az şoralaşmış olan səhra bitkiliyinin tərkibində buğdayı bozaq (
Eremopyrum triticeum),
qışotu (
Lepturus incurvus) və yağlı şorangəyə (
Salsola crassa) da rast gəlinir.
Payızda və yazda əlverişli iqlim şəraiti olduqda efemerlər qış otlaqlarında yaşıl örtük
əmələ gətirir. Ümumiyyətlə səhra otlaqlarının ən məhsuldar tipləri az şorakətli torpaqlarda
yayılmışdır.
Tədqiq etdiyimiz qış otlaqlarında yarımsəhra bitkiliyi geniş areala malik deyildir. Bu
tip bitkilikdə efemerlərin formasiyası yem cəhətdən daha qiymətli sayılmaqla torpaq örtüyü
nisbətən münbit olan düzən sahələrdə yayılmışdır.
Yarımsəhralarda həyat ilk payız yağıntılarından sonra başlanır. Bu vaxt yovşan və
şorangələr çiçəkləyir və toxum verirlər. Efemerlərin cücərtiləri meydana çıxır. Qışı cücərti
halında keçirirlər, yazın əvvəllərində yağışların yağmağı nəticəsində istiliyin artması ilə
efemerlər sürətlə boy atır, çiçəkləyib toxum verir və sonra məhv olurlar, yağmurlu illərdə
efemerlik otlaqlarında ot çalımı aparmaq olar.
Qobustanın səhra tipli bitki örtüyündə kserofit formalı yarımkollar geniş yayıldığı
halda, yarımsəhra bitkiliklərində yarımkollarla yanaşı bol birillik və çoxillik bitkilərə də rast
gəlinir.
Qobustan massivində yarımsəhra tipli bitkilik dəniz səviyyəsindən 1000 m-ə qədər
olan hündürlüklərdə olan sahələrdə yayılmışdır. Yuxarı qalxdıqca yarımsəhra bitkiliyi, bozqır
tipi ilə əvəz olunur.
Tədqiq etdiyimiz ərazidə ləkələr şəklində çala-çəmən bitkiliyi də yayılmışdır. Belə
sahələrə çay axarlarında və su yığılan dərələrdə təsadüf edilir.
Təəssüflə qeyd etmək lazımdır ki, geniş əraziyə malik olan Qobustanın qış otlaqlarında
su problemli hələ də qalır.
Qış otlaq sahələrində 2 bitkilik tipi aşkar edilmişdir ki, bunda da 5 formasiya
formalaşmışdır.
Səhra bitkiliyinə 4 bitki formasiyası daxil edilmişdir:
1.
Yovşanlı - gəngizlik;
2.
Yovşanlı – kövrək şorangəlik;
3.
Gəngiz – şorangəlik;
4.
Kövrək şorangəlik. Bu formasiyalar düzən sahələrdə yayılmışdır.
Yarımsəhra bitkilyi tipi ərazidə çox az yayılmışdır. Bu tipə yalnız bir formasiya
(Efemerlik) daxil edilmişdir. Bu bitkilik əsasən dağətəyi sahələrdə yayılmışdır.
Hər iki bitkilik tipinə aid olan bitkilik tipinin yayıldığı şərait, bitkilərin ümumi örtüyü,
mərtəbəliliyi, bolluğu, hündürlüyü, fenofazası və s. habelə onun tutduğu sahə, habelə yaş və
quru çəki hesabilə məhsuldarlığı təyin edilmişdir.
Bitkiliyin ümumi örtüyü torpağın üst qatının duzlaşması dərəcəsindən asılı olaraq 55-
90% arasında tərəddüd edir. Bu rəqəmin 30-40% - iyli yovşan, 20-25% gəngiz şorangə, 15-
20% taxıllar və 5%-i paxlalılar və qalan komponentlərin payına düşür.
Gəngiz-şorangə (
Salsola nodulosa) yarımkollarının hündürlüyü 40sm-ə çatır. Bitkinin
şaxəli kökləri torpağın 65-70 sm-ə qədər dərinliyə işləyir.
Gəngiz-şorangə bitkisinin kolları biri digərindən xeyli aralı məsafədə yerləşdiyi üçün
bütöv örtük əmələ gətirmir. Onun kolları arasında yovşan və efemerlər inkişaf edir.
Efemerlər və gəngiz şorangədən əlavə yovşan da otluğun yem keyfiyyətini yüksəldir.
Otlaqdan istifadə müddəti noyabrın 15-dən may ayına qədər qəbul edilə bilər. Cədvəl 1-də
Yovşanlı-gəngiz şorangəlik formasiyalarının növ tərkibi özünü əks etirir(cədvəl 1).
Dostları ilə paylaş: