İri cilkimilər formasiyası qrupu (
Magnocypereta)
Lığ cinsi (
Scirpus) su və bataqlıq məskən şəraitində bir neçə növlərlə (
Scirpus
lacustris, S.hippolyti, S.tabernamontani, S.litoralis) təmsil olunmuşlar. Bunlar əsasən su
hövzələrində yayılmışlar. Lığ növləri ərazilərdə geniş yayılmış assosiasiyalar əmələ gətirirlər.
Dənizkənarı lığ (
S.litoralis) istisna olunmaqla lığın bütün növlərinə suyu tamamilə şirin olan
hövzələrdə təsasüf edilir.
Əsl su bitkiliklərinin formasiya sinifi (
Aquiherbosa genuina)
Su bitkiliyi quraqlıq bitkiliyi assosiasiyaları arasındakı su hövzələrinə və bataqlaşmış
məskən şəraitlərinə uyğunlaşmışlar. Belə hövzələrə istər torpaq səthinə çıxmış qrunt suları
tərəfindən əmələ gələn təbii və istərsə də insanlar tərəfindən yaradılmış süni hövzələr, o
cümlədən kanallar aiddir. Respublikada su bitkiliyinin əmələ gətirdikləri assosiasoyaların sayı
və ayrı-ayrı ekoloji qruplardakı növlərin miqdarı sahilyanı-çəmən və çəmən-bataqlıqlara
nisbətən kasıbdır (Алиев, 1966).
Şirin su hövzələrinin, bataqlaşmış və rütubətli məsrən şəraitlərinin bütün bitkilərini
suya olan münasibətlərinə görə aşağıdakı formasiya qruplarına ayırmaq olar:
1)
Suya tam batan bitkilərin formasiya qrupu (
Aquiherbosa immersa);
2)
Çiçəkləmə və tozlanmaları su üzərində gedən bitkilərin formasiya qrupu (
Aquiherbosa
submersa);
3)
Yarpaqları ilə su üzərində üzən bitkilərin formasiya qrupu (
Aquiherbosa immersa-
natanta).
Bu formasiya qrupları öz növbələrində formasiya yarımqruplarına ayrılırlar.
Suya tam batan bitkilərin formasiya qrupu (
Aquiherbosa immersa).
Bu formasiya qrupu iki formasiya yarımqrupuna bölünür:
a) kökləri substrata bərkiməyib su üzərində üzən bitkilərin formasiya yarımqrupu;
b) suya batmış və kök salmış bitkilərin formasiya yarımqrupu.
Kökləri substrata
bərkiməyib, su üzərində üzən bitkilərin formasiya yarımqrupu (
Aquiherbosa natanta-
genuina).
Çiçəkləmə və tozlanmaları su üzərində gedən bitkilərin formasiya qrupu (
Aquiherbosa
submersa).
Çiçəkləmə və tozlanmaları su üzərində gedən suya batan bitkilərin formasiya
yarımqrupuna (
Aquiherbosa submersa-raicantha) suya batan suçiçəyilər (
Potamogeton
pectinatus, P. crispus, P.lucens.) formasiyası, sünbüllü saçaqotu (
Myriophyllum spicatum)
formasiyası və dağınıq su incilosu (
Batrachium trichophyllum) formasiyası aiddir.
Yarpaqları ilə su üzərində üzən bitkilərin formasiya qrupuna (
Aguiherbosa natanta).
Kökləri substrata bərkiməyib, yarpaqları ilə su üzərində sərbəst üzən bitkilərin
formasiya yarımqrupuna (
Aquiherbosa genuina) sugülülər (
Lemma minor, L.triscula)
formasiyası və assosiasiyası aiddir.
Dostları ilə paylaş: