Pıstacıa mutica f.et.m. Kütyarpaq saqqız ağacı- Şarvarı ağac və ya koldur. Vətəni
Şərqi Aralıqdənizidir. Torpağın duzluluğuna, şaxtaya davamlıdır. Azərbaycanda xəzəryanı
(Abşeron), Kür-Araz ovalığı seyrək meşə əmələ gətirir. Abşeronda orta hava temperaturu 11-
12
0
C, rütubət 74 %, yağıntının miqdarı 57 mm olan zaman boyartımı 53 sm olmuşdur.
İkievli bitkidir, zoğ tumurcuqlarının açılmasına qədər 10-15 gün ərzində çiçəkləyir. Meyvəsi
5-6 sm uzunluqda, 4-5 mm enində, yumuru və ya tərs yumurtavarıdır.Toxumu birdir, aprel
ayında çiçəkləyir, meyvəsi avqust-sentyabrda yetişir. Saqqız ağacı ekoloji və bioloji
xüsusiyyətlərinə görə respublikamızın quru subtropik rayonları üçün xarakterikdir. İstiyə
davamlı, torpağa az təlabkardır.