Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə126/143
tarix30.12.2021
ölçüsü2,04 Mb.
#22533
1   ...   122   123   124   125   126   127   128   129   ...   143
ġəkil 3. Dərman qulançarının  (Asparagus 
officinalis) aprel ayının ilk həftəsində 
əmələ gətirdiyi qida əhəmiyyətli cavan 
yerüstü zoğları (13-22 sm uzunluğunda)
 
Arfanteylskaya  rannaya  sortunun  təsərrüfat  şəraitində  sınağının  nəticələrini  fermer  və  torpaq 
mülkiyyətçilərinin nəzərinə çatdırırıq. 
Şitilin yetişdirilməsi. Şitil yetişdirmək üçün eni 1,2 m uzunu 10 m olan ləklər hazırlanmışdır. 
Ləkə lazımi miqdarda çürümüş peyin və mineral gübrələr verilərərək torpağa qarışdırılmışdır. 
Toxum səpindən qabaq 30-35
0
C isti suda 5-6 gün saxlanılmaqla hər gün suyu dəyişdirilmişdir. 
Toxumun cücərdilməsi dövründə istilik 20-35
0
C olmalıdır. 
       Toxum  cücərməyə  başladıqda  aprelin  ikinci 
yarısında  cərgəvi  üsulda  30-35x10-15  sm  qida 
sahəsində,  3-4  sm  dərinliyə  səpilmişdir.  Səpindən 
sonra  ləkə  0,5  sm  qalınlıqda  peyin  çürüntüsü 
verilməlidir.  Şitillikdə  əsas  qulluq  işləri  -  suvarma, 
alaqlarla  mübarizə  və  payızda  şaxtadan  qabaq  1-2 
sm qalınlıqda peyin çürüntüsü verilməsi olmuşdur. 
Toxumlar  vasitəsilə  şitillikdə  iki  ilə  yetişdirmək 
mümkündür. 
Sahənin  hazırlanması.  Qulançar  üçün  sahə  növbəli 
əkindən  kənarda  sahənin  kənar  tərəfində  olmalıdır. 
Seçilmiş  sahə  qida  maddələri  ilə  daha  zəngin 
olmalıdır.  Qulançar  bir  sahədə  20  ilə  qədər  məhsul 
verdiyi  üçün  şum  altına  hər  hektara  200  ton  hesabı 
ilə  peyin  çürüntüsü  verilərək  30  sm  dərinliyində 
şumlanır.  Sonra  sahə  malalanaraq  çökək  ləklər 
düzəldilir. 
      Şitilin  yığılması  və  əkilməsi.  Şitil  yığımdan  bir 
gün əvvəl suvarılmalıdır ki, onları çıxararkən kökləri 
zədələnməsin. Bunun üçün əvvəlcə kökdən bir qədər 
aralı bel ilə torpaq yuxarıya doğru qaldırılır və sonra 
şitilin kök boğazından tutaraq ehtiyatla yuxarıya doğru çəkmək lazımdır. 
Şitil  sentyabr-oktyabr  aylarında  və  ya  martın  əvvəllərində  əvvəlcədən  hazırlanmış  ləklərin 
dibinə  şahmat  qaydasında  30-40  sm-dən  bir  hər  yuvaya  2-3  ədəd  şitil  əkilərək  torpaqla 
örtülərək  dərhal  suvarılır.  Qulançarı  cərgəvi  üsulda  100-115  sm  x  40-45  sm  sxemi  ilə  də 
əkmək olar. 
Qulluq  işləri.  Vegetasiya  ərzində  bitkinin  2-3  dəfə  dibinin  doldurulması,  alaqlarla  mübarizə, 
cərgəaralarının  yumşaldılması,  suvarma  və  yemləmə  gübrəsinin  verilməsi  və  payız  şaxtaları 
düşməzdən əvvəl əkinin üzərinə 3-5 sm qalınlığında narın peyin çürüntüsünün verilməsidir. 
Məhsul yığımı. Qulançar şitil əkinindən bir il sonra məhsulu yığılmağa hazır olur. Azərbaycan 
şəraitində məhsul  martın 20-dən sonra yığılmağa hazır olur. Boy zoğlarının diametri 1-2 sm, 
boyu orta hesabla 15,2 sm çatdıqda yığılmalıdır. Yığım gecikdirildikdə boy zoğları bərkiyərək 
(odunlaşaraq) öz əmtəəlik keyfiyyətini itirir və məhsuldarlıq azalır. 
          Qulançar məhsulu yığılan günü 250 qr ağarlığında dəstələrə bağlanıb tədarük edilir. 
         Aparılmış  hesablamaların  nəticəsinə  əsasən  100  m
2
  sahədən  145  kq  və  ya  580  dəstə 
məhsul götürülmüşdür. Erkən yazda təzə tərəvəzin qıtlığı, qulançar məhsulunun çox az olması 
məhsulun hər dəstəsinin orta hesabla 0,6 manata satılaraq 100 m
2
 sahədən 580 dəstə x 0,6 man 
= 348 ümumi gəlir götürülür. Bu isə hektardan 34800 manat ümumi gəlirə bərabərdir (Bryan, 
Castle, 1976; Hedrick, 1972; Allardice, 1993). 
Fermerlər onu da bilməlidirlər ki, qulançar çoxillik bitki olduğundan bir dəfə əkildikdə həmin 
yerdə  15-20  ilə  qədər  yüksək  məhsul  verdiyi  üçün  məhsul  istehsalına  çəkilən  xərc  xeyli  az 
olur. 


 
 
 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin