Qulançar və ya Mərəçüyüdün AbĢeron ġəraitində Bəzi Növlərinin Ġntroduksiyası
M. F.Fərziyev
AbĢeron Ģəraitində aparılmıĢ təcrübələrdən məlum olmuĢdur ki, qulançar və ya mərəçüyüdün 3 növü normal inkiĢaf edir və məhsuldar olur. Həmin növlərin becərilməsinə aid məsləhətlər verilir.
Qulançar və ya mərəçüyüd – qulançar və ya mərəçüyudkimilər fəsiləsinə aiddir. Fəsilə
latınca Asparagaceae adlanır. Dünya üzrə 1200 növü, Qafqazda isə 10 növü vardır.
Azərbaycanda təbii halda bu fəsilənin 9 növü bitir (İbadlı, 2003,2005;Флора Азербайдждана,
1952).
Asparaqus anqulofractus Iljin- Qırıqküncvari Qulançar və ya Mərəçüyüd, A.braclryphyllus Turcz.- Qısayarpaqlı Q. və ya M., A. breslerianus Schult. et Schult.fil.-Bresler Q .və ya M.,
A. caspius Schult. et Schult.fıl. - Xəzər Q. və ya M., A.davuricus-Fisch.ex Link-Daur Q. və ya
M., A. offıcinalis L. - Dərman Q. və M., A. persicus Baker-Iran Q. və ya M., A.polyphyllus Stev.-Çoxyarpaqlı Q.və ya M., A. verticillatus L.-Topayarpaq Q. və ya M. Onlardan yalnız
bir növü Asparaqus offıcinalis L. - Dərman Qulançan və ya Mərəçüyüdü mədəni halda geniş
surətdə əkilib becərilir.
Qulançar və ya Mərəçüyüd cinsi «Azərbaycan florası» -nda (1952, II cild səh. 193)
Quşüzümü kimi getmişdir. Azərbaycanda aparılan çoxillik tədqiqatlar (İbadlı, 2003; 2005;
Qulançar və ya mərəçüyüd, 1979) nəticəsində məlum olmuşdur ki, bu bitkini Qazax-Gəncə
bölgəsində və Abşeronda xalq arasında Qulançar, Qarabağda, Naxçıvan MR-nın rayonlarında
və ona yaxın digər regionlarda yaşamış azərbaycanlılar isə bu bitkini «Mərəçüyüd»,
«Mərəvçə» və s. adlandırırlar. Buna görə də 1973-cü ildən başlayaraq bitkini iki adla
adlandırılması ( Qulançar və ya mərəçüyüd, 1979; İbadlı, 2005) təklif olunmuşdur.
Bitki latın dilində «Asparaqus» adlanır. Bu
söz fransızca formakope olub lüğəti mənası
«dərman hazırlamaq» deməkdir. Yunan dilində
isə «bərk», «bərk yapışan», yaxud «bərk cıran»
mənası verir ki, bu ad ona cinsin bir çox
növlərinin zoğlarında hər şeyə ilişən iti
tikanlarına görə verilib.
Qulançar (mərəçüyüd) 4000 il bundan əvvəl
qədim Misirdə, daha sonra isə qədim Romada
məlum idi.
Respublikamızda qulançarın (mərəçüyüdün)
9 növünün yayılmasına baxmayaraq, onlarm bir
neçə növü qidalılıq əhəmiyyətinə malik olub,
xalq arasmda geniş istifadə edilir.