Qobustan iqlim cəhətdən mərkəzi-step, quru və subtropik zonada yerləşmişdir.
Ərazinin Abşeron yarımadası və Xəzər sahili ilə həmsərhəd olan şərq hissəsi isə mötədil isti,
quru dəniz iqliminə malikdir. Qobustanın əsas iri çayları Pirsaatçay, Sumqayıtçay və
Ceyrankeçməzdir. Bu çaylarda mart, aprel, may və oktyabr aylarında suyu çox, ilin qalan
aylarında isə demək olar ki, heç olmur. ərazi su ilə çox az təmin olunmuşdur. Qobustanın qış
otlaqlarında su mənbəinin olmaması təsərrüfat cəhətdən onların əhəmiyyətini aşağı salır.
Massivin torpaq örtüyü əsasən boz, boz-şoran, boz-şörəkət, bataqlıq və çəmən
tiplərindən ibarətdir.
Qobustan massivinin bitkiliyi müxtəlif dövrlərdə xarici ölkə alimləri tərəfindən tədqiq
edilmişdir. Bu alimlərdən Qmelin (1774), Steven (1810), Karl Kox (1843-1844), Zeydilis
(1855-1856) Qobustanda olmuş və buranın bitki örtüyünü tədqiq etmişlər.
Rus alimlərindən: F.H.Aleksenko (1900-1902), A.H.Krasnov (1902), A.B.Şelkovnikov
və L.Q.Smitt (1907), A.A.Mayorov və başqaları (1912-1913) Qobustanın botaniki
öyrənilməsində daha dərindən məşqul olmuşlar.
Respublikamızın ayrı-ayrı rayonlarının botaniki tədqiqi ilə Qafqaz florasının
tədqiqatçısı, akademik A.A.Qrossheym və onun şagirdlərinin böyük xidmətləri olmuşdur.
1926-cı ildən başlayaraq A.A.Qrossheymin rəhbərliyi ilə təbii yem bitkilərinin geobotaniki
tədqiqinə başlanmışdır. Sonralar J.M.İsayev (1943), L.N.Prilipko (Прилипко,1970),
M.P.Boqdanov (Богданов,1954) və s. alimlər Qobustanın qış otlaqlarında tədqiqatlar
aparmışlar. Son dövrlərdə akademik V.C.Hacıyev, P.Ə.Əliyev (1965), E.M.Qurbanov (2010),
F.Q.Mövsümova (2007), R.T.Abdıyeva (Абдыева, 2009) Qobustan massivində geobotaniki
tədqiqat işlərini davam etdirmişlər.
Qobustan massivindəki müxtəlif sahələrin relyef, iqlim və torpaq tiplərinin müxtəlif
olması, burada bitki örtüyünün formalaşmasına böyük təsir göstərmişdir. Şaquli zonallıqla
əlaqədar olaraq Qobustanda primitiv assosiyalardan tutmuş bozqır tipli bitkiliyə qədər rast
gəlinir.
Xəzəryanı düzənlikdə torpaq örtüyü nisbətən şorlaşmış olan sahələrdə səhra
fraqmentli birki örtüyü geniş yayılmışdır.
Bu sahələrdə yovşan-şorangə qarışıqlı müxtəlif formasiyalara (yovşanlı-gəngizlik,
yovşanlı kövrək şorəngə, gəngizlik və s.) rast gəlinir.
Qobustan massivində yerləşən Abşeron və Dəvəçi ərazisində bitkiliyin müasir
vəziyyəti, qış otlaqları sahələrinin relyefi, torpağı rütubətlənmə dərəcəsi, bitkiliyi və onun
yem keyfiyyəti, məhsuldarlığı, yem sahələrinin yaxşılaşdırılması və səmərəli istifadəsi üçün
müəyyən tədbirlər irəli sürülmuşdür. Müxtəlif bitkilik tiplərinin təbii və təsərrüfat
xüsusiyyətləri müəyyənləşdirilmiş, sahənin istidafə olunma istiqamətləri tərtib edilmişdir.
Qobustan massivi qışlağı üçün məlum olan bitki formasiyaları, onların morfolji
quruluşu, bitki növlərinin bolluğu, inkişaf fazaları, mərtəbəliliyi və s. yem dəyərliliyi hər baş
heyvana düşən yem sahəsi, otlağın zərərli və alaq bitkiləri, onlara qarşı mübarizə tədbirləri
müəyyən edilmişdir. Qobustan massivində tədqiq etdiyimiz qış otlaq sahələri əsasən
qoyunçuluq üçün əlverişlidir. Qobustan qış otlaqlarının ən böyük əhəmiyyəti ondan ibarətdir
ki, bu otlaqlar Bakı şəhərinin yaxınlığında yerləşməklə, öz zəngin yem ehtiyatı ilə paytaxt
əhalisini heyvandarlıq məhsulları ilə təchiz edir.
Səhra bitkiliyi qruplaşmalarının tərkibində kollar, yarımkollar və eləcədə vegetasiya
dövrü qısa olan otlar (efemerlər və efemeroidlər) yayılmışdır.
Səhra tipli bitki qruplaşmalarının tərkibində kserofit formalı sarıbaş (
Kallidium
Dostları ilə paylaş: