NƏTİCƏ VƏ TƏKLİFLƏR
Büdcə-vergi siyasəti ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasına uyğun olaraq müəyyənləşdirilməlidir. Bu siyasət ümumi makroiqtisadi göstəriciləri əks etdirən sərt maliyyə siyasətindən tədricən uzaqlaşmanı, büdcə-vergi siyasətinin çevikliyinin artırılmasını, maliyyə intizamının gücləndirilməsinin, manatın məzənnəsinin tənzimlənməsini və digər tədbirləri özündə əks etdirir. Həyata keçirilən kompleks makoiqtisadi tədbirlər sabit iqtisadi artımın təmin edilməsinə, istehsalın həcminin və qeyri-neft sektorunda məşğulluq səviyyəsinin yüksəldilməsinə, ölkənin regionlarının iqtisadi inkişafının dinamikliyinə və tarazlaşdırılmasına, yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin iqtisadi müstəqilliyinin təmin edilməsinə uyğun iqtisadi şəraitin yaradılmasını nəzərdə tutur.
Fikrimizcə, büdcə təsnifatında dünya təcrübəsində istifadə olunan Milli Hesablar Sistemindən, Beynəlxalq Maliyyə Statistikasının metodologiyasından, ayrı-ayrı dövlətlərdə tətbiq olunan təsnifatlardan istifadə edilməklə formalaşması təsnifatın beynəlxalq standartlara cavab verməklə büdcə göstəricilərinin, onun gəlir və xərclərinin uçotunun və iqtisadi istiqamətlərinin daha da aşkar və şəffaf həyata keçirilməsinə, büdcədən maliyyələşən və ya əlaqəsi olan dövlət və qeyri-dövlət orqanlarının funksiya və vəzifələrinin yerinə yetirilməsi üçün ayrılan vəsaitlərin istiqamətlərinin daha da konkretləşdirilməsinə imkan verə bilər.
Vergi münasibətləri, ölkəmizin iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası prosesi ölkədə aparılan vergi siyasətinin səmərəli, ədalətli olmağını təmin etməklə yanaşı eyni zamanda sabit vergi sisteminin qurulmasını tələb edir. Ölkədə həyata keçirilən iqtisadi islahatların müasir mərhələsində istehsal və sosial sahələrin inkişafına büdcə vəsaitlərinin investsiya edilməsi dövlət büdcəsinin tərkib hissəsi olmalıdır.
Maliyyə siyasətində büdcə gəlirləri iqtisadiyyatın dövlət tənzimlənməsi istiqamətində əsas mənbə kimi çıxış edir. Bu mənbənin düzgün siyasi çərçivədən hədəfləndirilməsi iqtisadiyyatda əks nəticə ilə qeyri-taraz gəlir azlığı potensialı ilə büdcə mexanizminə təsir göstərə bilər. Məhz bu baxımdan da, büdcə siyasətinin mexanizmini iqtisadiyyatın inkişafına doğru istiqamətləndirilməsi üçün gəlir və xərclərinin faktiki və strateji planlaşdırılmasına yönəldilməlidir.
Makroiqtisadi sabitliyin əldə olunmasında çevik və məqsədyönlü siyasətinin aparılması həlledici rol oynayır. Ona görə də, ilk növbədə məhz büdcə-vergi siyasətinin tarazlaşdırılmış şəkildə aparılması ölkədə makroiqtisadi sabitliyin vəziyyətinə həlledici təsir göstərir. İqtisadiyyatın sabitləşməsi müasir dünyada iqtisadi proseslərin sürətləndiyi və iqtisadi təhlükəsizliyin qorunmasının gücləndiyi bir şəraitdə maliyyə siyasətinin, o cümlədən, onun tərkib hissəsi olan büdcə-vergi siyasətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması üçün geniş imkanlar yaradır.
Gəlir daxilolmalarının bölgüsü zamanı əsas diqqət yerli büdcələrin gəlir bazasının formalaşmasına yetirilir ki, bu da yerli səviyyədə sabit, səmərəli fəaliyyət göstərən büdcə münasibətləri sisteminin yaradılması məqsədinə daha çox cavab verir. Lakin bunun mənfi cəhətləri də vardır. Yerli hakimiyyətlərə çox böyük vergi səlahiyyətlərinin verilməsi vergi qaydalarının qeyri-bərabərliyinə və bunun nəticəsi kimi formalaşmış təsərrüfat əlaqələrinin, təsərrüfat obyektlərinin yerləşdirilməsi nisbətlərinin pozulmasına, vəsaitlərin investisiya edilməsi şəraitindəki fərqlərə gətirib çıxara bilər. O faktı da nəzərə almaq lazımdır ki, vergi potensialının qeyri-bərabərliyi üzündən vergilərin bölüşdürülməsinin təhkim metodunun tətbiqi büdcə təmin olunması səviyyələrindəki qeyri-bərabərliyi şərtləndirir bu da yerli büdcələr sistemini qeyri-sabit, operativ büdcə tənzimlənməsi olmadıqda isə sosial cəhətdən gərgin edir. Göstərilən səbəblər üzündən vergilərin bölüşdürülməsinin təhkim metodu yerli büdcələrin normal fəaliyyətini təmin etmir. Buna görə də gəlir daxilolmalarının bölgüsü zamanı vergilərin təhkim metodu onların paylı bölgüsü metodu ilə birlikdə tətbiq ounur. Vergilərin əsas hissəsinin mərkəz tərəfindən tutulduğu halda belə, vergi daxilolmalarının müəyyən payı yerli səviyyəyə ötürülə bilər. Ümumdövlət vergilərinin bazasından istifadə etməklə tutulan vergilərə yerli əlavələr sistemi iqtisadi nöqteyi-nəzərdən məqsədəuyğundur.
Dövlət büdcəsinin dayanıqlı vəziyyətdə olması geniş təkrar istehsalın və əhalinin sosial-iqtisadi vəziyyətinin dinamik inkişaf edə bilməsinin əsasıdır. Onun tarazlığının pozulması və bunun nəticəsində büdcə kəsirinin həcminin müəyyən həddi keçməsi təkrar istehsal prosesinin və əhalinin sosial-iqtisadi vəziyyətində tarazlığın pozulması problemini yarada bilər.
Hal-hazırda mövcud iqtisadi siyasi durum respublikamızın yeraltı və yerüstü təbii sərvətlərinin zənginliyi, onun tutduğu coğrafi – geosiyasi vəziyyəti, nisbətən ucuz işçi qüvvəsinin olması və digər amillər xarici investorların marağını getdikcə aptırmaqdadır. İqtisadiyyatımızın stabil inkişafını təmin etmək, xalq təsərrüfatının bütün sahələrinə xarici investisiyaların cəlb olunması üçün səmərəli vergiqoyma və ikiqat vergi tutmadan azad etməklə, xarici investisiyaların iqtisadiyyatımıza qoyuluşunu stimullaşdıra bilər. Bununla belə bu sektorun inkişafı yalnız maliyyə mənbələri ilə məhdudlaşmır. Burada bir çox institutsional amillər də həlledici rola malikdir. Burada ən başlıca prioritetlərdən biri qeyri-neft sektorunun inkişaf potensialını maksimum nəzərə alan optimal vergi strategiyasının işlənməsidir. Məhz vergi yükünün cüzi yox, əhəmiyyətli dərəcədə azaldılması qeyri-neft sektorunda çox mühüm stimul yaratmaq imkanındadır. Bu gün hökumətin gördüyü tədbirlər vergi yükünün azaldılmasına yönəldilməsi kimi qiymətləndirilməlidir.
İqtisadiyyatın dinamik yüksəlişi üçün vacib olan amillərdən biri və ən mühümü neft gəlirlərinin ölkədaxili investisiyalara cəlb edilməsidir. Son nəticədə bu, ölkənin beynəlxalq miqyasda rəqabətə dözümlüyünə ən yaxşı zəmanətdir. İqtisadi cəhətdən sürətlə inkişaf edən ölkələrin təcrübəsi göstərir ki, ixtisaslı işçi qüvvəsinə qoyulan investisiyalar digər investisiya formalarından daha mənfəətlidir. Nəzərdə tutulan bu təlabatın tam ödənilməsi üçün bu istiqamətdə bəzi tədbirlərin həyata keçirilməsi məqsədə müvafiq olardı.
Fikrimizcə, müasir şəraitdə xüsusilə regionların inkişafına yönələn «regional investisiya siyasəti» aparmaqla ərazilər üzrə iqtisadi inkişafın tənzimlənməsinə şərait yaratmaqdadır.
Dostları ilə paylaş: |