Tədqiqatın obyekti
Tədqiqat obyekti kimi Hollandiyanın və Amerikanın bir sira qabaqcıl alim və
mütəxəssislərinin elmi araşdırmalarına və təcrübi işləri əsas göturulmuşdür.
Amerika alimi İ.İngels öz tədqiqatlarında müasir landşaft dizaynında tələb olunan bilik
və bacarıqları təhlil edir və bu işdə dekorativ ağac və kol bitkiləri ilə yanaşı sarmaşan
bitkilərdən də geniş istifadə olunduğu göstərir. Dizayn işlərinin yerinə yetirilmə prinsipləri və
təcrübəsi haqqında geniş məlumatlar verən müəllif, həmçinin landşaft dizayni biznesində üç
əsas istiqamətin mövcudluğunu göstərir: dizayn, quruculuq və idarəetmə (Ingels, 2003).
Digər ABŞ alimi D.Sauterin monoqrafiyasında da landşaft quruculuğu sahəsində
qiymətli tövsiyyələr verilir. Monoqrafiyada həm həvəskar bağçılar, həm də ayrı-ayrı landşaft
dizaynı-mütəxəssislər, həm də iri həcmli landşaft dizaynı ilə məşğul olan mütəxəssislər üçün
mükəmməl təlimatlar vardır. Əyani fotolarla illustrasiya olunmuş əsərdə sahənin seçilməsi,
əkinə hazırlanması, drenaj, əkin və əkinlərə qulluq, ərazinin hesablanması, onun ayrı-ayrı
sahələri arasinda əlaqələndirici yolların və ya körpülərin salınması, yaşıllaşdırılan ərazilərdə
müxtəlif məqsədlər üçün (söhbətkeşlər içərisində oturacaqlar olan klub tipli tikililər, oyun
meydançaları, hovuzlar, əyləncə elementləri – karusellər, yelləncəklər və s.) nəzərdə tutulan
tikililərin inşasi və yerləşdirilməsi və s. haqqında yeni məlumatlar verilir. Bunlarla yanaşı
əsərdə sahənin yaşıllaşdırılmasında istifadə olunacaq ağac, kol və sarmaşan bitkilərin
seçilməsi, onların mövcud təlimatlar əsasinda yerləşdirilməsi, onların spesifik xüsusiyyətləri,
əkini və aqrotexniki qulluq qaydaları haqqında da dəyərli məlumatlar və məsləhətlər vardır
(Sauter, 2003).
Hollandiya alimi B.Abbs öz monoqrafiyasında sarmaşan bitkilərin sürətlə boy atması,
asan becərilməsi və dekorativliyinə görə tez bir zamanda effektiv və cəlbedici görkəm əldə
etmək üçün əvəzsiz və qiymətli materialı olmasını göstərir. Əsərdə sarmaşan bitkilərin əkini
üçün torpağın seçilməsi, bitkilərin əkini və onlara qulluq haqqında dəyərli məlumatlar
verilməklə yanaşi, bu bitkilərdən dizayn işlərində istifadə yolları göstərilir. Müəllif qeyd edir
ki, sarmaşan bitkilərdən istifadə etməklə dizayn işlərində bəzi çatışmamazlıqları maskalamaqla
aradan qaldırmaq və yüksək dekorativliyə malik elementlər - canlı hasarlar, bordyurlar və s.
yaratmaq olar (Abbs, 2009).
Görkəmli Amerika mütəxəssisi və alimi P.Bensleyin bağçılığın məlumat kitabının
sarmaşan bitkilərə həsr olunan bölməsində bu bitkilərin becərilməsinin və onlara qulluğun
bütün aspektləri əsaslı surətdə əhatə olunmuşdur. Kitabda hər qəbildən olan (dekorativ, yaşıl
örtük əmələ gətirən, çiçəkli, canlı hasarlar və bordyurlar yaratmaq məqsədilə istifadə olunan,
dibçəkdə becərilən və s.) sarmaşan bitkilər, onların becərilməsi yolları və qaydaları barədə
məlumatlar verilir, mövsümdən və torpaq tipindən asılı olaraq bitkilərin seçilməsi, onlardan
müxtəlif gözoxşayan kompozisiyaların yaradılması üçün sxemlər təklif olunur (Bensley,
2006).
