Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə75/143
tarix30.12.2021
ölçüsü2,04 Mb.
#22533
1   ...   71   72   73   74   75   76   77   78   ...   143
 
 
 
 


 
 
Azərbaycan Milli Elmlər Akademiyası 
Mərkəzi Nəbatat Bağının əsərləri, 2011, VIII cild 
=============================================================== 
 
UOT:633.852.73
 

 
AbĢeron ġəraitinə Ġntroduksiya OlunmuĢ Aralıqdənizi  
Florasından Olan Bəzi Ağac və Kol Bitkilərinin Boy və 
 ĠnkiĢaf Dinamikası 
 
 
E.Y.Əliyev, C.N. Nəcəfova                 
 
Bitkilərin  o,  cümlədən  ağac  və  kol  bitkilərin  boy  və  inkişafının  hərtərəfli 
öyrənilməsinin nəzəri və təcrübi əhmiyyəti vardır. Belə ki, introduksiya olunmuş ağac və kol 
bitkilərin  bioloji  və  ekoloji  xüsusiyyətlərini  öyrənməklə,  onlardan  yaşıllaşdırmada  istifadə 
etmək  üçün  ən  yararlı  və  davamlı  növləri  seçmək  mümkündür.  Seçmə  adaptasiyası 
nəticəsində  xarici  mühitin  ritmik  amilləri  bitkilərdə  tarixən  formalaşmış,  nəslən 
möhkəmlənmiş  və  özünəməxsus  qanunauyğunluğa  tabe  olmuşdur  (Авронин,  1953; 
Базилевская, 1964). 
Müxtəlif  şəraitdə  bitki  öz  bioloji  xüsusiyyətlərini  saxlaya  bilər.  Lakin  bu  daimi 
deyildir.  Belə  ki,  bitki  bir  iqilim  şəraitindən  digərinə  düşdükdə,  həmin  bitkinin  həyat 
fəaliyyətində, boy və inkişafında müəyyən dərəcədə dəyişikliklər baş verir. Əgər introduksiya 
edilmiş  bitkilərin  iqlim  şəraiti  yerli  iqlim  şəraininə  uyğun  gəlirsə,  bu  zaman  həmin  bitkidə 
cüzi,  yaxud  heç  bir  dəyişiklik  əmələ  gəlmir.  Yerli  şəraitə  coğrafi  şərait  uyğun  gəlməzsə  o 
zaman bitkinin boy və inkişafında  gözə çarpacaq dərəcədə dəyişiklik əmələ gəlir.Yerli şəraitə 
uyğunlaşmayanlar isə tələf olur. 2007-2009-cu ildə AMEA Mərkəzi Nəbatat Bağında 10 növ 
Aralıqdənizi florasından olan bəzi ağac və kol bitkilərində zoğların boy və inkişaf dinamikası 
tədqiq  edilmişdir.  Bitkilərin  boy  və  inkişafına  aylar  üzrə    temperaturun,  yağıntının 
miqdarının,  rütubətin  təsiri  öyrənilmişdir.  Aparılan  müşahidələrə  əsasən  aşağıdakı  bitkilərin 
boy  artımı  və  inkişaf  fazaları  göstərilmişdir  (Заборовский,  1955;  Колесников,  1960; 
Лапин,1967). 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin