1   ...   121   122   123   124   125   126   127   128   ...   143
ġəkil 2. Dərman qulançarı 
(Asparagus officinalis) may 
ayında çiçəkləmə zamanı. 
Gövdəsinin uzunluğu 1,5-1,7 metr
 
Dərman  Q.  və  ya  M.  Qafqaz  xalqları  arasında  geniş  istifadə  olunub  (ġəkil  1.),  bitkiyə 
gürcü dilində - «kamamuri», rus dilində «sparja», qırğız dilində-«kumı-sakkızı» deyirlər. Bitki 
ilk vegetasiyaya başlayan vaxtdan 10-15 gün sonra zoğları inkişaf etməyə başlayır. Elə bu vaxt 
onun tər, yumşaq, cavan zoğları  əksər rayonlarda əhali tərəfindən toplanır və yeyilir. Bundan 
əlavə  onun  budaqlarını  duzlu  suda  pörtür,  sonra  bir  balaca 
sıxıb  suyunu  çıxarır,  yağ-soğanla  qızardırlar.  Dadına, 
ləzzətinə  və  qidalılığına  görə  çox  qiymətlidir.  Qulançar 
adətən  aprel  ayının  əvvəllərində  yetişir.  Qulançar  əvvəlcə 
təmizlənir,  yəni  bərkiyib  ağaclaşmış  hissələri  kəsilib  atılır. 
Yumşaq  hissələr  lobya  kimi  doğranır,  yuyulur,  qazanda  su 
ilə  bişirilir.  Sonra  sudan  çıxarıb  əllə  suyu  sıxırsan.  Yağda 
qızardılmış sogançanın içinə tökülür, duz, istiot atılır. Yağda 
bir  qədər  qovrulduqdan  sonra  üstünə  yumurta  çırpılır, 
yumurtası  bişəndən  sonra  yeməyə  verilir.  Süfrədə  sarmısaq 
qatıq  olmalıdır.  Bu  yaz  yeməklərinin  ən  qidalısı  və 
ləzzətlisidir. 
Yer  kürəsində  mövcud  olan  1200  növünün  ayrı-ayrı 
ölkələrdə  130  növə  qədəri  mədəni  tərəvəz  bitkisi  kimi 
becərilir.  Azərbaycanda  isə  40  mədəni  növ  və  çeşid 
becərilir. Yabanı halda bitən növlərin 50-yə qədərinin bioloji 
təsərrüfat  xüsusiyyətləri  öyrənilərək  onların  mədəni  bitkilər 
sırasına  daxil  olması  məsləhət  görülmüşdür.  Bu  bitkilərdən 
biri də qulançardır.  
     Qulançar  zülalla  ən  çox  (1,65  -  1,75%)  zəngin  olan 
tərəvəz bitkilərdəndir. O qısa  müddətdə əti əvəz edir. Onun 
qida  kimi  zərif  boy  zoğlarından  istifadə  edilir.  Boy  zoğları  müxtəlif  şorbalara  tökülür, 
pörtlədilərək  yağ-soğanda  qovrulub  sarımsaq  qatıqla  yeyilir.  Onun  zoğları  həmçinin  kartof 
kimi qaynar külə basırılaraq bişirilib yeyilir. 
      Qulançar  müalicəvi  xüsusiyyətə  malik  olub,  tərkibində  «asparagin»  və  bir  sıra  vitaminlər 
(A, C, B
1
, B
2
) var. Bitki erkən yazda daha tez məhsul verməklə əhalinin faraş məhsulla təmin 
olunmasında böyük rol oynayır. 
      Qulançar  çoxillik  ot  tipli  bitkidir,  iki  evlidir.  Çiçəkləri  təkcinslidir.  Çarpaz  tozlanır. 
Meyvəsi qırmızı, toxumu qara rənglidir. Kök sistemi - yoğunlaşmış güclü kökümsov gövdələr 
əmələ  gətirir.  Yoğunlaşmış  kök  sisteminin  üzərində  nazik  köklər  əmələ  gəlir.  Gövdəsi  - 
budaqlanır, hündürlüyü 2 metrə çatır. 
       Yarpaqları  -  iynəşəkilli  kladodi  formada  olur.  Boy  zoğları  da  yarpaq  rolunu  oynayır. 
Soyuğa  davamlı  olub  qışı  açıq  sahədə  sərbəst  keçirir.  Toxumu  17-29
0
C  istilikdə  normal 
cücərir.  Çox  aşağı  və  yüksək  (+35
0
C-dən  artıq)  cücərmə  ləngiyir.  Qulançarın  cavan  zoğları 
azacıq aşağı temperaturda məhv olur. Sərin hava şəraitində (+15
0
C) zoğlar budaqlanmadan 70 
sm-ə  qədər  hündürlükdə  böyüyür,  məhsul  isə  keyfiyyətli  olur.  Temperatur  yüksəldikcə  boy 
zoğları da tez budaqlanır və öz əmtəəlik keyfiyyətinin itirir. 
       İşıq sevən bitkidir, kölgəli şəraitdə boy zoğları nazikləşir, məhsuldarlıq azalır. 
Quraqlağa davamlıdır. Lakin su ilə normal təmin olunması onun böyümə və inkişafına normal 
təsir edir. Torpaq münbitliyinə, qida maddələri və xüsusilə yüksək tələbkardır. 
Sortları.  Qulançarın  çoxlu  seleksiya  sortları  yaradılmışdır.  Onlardan  Azərbaycanda 
Arfanteylskaya  rannaya,  Meri  Vaşinqton,  Hollandskaya  sortlarının  becərilməsi  məsləhət 
görülür. 
       Qulançar  bitkisinin  qiymətli  və  gəlirli  olmasını  nəzərə  alaraq  Şəmkir  rayonunun 
Qaracəmirli  kəndəndə  torpaq  mülkiyyətçisi  İsmayıl  Hüseynovun  sahəsində  qulançarın 


 
 
 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin