İkinci məhsul ilində nəzarət variantında lateriallar üzərində buğumların çox az
hissəsi odunlaşa bilir. Buna səbəb, bu prosesin təbii (vaxtsız) baş verməsidir ki, şaxtalar
düşənədək onlar yalnız üzərlərindəki məhsulu yetişdirə bilir və zəif odunlaşırlar. Birinci
və ikinci təcrübə variantlarında isə laterialların oyadılması tezləşir ki, lateriallar
vegetasiyanın axırlarına yaxın üzərlərindəki məhsulu tam formalaşdıraraq məhsul vermiş
hissədən aşağı olan bütün hissələrini tam odunlaşdırır. Üçüncü variantda isə lateriallar
üzərindəki buğumların hamısında məhsul formalaşdırır və bu ucvurma əvvəlki
variantlardakına nisbətən gec aparıldığı üçün laterialların çox cüzi hissəsi odunlaşır,
növbəti məhsul ilində isə onların məhsulu əsasən budaqlanmaya qədər oyanan
buğumlarda formalaşır.
Nəzarət variantında təbii budaqlanan sortlarda ümumi məhsulun əsas hissəsi
birinci ildə, yəni birillik zoğlar üzərində olduğu, ikinci ildə isə ən yüksək məhsul
budaqlanmayıb yaxşı odunlaşmış Babye leto sortunda qeyd olunur. Təcrübə variantının
ikinci il məhsuldarlığı isə müəyyən fərqlərlə birinci il məhsuldarlığından geri qalır. İki
vegetasiyada cəmi məhsuldarlıq bütün təcrübə variantlarında məhsuldarlıq nəzarət
variantındakına nisbətən çox olmuşdur.
YEKUN
Birillik zoğların bir qismində təbii budaqlanmalar zamanı çox sayda lateriallar
oyanır ki, həmin sortlar üçün zoğlar 25-50 sm olduqda ucunun vurulması yaxşı nəticə
vermişdir. Budaqlanmayan zoğların birinci il məhsuldar buğumlarının az olması
səbəbindən 50 sm-dən hündür zoğların ucunun vurulması məhsuldar hissələri iki dəfə
artırmaqla növbəti ildə budaqlanmadan aşağıda yerləşən buğumların bir çoxunun
oyanmasına səbəb olur. Təcrübələr zamanı oyadılmış laterialların məhsuladarlıq və
odunlaşma dərəcəsi, təbii ucvurmasız oyanan lateriallara nisbətən yüksək olur.
Dostları ilə paylaş: