2.6. Axısqalıların vətənə dönmək uğrunda mübarizəsi
Həbslərə, təqib və təzyiqlərə baxmayaraq minlərlə axısqalı vətənə dönmək uğrunda onilliklər boyu hökumət orqanlarına qarşı mübarizə apardılar. Tək-tək cəzalandırmalarla axısqalıların iradəsini qıra bilmədiklərini görən Sovet xüsusi xidmət orqanları 1989-cu ilin yayında Fərqanədə özbəklərin əlilə kütləvi qırğın təşkil etdilər. Yüzlərlə axısqalı öldü və yaralandı, minlərlə insan isə bölgəni tərk etmək, qaçqına çevrilmək zorunda qaldı.
1989-cü ildə, yəni Sovetlərin çökməsi ərəfəsində Axısqa türklərinə də vətənə dönmək üçün izin verildi. Lakin bu qanunda sürgündən dönənlərin yerləşdirilməsi, onlara kompensasiya verilməsi, işlə, mənzillə təmin edilməsi haqqında heç bir maddə olmadı. (Kukulov Tahircan, 1999). Beləcə qanun kağız üzərində qaldı. Beynəlxalq təşkilatlar da işə qarışmalarına baxmayaraq Axısqa türkləri hələ də elliklə vətənlərinə dönə bilməmişlər.
Tbilisinin güneyində yerləşən, doğudan indiki Ermənistan Respubilikası, batıdan Acariya Muxtar Respublikası, güneydən Türkiyə Cümhuriyyəti ilə sərhəd olan 6,5 min kvadratkilometrlik bölgə qədimlərdə Mesxetiya, Cavaxetiya da adlandırılıb. Gürcüstan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra bölgədə Mesxetiya-Cavaxetiya quberniyası yaradıb. (Taşdemir Tekin, 2005:17).
Lakin min bir əngəlləri aşaraq bölgədə yerləşən axısqalıları barmaqla saymaq olur.
Dostları ilə paylaş: |