Tədqiqatlarımız respublikanın qərb hissəsində – Gəncə-Qazax bölgəsində
Rusiyadan introduksiya olunmuş 12 adda (Babye leto, Joltıy qiqant, Yantarnoye Sadko, Krasavets Sadko, Kalaşnik, Brilliantovaya, Briyanskiye divo, Qerakl, Kupçixa, Osenyaya krasavets, Abrikosovaya, Zolotoye kupala) remontant moruq sortları üzərində yerinə
yetirilmişdir (Quliyev, 2009).Tədqiqat ərazisi olan Gəncə-Qazax bölgəsi Respublika
ərazisinin 15%-i təşkil etməklə 40
0
82
1
ilə 41
0
43
1
şimal en dairəsində və 44
0
95
1
ilə 46
0
82
1
şərq uzunluq dairəsində yerləşməklə öz təbii coğrafi (iqlim, torpaq, relyef) şəraitinə
görə zəngin bölgədir. Bölgədə əsas açıq şabalıdı, qonur şabalıdı və çəmən torpaqları
yayılmışdır. Ərazidə illik fəal temperatur cəmi 4500
0
C-yə qədər, rütubətlənmə 16-30%,
mütləq minimum temperatur -16.5
0
C-yə qədər, atmosfer çöküntülərinin miqdarı 350-400
mm-dir.
Moruq bitkisində ucvurma əməliyyatı müxtəlif məqsədlərlə - yaşıl çiliklərlə
çoxaltma üçün əkin materialını artırmaq üçün, adi sortlarda isə laterialların (yan zoğların)
sayını artırmaqla növbəti ildə məhsuldarlığı artırmaq məqsədilə aparılır (
http://www.free-
time.ru/razdels/flowers/encicl/1/17.html
;
http://websovetnik.narod.ru/cvetovodstvo/obezka-malini.html
;
http://www.extension.iastate.edu/publications/rg501.pdf
).
Tədqiqat açıq tarla təcrübələri metodu ilə aparılaraq bitkilərin zoğları üzərində
ucvurma əməliyyatı üç variantda yerinə yetirilmişdir: I – birillik zoğlar 15-25 sm-ə çatdıqda,
II – birillik zoğlar 25-50 sm-ə çatdıqda,
III – birillik zoğlar 50 sm-dən uzun olduqda.
Müxtəlif uzunluqlarda birillik zoğlar üzərində aparılan yaşıl əməliyyatın
(ucvurmanın) bitkilərdə əmələ gətirdiyi morfostruktur dəyişkənlikləri 5-10 gündən bir
izlənilmiş, o cümlədən fenoloji müşahidələr, biometrik ölçmələr aparılmış, onun
meyvəvermə məhsuldarlığına təsiri öyrənilmişdir.