Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə76/143
tarix30.12.2021
ölçüsü2,04 Mb.
#22533
1   ...   72   73   74   75   76   77   78   79   ...   143
Spartıum Junceum L.-Çubuqvarı sarıkol şırımlı, yaşıl, dik duran, budaqlı, demək olar 
ki,  yarpaqsız  koldur.  Vətəni  Qərbi  və  Şərqi  Aralıq  dənizidir.  May-iyul  aylarında  çiçəkləyir, 
avqust  ayında  meyvəsi  yetişir.  Çiçəkləri  ətirli,  qısa  çiçək  saplaqlıdır.  Uzun  salxımlarda 
toplanmışdır. Paxlası xətvarı, yetişdikdə yuxarıya doğru dik duran, yastı, yetişdikcə qaralan, 
çoxtoxumlu,  uzunluğu  6-8  sm,  eni  6-7  mm-dir.  Toxumları  uzunsovdur,  şabalıdı  rəngdədir. 
Paxlalardan bəzisi qışadək kolun üzərində qalır. Abşeronda oktyabr ayında ikinci çiçəklənmə 
müşahidə  olunur  (Лынов,1991;  Молчанов,  Смирнов,1967).  Boyatma  martın  ikinci 
ongünlüyündə  başlayıb,  iyunun  üçüncü  ongunluyundə  başa  çatır.  Abşeronda  orta  hava 
temperatura  8-9
0
  C,  rütubət  69  %,  yağıntının  miqdarı  54mm  olan  zaman  boyartımı  42  sm 
olmuşdur.Toxumların cücərmə qabiliyyəti yüksəkdir. Payız səpini daha yaxşıdır. Abşeronda 
sarıkoldan  olan  kolluqlarda  ətrafa  tökülmüş  toxumlardan  öz-özünə  cücərtilər  əmələ  gəlir. 
Quraqlığa  davamlı,  işıq  sevən,  yayın  istisinə  dözümlü,  torpağa  az  təlabkardır.  Qış  kəskin 
keçdikdə budaqları 10-15-dərəcə şaxtaya dözür. Çox dekorativ koldur. 
 Laburnum  anagyroides  Medic.  (Qızılı  akasiya).  Yarpaqların  tökən  ağac  və  koldur. 
Vətəni Qərbi və Cənubi Avropadır. Azərbaycanda park və bağlarda əkilir. Çiçəkləri qızılı-sarı 
rəngdə olub,  gümüşü tükcüklərlə örtülmüş saplağa  malikdir. 10-20 sm uzunluqda salxımlara 


 
 
toplanmışdır.  Paxlası  5-8  sm  uzunluqda,  8-9  mm  enindədir.  Yarpaqlanması  ilə  bir  vaxtda 
aprel-may aylarında çiçəkləyir, meyvələri avqustda yetişir toxumları qaradır. Abşeronda orta 
hava temperatura 8-10
0
 C, rütubət 88 %, yağıntının miqdarı 50 mm olan zaman boyartımı 42 
sm  olmuşdur  (Cədvəl  1)  .  Azərbaycanda  park  və  bağlarda  əkilir.  Toxumları  vasitəsilə 
çoxaldılır. Yaşıllaşdırmada bəzək  bitkisi kimi istifadə oluna bilər.  

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin