Colutea arborescens L. - ağacvarı şaqıldaq Təklələkvarı yarpaqlara malik kollardır.
Vətəni qərbi Aralıqdənizidir. Azərbaycanda dekorativ bitki kimi bağ və parklarda becərilir.
Çiçəkləri salxımlara toplanmış və yarpaqların qoltuğunda yerləşmişdir. Paxlasaplaqlıdır,
şişkindir, şəffafdır, çoxtoxumludur, yaşılımtıl rəngdədir, dib hissəsi qırmızımtıldır. Uzunluğu
6-8, eni 2,5sm-ə qədərdir. Toxumları yastı, dəyirmi, tünd qonur rəngli, 4mm uzunluğunda və
3-4mm enindədir. May-iyun aylarında çiçəkləyir, avqust-sentyabrda meyvəsi yetişir.
Abşeronda orta hava temperaturu 9-10
0
C, rütubət 62 %, yağıntının miqdarı 53 mm olan
zaman boyartımı 45 sm olmuşdur. Dekorativ məqsədlər üçün park və bağlarda əkilir, şəhər
şəraitinə davamlıdır, qrup halında və tək-tək əkilmək üçün istifadə olunur. Bol çiçək açır və
uzun müddət çiçəkləyir, hər il meyvə verir.Toxumlarla çoxalır, səpin başlıca olaraq payızda
aparılır, yaz səpini zamanı toxumlar qaynar suda isladılır.