Rhamnus cathartica L. İshal murdarça ağac və koldur. Vətəni Qərbi Aralıqdənizidir.
Azərbaycanda yuxarı dağ qurşağında təsadüf edilir. Çiçək qrupu 10-15 çiçəklidir, yaşılımtıl
sarıdır. Meyvəsi kürəvarı, çəyirdəkmeyvədir. Uzunluğu 5-8mm olub, parlaqdır, toxumu
yumurtavarı, ensiz, yan şırımlıdır. May-iyun aylarında çiçəkləyir, avqust-sentyabrda meyvə
verir. Abşeronda orta hava temperaturu 12-14
0
C, rütubət 69 %, yağıntının miqdarı 16mm
olan zaman boyartımı 40 sm olmuşdur. Azərbaycanın rayolarında yaşıllaşdırma işlərində
geniş istifadə edilir.
Cədvəl 1.
Bəzi ağac və kolların böyümə müddəti, onların illik orta boy artımı.