Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə4/143
tarix30.12.2021
ölçüsü2,04 Mb.
#22533
1   2   3   4   5   6   7   8   9   ...   143
 
6.4 İtaliya qarğasoğanı-G. italicus Mill. 
Bu  növün  soğanaqlı  yumruları,  toxumları  və  herbari  nümunələri  Goranboy 
rayonunun  Tapqaraqoyunlu  kəndinin  ətrafından  yığılıb  gətirilmişdir.  Toxum  və  əkin 
materialları Mərkəzi Nəbatat Bağının «Geofit bitkiləri» sahəsində əkilmişdir. Bitki 4,9 sm 
hündürlüyündədir.  Gövdəsinin  hündürlüyü  75  sm-dir.  Iri  qalxanvarı  yarpaqları  vardır. 
Yarpaqlarının sayı 3-4 ədəd, ölçüsü aşağıdan - 1 sm, ortadan- 1,2 sm, yuxarıdan - 0,4 sm-
dir.  Soğanağının  diametri  4,8  sm,  hündürlüyü  1,3  sm-dir.  Çiçəkləmənin  başlanması  aprel-
may  aylarına  təsadüf  edir.  Çiçəklərinin  sayı  6-10  ədəddir.  Çiçəklərinin  ölçüsü  3,2  sm. 
Çiçəyinin rəngi cəhrayıdır. Abşeron şəraitində aparılmış müşahidələr göstərir ki, bu növdə 
ilk  vegetasiya  başlanması  mart,  qurtarması  isə  iyun  aylarına  təsadüf  edir.  Vegetasiya 
müddəti 158 gündür. 
6.5. Kərpicvari qarğasoğanı- G. imbricatus L. 
Bu  növün  əkin  materialları  Şamaxı  rayonunun  Ximilli  kəndindən  tədarük  edilərək 
Mərkəzi Nəbatat Bağının geofit sahəsində xüsusi düzəldilmiş ləklərə əkilmişdir. Kərpicvarı 
qarğasoğanının soğanağının diametri 4,7 sm, hündürlüyü  4,8 sm, gövdəsinin hündürlüyü 55 
sm, diametri 5,1 sm-dir. Yarpaqlarının sayı 4  ədəddir, ölçüsü aşağıdan 0,9 sm, ortadan 1,2 
sm,  yuxarıdan  0,4  sm-dir.  Çiçəkləmənin  başlanması  aprelin  üçüncü,  qurtarması  isə  mayın 
üçüncü  ongünlüyünə  təsadüf    edir.  Çiçəklərinin  ölçüsü  3,1  sm,  çiçəyinin  rəngi  al-qırmızı-
bənövşəyidir.  Qutucuğunun  hündülüyü  1,5  sm,  sayı  9,  rəngi  qızılı-samanı  rəngli,  diametri 
0,7  sm-dir.  Toxumlarının  sayı  30,  diametri  0,2,  hündürlüyü  1,5  sm-dir.  Vegetasiyanın 
başlanması  mart  ayının  birinci,  qurtarması  isə  iyunun  birinci  ongünlüyünə  təsadüf  edir. 
Vegetasiya müddəti 159 gün davam edir. 
 
7. Qarğasoğanının çoxaldılması 
Qulluğa  bir  o  qədərdə  tələbkar  olmayan  qarğasoğanının  çoxalması  toxumlar  və 
soğanaqlı  yumrularında  əmələ  gələn  balacıqlarladır.  Həm  təbiətdən,  həm  də  kolleksiya 
sahəsindən  toplanmış  ana  əkin  materialı  və  bala  soğanaqlı  yumruları  ayrılaraq  təcrübə 
ləklərində  3  variantda  əkilmişdir.  Ana  bitkilərin  çoxalma  əmsalı  birinci  ildə  1-5  ədəd 
olmuşdur. 
Təcrübə  sahəsində  əldə  edilmiş  toxumlar  oktyabr  ayında  3  təkrarda  xüsusi 
düzəldilmiş  ləklərdə  1,5  və  2  sm  dərinlikdə  səpilmişdir.  Müşahədələr  göstərmişdir  ki,  ən 
yaxşı cücərmə oktyabr ayının ortalarında səpilmiş toxumlarda (93%) olmuşdur. 
Təcrübə  ləklərində  əkilmiş  qarğasoğanının  ana  soğanaqlı  yumrularının  yanlarında 
əmələ gəlmiş balacıqlar toplanmış və çeşidlərə ayrılmışdır. Hər 3 növdə 2-6 ədəd müxtəlif 
ölçülü balacıqlar təcrübə ləkərində əkilmişdir. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, 
qarğasoğanının 3 illik çoxalma əmsalı 12-15 ədəddir. 
 
                                    
NƏTĠCƏ 
Tədqiqatlar nəticəsində çiriş və qarğasoğanı növlərinin kolleksiyaları ayrı-ayrı növlər 
və  formalarla  zənginləşdirilmiş,  toplanmış  materiallardan  çoxaltma  məqsədilə  təcrübələr 
qoyulmuş və eyni zamanda toxum və əkin genofondu yaratmaq üçün tədbirlər görülmüşdür. 
 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin