Azərbaycan miLLİ elmlər akademiyasi


Axısqalıların vətənə dönmək uğrunda mübarizəsi



Yüklə 0,78 Mb.
səhifə10/64
tarix02.01.2022
ölçüsü0,78 Mb.
#1946
1   ...   6   7   8   9   10   11   12   13   ...   64
2.6. Axısqalıların vətənə dönmək uğrunda mübarizəsi
Həbslərə, təqib və təzyiqlərə baxmayaraq minlərlə axısqalı vətənə dönmək uğrunda onilliklər boyu hökumət orqanlarına qarşı mübarizə apardılar. Tək-tək cəzalandırmalarla axısqalıların iradəsini qıra bilmədiklərini görən Sovet xüsusi xidmət orqanları 1989-cu ilin yayında Fərqanədə özbəklərin əlilə kütləvi qırğın təşkil etdilər. Yüzlərlə axısqalı öldü və yaralandı, minlərlə insan isə bölgəni tərk etmək, qaçqına çevrilmək zorunda qaldı.

1989-cü ildə, yəni Sovetlərin çökməsi ərəfəsində Axısqa türk­­­lərinə də vətənə dönmək üçün izin verildi. Lakin bu qa­nun­da sür­gündən dönənlərin yerləşdirilməsi, onlara kompen­sasiya ve­ril­məsi, işlə, mənzillə təmin edilməsi haqqında heç bir maddə ol­ma­dı. (Kukulov Tahircan, 1999). Beləcə qanun kağız üzə­rin­də qal­dı. Beynəlxalq təşkilatlar da işə qarışma­larına baxmayaraq Axıs­qa türkləri hələ də elliklə vətənlərinə dönə bilməmişlər.

Tbilisinin güneyin­də yerləşən, doğudan indiki Ermənistan Res­pubilikası, batı­dan Acariya Muxtar Respublikası, güneydən Tür­kiyə Cümhu­riy­yəti ilə sərhəd olan 6,5 min kvadratkilometrlik böl­gə qə­dim­lərdə Mesxetiya, Cavaxetiya da adlandırılıb. Gür­cüs­tan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra bölgədə Mesxe­tiya-Cavaxetiya quberniyası yaradıb. (Taşdemir Tekin, 2005:17).

Lakin min bir əngəlləri aşaraq bölgədə yerləşən axısqalıları barmaqla saymaq olur.



Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin