ƏDƏBİYYAT SİYAHISI
-
Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, Qanun, 2002.
-
Azərbaycan Respublikasının Vergi Məcəlləsi. «Hüquq» ədəbiyyatı nəşriyyatı , 2003.
-
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Qanunu. Bakı, 2002.
-
Azərbaycan Respublikasının 2004-cü il üçün Dövlət Büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu, Bakı 2003.
-
Azərbaycanan statistik göstəriciləri 2008. Dövlət Statistika Komitəsi. Bakı, 2008, 770 s.
-
«Azərbaycan» qəzeti, 22.07.2005.
-
Abbasov A.B. Sahibkarlıq fəaliyyəti: növləri, təşəkkülü və inkişaf problemləri. Bakı, Az.DİU, 1998, 212 s.
-
Abbasov A.H. Azərbaycanda maliyyə bazarının formalaşması və bazar iqtisadiyyatında maliyyə-kredit sisteminin problemləri. Bakı, «Poliqraf», LTD, 2003, 332 s.
-
Abbasov Ə.M., Sadıqov M.M. Azərbaycan Respublikasının regionları: maliyyə və vergi potensialının proqnozlaşdırılması problemləri. Bakı, «Elm» nəşriyyatı, 2002, s. 132.
-
Axundov Ş., Axundov M. Bazar iqtisadiyyatının əsasları (Qısa izahlı lüğət) Bakı, 2001, 666 s.
-
Allahverdiyev H., Qafarov K., Əhmədov Ə. İqtisadiyyatın dövlət tənzimlənməsi. Bakı, 2002, 445 s.
-
Bağırov D.A. Vergi auditi. Bakı, 1999, 428 s.
-
Bədəlov Ş.Ş., Məhərrəmov R.B., Qurbanov F.Ə. Büdcə sistemi. Bakı, 2003, 418 s.
-
«Büdcə sistemi haqqında» Azərbaycan Respublikasının Qanunu». Büdcə bələdçisi. «Ekspert» jurnalı, B., «Elm və həyat» nəşr., 2003, s. 141.
-
Büdcə terminləri: izahlı lüğət. Bakı, 2003, 100 s.
-
«Dövlət büdcəsinin tərtibi və icrası qaydaları» Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, Bakı, 2004.
-
«Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, «Hüquq», 2002.
-
Ələsgərov A. Azərbaycan Respublikasında bazar iqtisadiyyatı münasibətlərinin yaranması, formalaşması və inkişafı. «Azərbaycan XXI əsrin astanasında». Elmi-praktiki konfransın materialları. Bakı, 1998, s.40-45.
-
Əliyev A.Ə., Şəkərəliyev A.Ş. Bazar iqtisadiyyatına keçid: dövlətin iqtisadi siyasəti. Bakı, 2002, 440 s.
-
Əlirzayev Ə. İqtisadi və sosial idarəetmə: bazar iqtisadiyyatı, metodoloji prinsiplər, qanunauyğunluqlar. Bakı, 1997, 282 s.
-
Əhmədov M.A. Qloballaşma və milli iqtisadiyyatın problemləri. Bakı, 2003, 519 s.
-
Əsədov H.X., Talıbov S.T., Fərəcov N.İ. «Azərbaycan Respublikasında xəzinədarlıq sisteminin I mərhələsinin tətbiqi üçün metodik vəsait», Bakı, 1997, 224 s.
-
İmanov Q., Həsənov Y. Azərbaycanın sosial-iqtisadi inkişafının modelləri. Makroiqtisadi təhlil. Bakı, 2001, 248 s.
-
Qafarov Ş.S. Əmək fəaliyyəti növünün dəyişməsi prosesi və onun idarə edilməsi. «İqtisad elmləri: nəzəriyyə və praktika» Bakı, 1999, №1-2, s.122.
-
Quliyev T.F. Millət və dövlət gəlirləri, Bakı, 2004, 328 s.
-
Kərimov A.M., Quliyev N. Maliyyə. Bakı, 2000, s. 185-189.
-
Брайчева Т.В. Государственные финансы. СПб: Питер, 2001, 288 с.
-
Благодатин А., Лозовский Л., Райзберг Б. Финансовый словарь. М.:ИНФРА-М, 2003, 378 с.
-
Большой экономический словарь. М.:»Институт Новой Экономики», 1998, 864 с.
REFERAT
Respublikamızın inkişafında ölkənin maliyyə sisteminin əsas dayağı olan və onu iqtisadi, sosial və siyasi funksiyaların yerinə yetirilməsi üçün pul vəsaitləri ilə təmin edən dövlət büdcəsinin rolu böyükdür. Qeyd etmək lazımdır ki, dövlətin iqtisadi inkişafa təsiri maliyyə siyasətinin tərkib hissəsi olan büdcə-vergi siyasətinin tənzimləyici funksiyasından və onun tətbiq mexanizmindən nə dərəcədə dolğun istifadə edilməsindən asılıdır.
Büdcə gəlirləri büdcə-vergi siyasətinin iqtisadiyyatın inkişafına istiqamətləndirilməsində əsas mənbə və vasitə kimi çıxış edir. Çünki bu mənbənin iqtisadi siyasət çərçivəsində düzgün hədəfləndirilməməsi hökuməti iqtisadiyyatda əks nəticə ilə -əsaslandırılmayan, qeyri-taraz gəlir azlığı problemi qarşısında qoya bilər və büdcə mexanizmi özünün ən təsirli funksiyalarından birini itirmiş olar.
Respublikamızda büdcə-vergi siyasətinin həyata keçirilməsində əsas məqsəd - ölkədə makroiqtisadi göstəricilərin sabit saxlanılmasını təmin etməklə iqtisadi artıma nail olmaqdan, maliyyə intizamının gücləndirilməsindən, dövlət büdcəsinin tərtibi və icrasının təkmilləşdirilməsindən, qeyri-neft sektorunda məşğulluğun səviyyəsinin artırılmasından, kiçik və orta sahibkarlığa maliyyə dəstəyinin gücləndirilməsindən ibarət olmalıdır. Büdcə qanunvericiliyinə müvafiq olaraq büdcə-vergi sisteminə daxil olan bütün büdcə növləri sabit və ardıcıl daxil olan gəlir mənbəyinə malik olmalıdır. Ona görə də dövlət büdcəsinə daxil olan gəlirlər qanunvericilik əsasında büdcə həlqələri arasında bölüşdürülür. Bu məqsədlə büdcə həlqələri zəruri gəlir mənbəyi ilə təmin edilməklə, hər bir regionun sosial-iqtisadi inkişafı üçün lazımi miqdarda maliyyə vəsaiti müəyyənləşdirilir.
Dövlət büdcəsi gəlirlərinin sosial-iqtisadi proseslərdəki rolu əvəzedilməzdir. Büdcə dövlətlə ayrı-ayrı müəssisə, təşkilat, idarə və birliklər, yeni yaranan hüquqi və fiziki şəxslər, əhali arasındakı münasibətləri ifadə edir. Yeni iqtisadi sistemə keçidin nəticəsi olaraq, büdcə ilə istehsal sahələri arasında əlaqələr yeniləşmiş, sahibkarlıq və digər bazar subyektlərinin fəaliyyəti ilə əlaqədar büdcədən ayrılan vəsait qoyuluşlarının həcmi və istiqamətləri dəyişmişdir. Bütövlükdə götürsək, respublikamızda vergi sistemi əsaslı şəkildə təkmilləşdirilmiş və onun beynəlxalq standartlar səviyyəsinə çatdırılması üçün tədbirlər görülür. Bu dövr ərzində büdcə gəlirlərinin ÜDM-un strukturuna və sahə quruluşuna uyğun artımına, potensial gəlirlərin büdcəyə alınmasının təmin olunması əmsalının əhəmiyyətli dərəcədə yüksəldilməsinə, vergilərin ödənilməsinin sadələşdirilməsinə, vergi dərəcələrinin azalmasına, vergilərin yığılmasını təmin edən orqanların strukturunun təkmil- ləşdirilməsinə və sahibkarlıq fəaliyyətinin genişləndirilməsini təmin edən vergi mühitinin yaradılması məqsədilə xeyli işlər görülmüşdür.
Büdcə siyasətinin tərkib hissəsi olmaqla, vergi siyasətinin formalaşması və həyata keçirilməsi ümumi iqtisadi inkişafın əsas şərtlərindəndir. Ona görə də vergi işinin təşkilində inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə edilməsi və mükəmməl vergi siyasətinin formalaşdırılması çox vacibdir. Vergi siyasəti nəticə etibarilə elə bir sisteminin formalaşdırılmasına gətirib çıxarmalıdır ki, bu sistem iqtisadi tənzimləmə funksiyasını normal şəkildə həyata keçirə bilsin.
Ölkədə həyata keçirilən iqtisadi islahatların müasir mərhələsində büdcə vəsaitlərinin istehsal və sosial sahələrin inkişafına yönəldilməsi dövlət büdcəsinin tərkib hissəsi olmalıdır. Vergilərin büdcə gəlirlərinin formalaşmasına, istehsalın kəmiyyət və keyfiyyət göstəricilərinə təsiri xüsusi əhəmiyyət kəsb edir. İnkişaf etmiş ölkələrdə vergilər dövlət gəlirlərinin əsas mənbəyi olmaqla, iqtisadiyyatda tənzimləyici kimi çıxış edir. Vergilər özünün əsas funksiyası olan - maliyyə funksiyasından başqa, dövlətin istehsalın bərpasına, genişləndirilməsinə, təkmilləşdirilməsinə, yeni texnika və texnologiya ilə təmin edilməsinə, strukturuna və qurluşuna iqtisadi təsiretmə vasitəsidir.
Büdcə-vergi siyasəti ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasına uyğun olaraq müəyyənləşdirilməlidir. Bu siyasət, ümumi makroiqtisadi göstəriciləri əks etdirən sərt maliyyə siyasətindən tədricən uzaqlaşmanı, büdcə-vergi siyasətinin çevikliyinin artırılmasını, maliyyə intizamının gücləndirilməsini, manatın məzənnəsinin tənzimlənməsini və digər tədbirləri özündə əks etdirir.
Dostları ilə paylaş: |