Azərbaycan miLLİ elmlər akademiyasi


===============================================================



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə71/143
tarix30.12.2021
ölçüsü2,04 Mb.
#22533
1   ...   67   68   69   70   71   72   73   74   ...   143
=============================================================== 
 
 
Kür-Araz Ovalığının ġirin Su Hövzələrinin Bitkilik Tipi, 
Formasiya Qrupları və Əmələ Gətirdiyi Assosiasiyalar 
 
M.Q.Musayev 
AMEA Botanika İnstitutu 
 
İlk  dəfə  olaraq  Kür-Araz  ovalığındakı  şirin  su  hövzələrinin  (göllərin  və  axmazların) 
müasir flora tərkibi müəyyənləşdirilmiş və bitkiliyin təsnifat sxemi tərtib edilmişdir. 
Respublikamızda müxtəlib bitkilik tipləri ilə yanaşı (meşə, çəmən, dağ-kserofit, bozqır, 
səhra  və  yarımsəhra)  su-bataqlıq  bitkiliyi  də  geniş  yayılmışdır.  Bunlar  əsasən  Lənkəran  və 
Kür-Araz  ovalığında,  Kiçik  Qafqazda  geniş  yayılmaqla,  onların  bitkiliyi  ciddi  tədqiqat 
obyektinə çevrilmişdir. Bu bitkilik tipi Kür-Araz ovalığındakı göl (Ağgöl, Sarısu, Hacıqabul) 
və axmazlarda özünəməxsus rəngarəng bitki örtüyü əmələ gətirir. 
Su  xarici  faktorlardan  biri  kimi  su  və  bataqlıq  bitkiliklərinin  formalaşması  və 
inkişafında  böyük    əhəmiyyət  daşıyır.  Su  və  bataqlıq  bitkiləri  arasında  suya  müxtəlif  cür 
uyğunlaşmış növlər vardır. Tarixən qədim növlər – hidatofitlər quru həyat tərzi ilə tamamilə 
əlaqəni  kəsmiş,  əsl  su  mühitinin  bitkiləri  olmuşlar.  Onların  bütün  inkişaf  dövrünün  suda 
keçməsinə baxmayaraq, bəzi bitkilər öz morfoloji quruluşlarını dəyişərək müəyyən müddətdə 
sudan kənarda yaşamağa uyğunlaşmışlar (Катанская, 1981). 
Bir çox hidrofitlər və hiqrofitlər rütubətləndirmə şəraitinin dəyişilməsinə zəif reaksiya 
verirlər (Вейсберг, 2007). 
Su  hövzələri  bitkilərinin  yerləşməsi,  onların  növ  tərkibi  və  inkişaf  dərəcəsi,  onun 
müxtəlif  hissələrinin  ekoloji  şəraitinin  bircinsli  olmaması  ilə  əlaqədar  olub,  müəyyən 
qanunauyğunluğa tabe olur. Müxtəlif coğrafi zonalardakı su hövzələrinin bitkilikləri, onların 
növ  tərkibi  və  yaşamasını  hövzənin  morfoloji  xüsusiyyətləri  (ölçüsü,  dərinliyi,  dayaz 
sahələrin,  körfəzlərin  və  qorunan  yerlərin  olması),  su  kütləsinin  optik  xüsusiyyətləri 
(şəffaflığı,  suyun  rəngi),  dinamiki  faktorlar  (külək,  sahilə  çarpan  dalğaların  fəaliyyəti), 
kimyəvi  faktorlar  (suyun  kimyəvi  tərkibi-mineral  və  biogen,  hidrogen  ionların  qatılığı  qaz 
rejimi), suyun temperaturu, axarlılıq dərəcəsi, sahillərin  kölgələnməsi  və s.  kimi ən  mühüm 
faktorlar təyin edir. 
 
Tədqiq  etdiyimiz  ərazilərdə  suya  müxtəlif  cür  uyğunlaşmiş  bitkiləri  müşahidə  etmək 
olar.  Burada  müxtəlif  ekoloji  qruplara  malik  olan  növlər  yayılmışdır.  Ali  su  və  bataqlıq 
bitkiliklərinin  təsnifatında  növlərin  morfoloji-ekoloji  xüsusiyyətləri  əsas  yer  tutur  ki,  bu  da 
çoxsaylı tədqiqatçıların əsərlərində öz əksini tapmışdır (Алиев, 1969). 
 
Kür-Araz ovalığındakı çirin su hövzələrində su bitkilərinə nisbətən, su-bataqlıq 
növləri  və  onların  əmələ  gətirdikləri  assosiasiyalar  xeylı  çoxdur.  Bu    bitkilik  tipi  üçün 
nisbətən əlverişli şərait qrunt sularının səthə çıxdığı yerlər və  suvarma kanallarının ətrafıdır. 
İlk  dəfə  olaraq  Kür-Araz  ovalığındakı  şirin  su  hövzələrinin  (göllərin  və  axmazların)  müasir 


 
 
flora  tərkibi  müəyyənləşdirilmiş    və  bitkiliyinin  təsnifat  sxemi  tərtib  edilmişdir.  Təsnifat 
sxemindən  göründüyü  kimi  Kür-Araz  ovalığının  şirin  su  hövzələrində  bir  bitkilik  tiri,  2 
formasiya sinifi, 8 formasiya qrupu, 4 formasiya yarımqrupu, 13 formasiya və 30 assosiasiya 
öz əksini tapmışdır (Musayev, 2008).  
 
 
 
Tip-su və su-bataqlıq bitkiliyi (Aquiherbosa) iki formasiya sinfinə bölünür: 
1.
 
Suda-quruda yaşayan bitkiliklərin formasiya sinfi - qelofitlər (Aquiherbosa amphibia); 
2.
 
Əsl su bitkiliklərinin formasiya sinifi (Aquiherbosa genuina)- hidrofitlər 
 
I.  Suda-quruda  yaşayan  bitkiliklərin  və  ya  su  üzərində  üzən  bitkilərin  formasiya  sinfi 
öz növbəsində aşağıdakı formasiya qruplarına bölünür: 
 
1)  Cənub  qamışlığı    formasiyasından  (Phragmites  australis)  ibarət  iri  taxıllar 
formasiya qrupu (Magnogramineta); 
 
2)  Daryarpaq  çiyən  (Typha  angustifolia)  formasiyasından  ibarət  iri  çiyənkimilər 
formasiya qrupu (Magnotypheta); 
 
3)  Laksman  çiyəni  (Typha  laxmanii)  formasiyasından  ibarət  kiçik  çiyənkimilər 
formasiya qrupu; 
 
4)  Dənizkənarı  lığ  (Scirpus  litoralis),  göl  lığı  (S.lacustris)  və  tabernamontan  lığı  
(S.tabernaemontani) formasiylarından ibarət iri çilkimilər formasiya qrupu (Magnocypereta); 
 
5)  Dəniz  lığvəri  (Bolboschoenus  maritimus)  formasiyasından  ibarət  kiçik  cilkimilər 
formasiya qrupu (Parvocypereta). 
 
II.  Əsl  su  bitkilərinin  formasiya  sinifi  (Aquiherbosa  genuina)  aşağıdakı  formasiya  
qruplarına bölünür: 
1)
 
Suya tam batan bitkilərin  formasiya qrupu (Aquiherbosa immersa); 
2)
 
Çiçəkləmə və tozlanmaları su üzərində gedən bitkilərin formasiya qrupu; 
3)
 
Yarpaqları ilə su üzərində üzən bitkilərin formasiya qrupu (Aquiherbosa natanta). 
Suya  tam  batan  bitkilərin    formasiya  qrupu  (Aquiherbosa  immersa)  öz  növbəsində  iki 


 
 
formasiya yarımqrupuna bölünür: 
a)
 
kökləri  substrata  bərkiməyib  su  üzərində  üzən  bitkilərin  formasiya  yarımqrupu 
(Aquiherbosa immersa- natanta). 
Bu  formasiya  yarımqrupuna  buynuzyarpaqlar  (Ceratophyllum  demersum,  C.submersum
formasiyası aiddir. 
b)  suya  tam  batmış  və  kök  salmış    bitkilərin    formasiya  yarımqrupu  (Aquiherbosa 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin