III FƏSİL. BÜDCƏ GƏLİRLƏRİNİN ARTIRILMASINDA
BÜDCƏ-VERGİ SİYASƏTİNİN SƏMƏRƏLİLİYİNİN
YÜKSƏLDİLMƏSİ İSTİQAMƏTLƏRİ
3.1.Büdcə gəlirlərinin artırılmasına vergi siyasətinin təsirinin optimallaşdırılması
3.2.Qloballaşma şəraitində büdcə-vergi siyasətinin təkmilləşdirilməsi istiqamətləri
NƏTİCƏ
ƏDƏBİYYAT SİYAHISI
GİRİŞ
Respublikamızın inkişafında ölkənin maliyyə sisteminin əsas dayağı olan və onu iqtisadi, sosial və siyasi funksiyaların yerinə yetirilməsi üçün pul vəsaitləri ilə təmin edən dövlət büdcəsinin rolu böyükdür. Qeyd etmək lazımdır ki, dövlətin iqtisadi inkişafa təsiri maliyyə siyasətinin tərkib hissəsi olan büdcə-vergi siyasətinin tənzimləyici funksiyasından və onun tətbiq mexanizmindən nə dərəcədə dolğun istifadə edilməsindən asılıdır.
Büdcə gəlirləri büdcə-vergi siyasətinin iqtisadiyyatın inkişafına istiqamətləndirilməsində əsas mənbə və vasitə kimi çıxış edir. Çünki bu mənbənin iqtisadi siyasət çərçivəsində düzgün hədəfləndirilməməsi hökuməti iqtisadiyyatda əks nəticə ilə -əsaslandırılmayan, qeyri-taraz gəlir azlığı problemi qarşısında qoya bilər və büdcə mexanizmi özünün ən təsirli funksiyalarından birini itirmiş olar.
Respublikamızda büdcə-vergi siyasətinin həyata keçirilməsində əsas məqsəd - ölkədə makroiqtisadi göstəricilərin sabit saxlanılmasını təmin etməklə iqtisadi artıma nail olmaqdan, maliyyə intizamının gücləndirilməsindən, dövlət büdcəsinin tərtibi və icrasının təkmilləşdirilməsindən, qeyri-neft sektorunda məşğulluğun səviyyəsinin artırılmasından, kiçik və orta sahibkarlığa maliyyə dəstəyinin gücləndirilməsindən ibarət olmalıdır. Büdcə qanunvericiliyinə müvafiq olaraq büdcə-vergi sisteminə daxil olan bütün büdcə növləri sabit və ardıcıl daxil olan gəlir mənbəyinə malik olmalıdır. Ona görə də dövlət büdcəsinə daxil olan gəlirlər qanunvericilik əsasında büdcə həlqələri arasında bölüşdürülür. Bu məqsədlə büdcə həlqələri zəruri gəlir mənbəyi ilə təmin edilməklə, hər bir regionun sosial-iqtisadi inkişafı üçün lazımi miqdarda maliyyə vəsaiti müəyyənləşdirilir.
Dövlət büdcəsi gəlirlərinin sosial-iqtisadi proseslərdəki rolu əvəzedilməzdir. Büdcə dövlətlə ayrı-ayrı müəssisə, təşkilat, idarə və birliklər, yeni yaranan hüquqi və fiziki şəxslər, əhali arasındakı münasibətləri ifadə edir. Yeni iqtisadi sistemə keçidin nəticəsi olaraq, büdcə ilə istehsal sahələri arasında əlaqələr yeniləşmiş, sahibkarlıq və digər bazar subyektlərinin fəaliyyəti ilə əlaqədar büdcədən ayrılan vəsait qoyuluşlarının həcmi və istiqamətləri dəyişmişdir. Bütövlükdə götürsək, respublikamızda vergi sistemi əsaslı şəkildə təkmilləşdirilmiş və onun beynəlxalq standartlar səviyyəsinə çatdırılması üçün tədbirlər görülür. Bu dövr ərzində büdcə gəlirlərinin ÜDM-un strukturuna və sahə quruluşuna uyğun artımına, potensial gəlirlərin büdcəyə alınmasının təmin olunması əmsalının əhəmiyyətli dərəcədə yüksəldilməsinə, vergilərin ödənilməsinin sadələşdirilməsinə, vergi dərəcələrinin azalmasına, vergilərin yığılmasını təmin edən orqanların strukturunun təkmil- ləşdirilməsinə və sahibkarlıq fəaliyyətinin genişləndirilməsini təmin edən vergi mühitinin yaradılması məqsədilə xeyli işlər görülmüşdür.
Büdcə siyasətinin tərkib hissəsi olmaqla, vergi siyasətinin formalaşması və həyata keçirilməsi ümumi iqtisadi inkişafın əsas şərtlərindəndir. Ona görə də vergi işinin təşkilində inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə edilməsi və mükəmməl vergi siyasətinin formalaşdırılması çox vacibdir. Vergi siyasəti nəticə etibarilə elə bir sisteminin formalaşdırılmasına gətirib çıxarmalıdır ki, bu sistem iqtisadi tənzimləmə funksiyasını normal şəkildə həyata keçirə bilsin.
Ölkədə həyata keçirilən iqtisadi islahatların müasir mərhələsində büdcə vəsaitlərinin istehsal və sosial sahələrin inkişafına yönəldilməsi dövlət büdcəsinin tərkib hissəsi olmalıdır. Vergilərin büdcə gəlirlərinin formalaşmasına, istehsalın kəmiyyət və keyfiyyət göstəricilərinə təsiri xüsusi əhəmiyyət kəsb edir. İnkişaf etmiş ölkələrdə vergilər dövlət gəlirlərinin əsas mənbəyi olmaqla, iqtisadiyyatda tənzimləyici kimi çıxış edir. Vergilər özünün əsas funksiyası olan - maliyyə funksiyasından başqa, dövlətin istehsalın bərpasına, genişləndirilməsinə, təkmilləşdirilməsinə, yeni texnika və texnologiya ilə təmin edilməsinə, strukturuna və qurluşuna iqtisadi təsiretmə vasitəsidir.
Büdcə-vergi siyasəti ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasına uyğun olaraq müəyyənləşdirilməlidir. Bu siyasət, ümumi makroiqtisadi göstəriciləri əks etdirən sərt maliyyə siyasətindən tədricən uzaqlaşmanı, büdcə-vergi siyasətinin çevikliyinin artırılmasını, maliyyə intizamının gücləndirilməsini, manatın məzənnəsinin tənzimlənməsini və digər tədbirləri özündə əks etdirir. Həyata keçirilən kompleks makoiqtisadi tədbirlər sabit iqtisadi artımın təmin edilməsini, istehsalın həcminin və qeyri-neft sektorunda məşğulluq səviyyəsinin yüksəldilməsini, ölkənin regionlarının iqtisadi inkişafının tarazlaşdırılmasını, yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin iqtisadi müstəqilliyinin təmin edilməsinə uyğun iqtisadi şəraitin yaradılmasını nəzərdə tutur.
Son illərdə respublikamızda həyata keçirilən iqtisadi və siyasi islahatlar dövlət maliyyəsi sferasından, xüsusilə də büdcə-vergi sistemində əsaslı dəyişikliklərə səbəb olmuşdur. Belə ki, dövlət büdcəsi dövlətin əlində, iqtisadiyyata təsir göstərilməsində, aparılan struktur dəyişikliklərini maliyyələşdirilməsində, iqtisadiyyatın qabaqcıl sahələrinin inkişafının stimullaşdırılmasında, əhalinin aztəminatlı təbəqəsinə sosial yardımların verilməsinin təmin edilməsində real vasitəyə çevrilmişdir. İslahatların sonrakı mərhələlərinin həyata keçirilməsi bu məsələlərin elmi tədqiqindən, nəzəri, metodoloji-praktiki məsələlərinin kompleks həllindən çox asılı olduğunu göstərir. Bunanla əlaqədar, həyata keçirilən islahatlar kontekstində büdcə-vergi siyasətinin məzmun və mahiyyətinin öyrənilməsi, onun ölkənin sosial-iqtisadi inkişafa təsirinin, büdcə gəlirlərinin artırılması yollarının araşdırılması sahəsində yeni tələblər qoymuş və bu problemi müasir dövrün reallıqlarına uyğun metodoloji yanaşma əsasında tədqiq edilməsini zərurətə çevirmişdir. Belə ki, bu istiqamətdə maliyyə siyasətinin tərkib hissəsi olan büdcə-vergi siyasətinin tənzimləyici tətbiqi mühüm əhəmiyyət kəsb edir. İslahatların gedişi bu məsələlərin elmi tədqiqindən, nəzəri, metodoloji-praktiki məsələlərinin kompleks həllindən çox asılı olduğunu göstərir. Eyni zamanda son illərdə Azərbaycan iqtisadiyyatının dünyada analoqu olayan sürətli inkişafı, buna müvafiq olaraq büdcə imkanlarının dəfələrlə artması bunlarla əlaqədar problemlərin tədqiqinə, həyata keçirilən islahatlar kontekstində büdcə-vergi siyasətinin həyata keçirilməsinə, onun təkmilləşdirmə istiqamətlərinin müəyyənləşdirilməsinə yeni nəzəri - metodoloji yanaşma tələb edir.
Dostları ilə paylaş: |