İngilis alimi və mütəxəssisi U.Uatson təbii şəraitdə bitən və becərilən sarmaşan
bitkilərin bioloji xüsusiyyətləri haqqında geniş məlumatlar verməklə yanaşı onlardan səmərəli
istifadənini yollarını göstərir. Müəlif təbii floradan müxtəlif şəraitlərə davamlı sarmaşan
bitkilərin seçilməsini və mədəni şəraitə intoduksiyası prinsiplərini açıqlayır, təbii amillərin
(soyuq, isti, quraqlıq, torpaq duzluluğu və s.) təsirinə davamlılıq, dekorativlik və s.
kriteriyaların əkin üçün seçilən bitkinin hansı məqsəd üçün istifadəsindən asılı olduğunu
göstərir. Buna görə də müəllif sarmaşan bitkiləri bir neçə - söhbətkeşlərin yaşıllaşdırılmasında
istifadə olunan, canlı hasarların, bordyurların, talvarların yaradılmasında istifadə olunan,
divarların və digər fasadların dizaynı üçün tərtib edilən, digər ağaclara dırmandırılaraq
kompozisiyalar yaradılan, bəzək və xalı effektlı və s. qruplara bölür, onların hər birinin əkin və
çoxaldılma qaydaları barədə ayrı-ayrılıqda ətraflı məlumatlar verir (Watson, 2007).
Hazırda landşaft dizaynı, bağçılıq, yaşıllaşdırma və s. kimi sahələrin əsasında yeni elm
sahəsi – premakultura elmi yaranmış və bu sahə sürətlə inkişaf etməkdədir. Permakultura –
mənaca məskunlaşma, məskənsalma mədəniyyətidir ki, onun da əsasını bizi əhatə edən digər
obyektlərlə yanaşı həyatımız üçün zəruri olan yaşıllıqlar təşkil edir. Permakulturada
məskunlaşma zamanı yaradılan yaşıllıqların maksimal faydalılığını, onların yüksək zövqlə
dizaynını, gözoxşayan olmasını və s.- i nəzərdə tutulur. ABŞ alimi G.Bell apardığı tədqiqatlar
nəticəsində belə qərara gəlib ki, təmiz atmosfer yaradan yaşıllıqlarla zəngin, yüksək zövqlə
bəzədilən istirahət yerlərində və hətta gözoxşayan görkəmə malik dibçəklərin və s. olduğu
ofislərdə çalışan əməkdaşların psixoloji durumu və onların yerinə yetirdikləri işin
məhsuldarlığı yüksək olur (Bell, 2008).
Digər ABŞ alimi və mütəxəssisi T. Hemenway permakulturanın fərdi bağçılıqdan
başlandığını göstərir. Müəllif qeyd edir ki, bir çox insanlar kiçik ekosistemlər sayılan bağlarin
yaradılmasında səhvən üstünlüyü əsasən çoxlu miqdarda meyvəli (yeməli) və digər faydalı
bitkilərin əkilməsinə verirlər. Bu insanlar məskunlaşmanın əsas prinsplərini unudurlar.
Müəllifə görə yaradılan kiçik ekosistem qlobal ekosistemin bir parçası olduğu üçün burada da
ekosistemin tamlığı nəzərə alınmalı, məskunlaşma zamanı aşağıdakı prinsiplər gözlənilməlidir
(Hemenway, 2009).
-
məhsuldar torpağın və strukturun yaradilması və onun qorunub saxlanmasi;
-
landşaftda suyun toplanması və qorunması;
-
faydalı həşaratlar, quşlar və heyvanlar üçün məskənlərin yaradılması;
-
meyvə, qoza və s. qida məhsulları verən “qida meşələrinin” yaradılması və inkişaf
etdirilməsi.
Müəllifə görə bu prinsiplər gözlənilmədən lokal ekosistem qlobal ekosistemə qovuşa
bilməz. Müəllif eyni zamanda qeyd edir ki, permakulturanın əsas prinsiplərini bilmədən
məhdud əraziyə malik həyatyani sahələri, bağları rəngarəng, daha təbii, daha məhsuldar və
daha gözəl etmək mümkün deyil. Bunun üçün əkini seçilən bitkilərin bir-biri ilə uzlaşmasını,
bitkilərin mövsümi təlabatlarını, onlara qulluq qydalarını, yaradılan ekosistemi daha məhsuldar
etmək üçün əlavə vasitələrdən (məsələn, yüksək məhsuldarlığa malik olmaq üçün ərazidə arı
pətəklərinin yerləşdirilməsi) istifadə yollarını bilmək lazımdır. Ərazini estetik cəhətdən
gözəlləşdirmək üçün dizaynda istifadə olunan gül, çiçək və sarmaşan bitkilər elə seçilməlidir
ki, onlar maksimal səmərə verərək ərazidə yerləşən digər üzvlərə ziyan verməsin.
Nəticə
Beləliklə biz, bir sıra dünya alimlərinin tədqiqatlarını analiz edərək bu nəticəyə gəlirik
ki, landşaft dizaynı daim inkişafda və yeniləşmədə olan bir sahədir. Ona görə də bu sahə
həmişə bizim tədqiqatlarımızda da diqqət mərkəzində olmalıdır.
Dostları ilə paylaş: |