Azərbaycan Milli Elmlər Akademiyası
Mərkəzi Nəbatat Bağının əsərləri, 2011, VIII cild
==================================================================
UOT: 633.852.73
Dağdağanın ġərqiasiya Növlərinin AbĢeron
ġəraitində Böyüməsi
K. A. Məmmədova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Böyümə və inkişaf bitkilərin həyatı fəaliyyətinin əsas göstəricilərindən biridir. Bunun
öyrənilməsinin böyük təcrübi və nəzəri əhəmiyyəti vardır.
Müxtəlif coğrafi rayonlarda V.İ.Zapryaqaeva (Запрягаева, 1964), Ü.M.Ağamirov
(Агамиров, 1975), A.A.Mavjudov (Мавжудов, 1976) tərəfindən dağdağanın böyümə və
inkişafını xarakterizə edən bir sıra tədqiqat işləri aparılmışdır.
Abşeron şəraitində dağdağan növlərinin böyümə və inkişafı çox məhdud
öyrənilmişdir. Ona görə də biz bu istiqamətdə daha geniş tədqiqat aparmışıq. İntroduksiya
olunan dağdağan növlərinin böyüməsi A.A.Molçanov və V.V.Smirnovun (Молчанов,
Смирнов, 1967) metodikasına əsasən öyrənilmişdir. Dağdağan növlərinin uyğunlaşma
dərəcəsini dəqiq qiymətləndirmək üçün müşahidələr cavan və yaşlı bitkilər üzərində
aparılmışdır.
Dağdağan toxumları cücərərkən ləpəyarpaqları yerin üst səthinə çıxır. Cücərtilərdə ilk
həqiqi yarpaqlar 4-6, ikinci yarpaqlar 9-17 gündən sonra əmələ gəlir.
Birinci il Bunqe dağdağanlarında 1-10 sm uzunluğunda ikinci cərgədən yan budaqlar
əmələ gəlir (1-10 ədəd). Növündən asılı olaraq birillik bitkilərdə 13-54 yarpaq əmələ gəlir.
Ləpəyarpaqları əmələ gələndən 45-54 gün sonra tökülür. Bu zaman toxmacalarda 4-6
həqiqi yarpaq formalaşır. Abşeron yarımadası şəraitində dağdağanın böyüməsi əsasən
apreldə başlayır, avqust ayında sona çatır.
Bizim tədqiqatlar göstərmişdir ki, bu hal dördillik bitkilərdə daha xarakterik olmuşdur.
İntroduksiya olunan növlərin böyümə müddəti 100-122 gün arasında dəyişmişdir. Qısa
böyümə dövrü yalnız labilis dağdağanında müşahidə olunmuşdur. Belə ki, böyümə iyun
ayının sonuna qədər davam etmişdir (90-95 gün). Öyrənilən dağdağan növlərində böyümə
may ayında daha intensiv gedir, bu illik boy artımının 70%-ni təşkil edir.
Müşahidələr göstərmişdir ki, müxtəlif dağdağan növlərinin, hətta bu və ya digər növün
toxmacaları boylarına görə bir-birindən fərqlənmişlər. Boyuna görə biz onları 3 qrupa
bölmüşük: birillik bitkilər üçün-alçaq (5-15 sm), orta (16-30 sm) və hündür (31-55 sm),
ikiillik üçün uyğun olaraq 10-35 sm, 36-55 sm, 56-90 sm, üçillik üçün: 16-45 sm, 46-70 sm,
71-120 sm, döpdillik üçün: 30-55 sm, 56-90 sm, 31-145 sm.
Bir-dördillik dağdağan növlərinin boyunu xarakterizə edən göstəricilər 1 saylı cədvəldə
qeyd olunmuşdur.
Dostları ilə paylaş: