Aid Olan Bəzi Növlərin Ġntroduksiyası
O.V. Ġbadlı, N.B.Hüseynova, S.Q.Quliyeva
Qafqazın bitki aləmi müstəsna zənginliyi və yüksək səviyyəli endemizmi ilə
məşhurdur. İnsanların uzunmüddətli təsərrüfat fəaliyyəti Qafqazın bitki aləmini çox
dəyişdirmişdir. Son illər antropogen təsirlər nəticəsində ekosistemlər pozulmuş, orada bir
çox bitkilərin, o cümlədən endem və nadir bitkilərin məhv olub getmək və ya ciddi genetik
erroziyaya uğramaq təhlükəsi yaranmışdır.
Bu səbəbdən yabanı, nadir və nəsli kəsilməkdə olan ot bitkilərinin öyrənilməsi ən
aktual məsələlərdən biri olub, onların gələcək nəsillər və Azərbaycan florası üçün qorunub
saxlanması çox böyük əhəmiyyət kəsb edir.
Belə növlərdən biri də çiriş (Eremurus Bieb). və qarğasoğanı – (Gladiolus L.)
cinslərinə aid olan növlərdir. Çiriş cinsinin Ön, Qərbi və Mərkəzi Asiyanın mülayim iqlim
qurşaqlarında 50, Azərbaycanda 2 növü bitir (İbadlı, 2005; Rzazadə, 1952; Черепанов,
1995). Qarğasoğanı isə dünyanın bir sıra ölkələrində - Avropa, Asiya və s. ökələrində,
Qafqaz və Azərbaycanda geniş yayılmışdır.
1.Çiriş (Eremurus Bieb.) cinsi haqqında qısa məlumat
Çiriş sözü latın dilində «Eremurus» adlanır. Bu söz yunan dilində «eromos»-səhra,
«ura» isə quyruq mənasını verdiyindən sözün lüğəti mənası «səhra quyruğudur». Cinsin
Azərbaycanda 2 növü: Azərbaycan çirişi - Eremus Azerbajdzhainikus Charkev. və Görkəmli
çiriş- E. spetabilis Bieb. növləri yayılmışdır.
Azərbaycan çirişi növünü görkəmli Ukraynalı nəbatatçı alim S.S.Xarkeviç Qafqazda
ekspedisiya
zamanı
Azərbaycan
florasında
bitən
bitkiləri
tədqiq
edərkən
müəyyənləşdirmişdir. O, 1959-cu ilin may ayında Xaldan rayonu ətrafından topladığı çirişin
yeni növünü müəyyən etmişdir (Харкевич, 1966). Sonralar bu növ bizim tərəfimizdən
Füzuli rayonunun Dövlətkarlı kəndinin 3 kilometrliyində yerləşən Dilağarda kəndinin
Dilağarda calında bitdiyi müəyyən edildi. Hər 2 növ texniki, dərman və qida bitkisi kimi
geniş istifadə olunur (İbadlı, 2005).
Respublikamızda çiriş ən çox Naxçıvan MR-nın Ordubad, Şahbuz, Babək, Culfa,
Sədərək, Şərur, Kəngərli rayonlarında, Ağstafa, Qazax, Xaldan, Göyçay, Füzuli, Xonaşen,
Cəbrayıl, Lerik, Yardımlı və s. rayonların aşağı, orta dağ qurşaqlarında, gilli - daşlı
torpaqlarda, ən çox qaratikan kolları ətrafında bitir
( İbadlı, 2005; Rzazadə, 1952).
Azərbaycan xalqı çiriş bitkisindən hələ lap qədimdən müxtəlif məqsədlər üçün
istifadə etmişdir. Ondan yeyinti və sənaye istehsalında, xalq təbabətində -sınıq, çiban,
dolama kimi xəstəliklərin müalicəsində məlhəm, təpitmə kimi istifadə olunur. Bundan əlavə
çirişin kök, gövdə və yarpaqlarının qurudulmasından sonra alınmış un (çiriş) qiymətli
dərman, qida və texniki əhəmiyyət kəsb edir. Çirisdən çox qiymətli yapışqan (kley) kimi
çəkməçilikdə, papaqçılıqda və dabbaqçılıqda istifadə olunur.
2.Çiriş növlərinin biomüxtəlifliyi və çoxaldılması
2.1. Azərbaycan çirişi - Eremurus Azerbajdzhainikus Charkev.
Çoxillik bitki olub, yabanı orqanı kökyumrusudur. Kökləri yoğunlaşmış iynəşəkillidir
(yəni arxa hissəsi nisbətən yoğun, uc tərəfə getdikcə nazikdir). Bitkilərin yaşından asılı
olaraq yoğunlaşmış köklərin sayı 6-12 ədəd olur. Onlar ətli - şirəli olub, içərisi ehtiyat qida
maddəsi ilə zəngindir. Kökləri kök boğazına yaxın yerdən rozet (kökyanı və ya ulduz)
formalı olub, əsasda yoğun, kənara getdikcə nazikləşir və bir növ yerkökünü xatırladır.
Kökyumrusunun boğazında kətana oxşar liflər, köhnə yarpaqların izləri vardır. Yarpaqların
uzunluğu 20-40 sm-ə çatır. Gövdəsi rozet yarpaqların orta hissəsindən çıxır. Çiçək oxu
salxımı ilə birlikdə 125-140 sm-ə qədər olur ( şək.1).
Şəkil 1. Azərbaycan çirişi
çiçəkləmə vaxtı
Təcrübə sahəsində bu növün vegetasiyası iqlim şəraitindən asılı olaraq fevralın
birinci ongünlüyündə, qönçələrin əmələ gəlməsi aprelin üçüncü ongünlüyündə başlayır və
25 gün davam edir. Çiçəkləri dekorativ və uzunsaplaqlı (50-70) olmaqla suda 8-14 gün
qalır. Çiçəklərindən yaraşıqlı gül dəstəsi düzəltmək mümkündür.
Aparılmış təcrübələr göstərdi ki, çiçək salxımında çiçəklərin sayı təbii şəraitə
nisbətən mədəni əkin şəraitində daha çox olur. Çiçək salıxımının uzunluğu 25-35 sm
olmaqla, üzərində 180-250-dək açıq-narıncı rəngli çiçəkləri olur.
Gövdəsi hamar, nisbətən möhkəm olub, uzunluğu 125 sm-dən çox olur. Yarpaqları 6-
12 ədəd olub, tünd-yaşıl, bəzən gümüşüyə çalandır, uzunluğu 28-35 sm, eni 3,18-4,0 sm-
dir.
Toxumlar iyun ayının ortalarında yetişir. Toxumlar yetişən zaman salxım üzərində
152 toxum qutucuğu əmələ gəlir. Qutucuq şarşəkilli olub, üzəri qırışlıdır. Tək-tək hallarda
hamar olur. Qutucuğun hündurlüyü 0,1-1,0 sm, diametri 0,6-0,8 sm-dir. Bitkinin yerüstü
hissəsi tam quruyan kimi qutucuq gövdə üzərində qalır. Bir qutucuqda 8 ədəd toxum olur.
Toxumların forması nahamar, kənarları iti, rəngi alabəzəkdir. Bitkidə 146 ədəd toxum
yetişir. Toxumlarının 100 ədədinin quru çəkisi 16,5 qramdır. Bitkinin illik vegetasiya
müddəti 229 gündür.
2.2. Görkəmli çiriş- E. spectabilis Bieb.
Çirişin bu növü 1818-ci ildə Marşal Biberşteyn tərəfindən müəyyən edilmişdir
(İbadlı, 2005). Azərbaycanın əksər rayonlarında, Qobustanda, Kür-Araz ovalığında, Kiçik
Qafqazın mərkəzi rayonlarında və Naxçıvan MR-nın aşağı, orta dağ qurşaqlarında bitir.
Çoxillik ot bitkisi olub, yeraltı orqanı ətli, şişkin kökümsovlardan ibarətdir.
Kökümsovların sayı 6-10 ədəd olub, uzunluğu 8-14 sm, diametri 4,3 sm, çəkisi 1000 qr-dır.
Yarpaqları 6-10 ədəd olub tünd-yaşıl rəngli, uzunluğu 26-34 sm, eni 3,7-3,9 sm-dir.
Abşeronda ilk vegetasiyaya fevralın ikinci ongünlüyündə başlaması və iyunun 15-də
başa çatması müəyyənləşdirlmişdir. Vegetasiya müddətii 113 gün olur.
Qönçələmələri martın ikinci ongünlüyündə, çiçəkləmələri isə aprelin birinci
ongünlüyündə başlayır və 30 gün çiçəkləyir. Toxumların tam yetişməsi mayın axırında başa
çatır. Toxumların sayı 89 ədəddir. Toxumlarının 1000 ədədinin quru çəkisi 15 qr-dır.
3. Çirişin çoxaldılması
Qulluğa bir o qədər tələbkar olmayan çirişin çoxaldılması toxumları və kök
yumrularının bölünməsi yolu ilədir. Təcrübə sahəsində əldə edilmiş toxumlar oktyabr
ayında 3 təkrarda xüsusi düzəldilmiş ləklərdə 1,- 1,5- və 2 sm dərinlikdə oktyabrın 5, 15,
25-də səpilmişdir. Ən yaxşı cücərtilər oktyabrın 25-də səpilmiş toxumlarda müşahidə
olunmuşdur.
Vegetativ çoxalma ana bitkilərin yanlarında əmələ gəlmiş balaları və ya
kökyumrularını bölməklə aparılır (şək.2).
Şəkil 2. Görkəmli çirişin (E.prectabilis Bieb.)
vegetativ çoxaldılması
Təbii şəraitdən və kolleksiya sahəsindən götürülmüş 3 ana bitki, kök boğazları
zədələnməmək və üzərində 2 kök tumurcuğu saxlanmaqla əvvəlcədən hazırlanmış ləklərə
əkilmişdir.
4. Çirişin qorunması və genofondunun yaradılması
Çiriş növləri dərman, texniki, bəzək və qida bitkisi kimi geniş və hərtərəfli istifadə
olundugundan və bir sıra antropogen amillərin təsiri nəticəsində bitmə arealları çox
azalmaqdadır. Belə ki, 30-35 il bundan əvvəl təbii şəraitdə 1 m
2
sahədə 5-7 bitki bitdiyi
halda, son illər apardığımız tədqiqatlar göstərir ki, çiriş növlərinin bitmə arealı tam
azalmaqdadır. Belə ki, tədqiqatlar nəticəsində məlum olmuşdur ki, 10-15 m
2
sahədə 1
bitkiyə tək-tək hallarda təsadüf olunur. Bu onu göstərir ki, ilbəil bitkiyə artan tələbat
nəticəsində ucdantutma kökündən kəsilərək satışa çıxarılır, eyni zamanda təbii şəraitdə
tədarük edilərək qonşu respublikalara daşınır. Ona görə də onun bitdiyi yerlərdə yasaqlıq
yaradılmalı və toplanması qadağan edilməlidir.
Bu məqsədlə biz çirişin çoxaldılma metodikalarını müəyyənləşdirilib geniş surətdə
artırılması və genofondunun yaranması üçün çalışırıq. Artıq hər 2 növün toxum və əkin
materialı yaxın illərdə kifayət qədər artırılacaqdır. Əks təqdirdə çiriş növlərinin də birinci
şkala göstəricisi ilə nadir və nəsli kəsilən bitkilər siyahısına daxil edilməsi təhlükəsi vardır.
5. Qarğasoğanı (Gladilus L.) haqqında qısa məlumat
Qarğasoğanı süsənkimilər fəsiləsindən olub çoxillik soğanaqlı-yumrulu bitkidir.
Cənubi
və
Şimali
Afrika,
Avropa
və
Asiyada
200,
keçmiş
ittifaqda
9, o cümlədən Qafqaz və Azərbaycanda 7 növü yayılmışdır (İbadov, 1982; Ибадлы, 2005;
Флора Азербайджана, 1952).
Respublikamızda ən çox Naxçıvan MR-nın Babək, Şahbuz, Culfa, Lerik, Cəbrayıl,
Lənkəran və s. rayonlarının aşağı və orta dağ qurşaqlarında bitir (Рзазаде 1952).
Dekorativ bəzək-bağçılıqda istifadə olunur (İbadov, 1982).
6. Qarğasoğanı növlərinin biomüxtəlifliyi və çoxaldılması
Hesabat ilində Tünd-bənövşəyi, Adi və Şoranyer qarğasoğanı növlərinin Gəncə,
Daşkəsən bölgələrindən əksər səpin və herbari materialları toplanmış, həmçinin geofit
bitkilərin kolleksiya sahəsində olan qarğasoğanı növləri tədqiq olunmuşdur.
6.1 Tünd-bənövşəyi qarğasoğanı-Gladiolus atroviolaceus Boiss.
Çoxillik bitki olub, yeraltı orqanı soğanaqlı yumruludur. Bu növün təcrübə sahəsində
kolleksiyası yaradılmışdır. Toplanmış meateriallar xüsusi təcrübə ləklərində əkilmişdir.
Onlar üzərində həftədə 3 dəfə fenoloji müşahidələr aparılmışdır.
Təcrübə sahəsində bu növün vegetasiyası iqlim şəraitindən asılı olaraq, fevralın
ikinci ongünlüyündə, qönçələmənin əmələ gəlməsi mart ayının üçüncü ongünlüyündə,
çiçəkləməsi aprel ayının ikinci ongünlüyündə başlayır və 36 gün davam edir. Çiçəkləri
dekorativ və bəzək-bağçılıqda istufadə edilir (Şək.3).
Şəkil 3. Tünd-bənövşəyi
qarğasoğanı
Aparılmış təcrübələr göstərir ki, çiçək salxımında çiçəklərin sayı təbii şəraitə
nisbətən mədəni əkin şəraitində daha çox olur. Çiçək saplağının hündürlüyü 29 sm olmaqla
üzərində 11 ədəd tutqun-bənövşəyi rəngli çiçəkləri olur. Çiçək açma gövdənin aşağısından
başlayır və yuxarıya getdikcə növbələşir. Gövdənin aşağısında toxum qutucuğu
formalaşdıqda, təpə hissədə çiçəkləmə davam edir. Ona görə də aşağıdakı qutucuqla təpə
qutucuğu tam fərqlidir. Çiçəklərin ölçüsü 3,3 sm-dir.
Gövdəsi nazik, tünd-göy, yuxarıdan girintili-çıxıntılı və hündürlüyü 70 sm-dir.
Yarpaqları 4 ədəd olub, dar xətvarı, yaşılımtıl sivridir, eni yuxarıdan 0,5, ortadan 1,2,
aşağıdan isə 1 sm-dir.
Soğanaqlı yumruları yumurtavarıdır, kök saplağının sayı 6 ədəd, diametri 1,7 sm,
hündürluyü 2,1 sm-dir.
Qutucuğun sayı 12, forması uzunsovdür, samanı-sarı rənglidir, diametri 0,2 olub,
1000 ədədinin çəkisi 8,9 qramdır (cədvəl).
6.2. Adi qarğasoğanı- Gladiolus communis L.
Çoxillik ot bitkisidir, soğanaqlı yumruları yumurtavarıdır. AMEA Mərkəzi Nəbatat
Bağında xüsusi düzəldilmiş ləklərdə əkilmişdir və fenoloji müşahidələr aparılmışdır.
Gövdəsinin hündürlüyü 65 sm-dir. Yarpaqlıarı 3 ədəd olub, yaşıl rəngdədir, eni yuxarıdan
0,4, ortadan 1,4, aşağıdan isə 1,2 sm-dir.
Abşeron şəraitində vegetasiyaya fevralın üçüncü ongünlüyündə başlaması və
sentyabrın 25 –də başa çatması müəyyənləşdirilmişdir. Vegetasiya müddəti 190 gün davam
edir (şək.4)
Şəkil 4. Adi qarğasoğanı
çiçəkləmə vaxtı
Qönçələmələri martın 30-da, çiçəkləmələri aprelin 25-də başlayır və 25 gün davam
edir. Toxumlıarın sayı 30 ədəddir. 1000 ədədinin çəkisi 8,5 qramdır.
6.3 Şoranyer qarğasoğanı-Gladiolus halophilus Boiss. Et Heldr
Soğanaqlı yumruları yumurtavarıdır, hündürlüyü 14-16 sm-dir. Gövdəsinin
hündürlüyü 60 sm, yarpaqlarının sayı 3 ədəd olub, yaşıl rəngdədir, eni arxadan 0,5, ortadan
1,0, aşağdan isə 0,9 sm-dir. Çiçəklərinin sayı 6 ədəd, ölçüsü 2,9 sm, rəngi solğun-
bənövşəyidir. Çiçək saplağının hündürlüyü 37 sm-dir. Qutucuğun sayı 5, rəngi qızılı-
samanı, diametri 10 sm-dir.
Apardığımız təcrübələr nəticəsində məlum olmuşdur ki, toxumlarının sayı 28,
diametri 0,3, 1000 ədədinin çəkisi 9,5 qramdır.
Dostları ilə paylaş: |