Azərbaycan miLLİ elmlər akademiyasi


Çıldır-Axısqa aşıqları körpü rolunda



Yüklə 0,78 Mb.
səhifə11/64
tarix02.01.2022
ölçüsü0,78 Mb.
#1946
1   ...   7   8   9   10   11   12   13   14   ...   64
3. Çıldır-Axısqa aşıqları körpü rolunda
Çıldır əyaləti Anadolunu Qafqaz və Güney Azərbaycanla bağ­layan karvan yollarının üzərində yerləşdiyindən mədəni əla­qə­lərdə də bir körpü rolunu oynamışdı. Burada doğulub, boya- ba­şa çatan aşıqlar məclislərdə Yunis İmrənin də, Qaracaoğlanın da, Əmrahın da, Kərəmin də, Qurbaninin də, Duxarxanlı Abbasın da, Xəsdə Qasımın da, Tahir Mirzənin də, Vanlı Gök­çəyin (Kuçek) də və b. onlarla aşığımızın şeirlərini, Türk dünyasının on­­larla qəhrəmanlıq və məhəbbət dastanını eyni şövqlə çalıb oxu­­muşlar. Həm də Qafqaz, İran aşıqlarının şeirlərini Ana­do­lu­ya, Anadolu və Balkan aşıqlarının əsərlərini də İrana və Qafqaza ötür­müşlər. Onların fəaliyyəti yalnız türk mədəniyyətinin inki­şa­fı­na deyil, fərqli dillərdə danışan, türk mədəniyyəti dairəsində olan ermənilərə, gürcülərə, kürdlərə, ləzgilərə, avarlara, tatlara və b. xalqlara da güclü təsir etmişdir.

Təsəvvüflə sıx bağlı olan aşıqlar, mətbuatın, radio və te­levi­zi­yanın olmadığı bir çağda kənd-kənd gəzib, məclis aparmaqla, çalıb-oxumaqla, dastan danışmaqla yanaşı kifayətlənməmiş, həm də bir bölgənin xəbərlərini başqa bölgəyə daşımışlar.

Çıldır-Axısqada elə bir aşıq məktəbi yaranmışdır ki, inzibati əra­­zi vahidlər dəyişsə də, dövlətlər arasında dəmir pərdələr çə­kil­sə də onu yox etmək mümkün olmamışdı. Aşıqlar arasındakı usta-şa­gird münasibətləri, ənənənin qırılmaması mədəniyyətimizi ya­­şat­mış və toplumun malı etmişdir. Xəstə Hasan özündən əvvəl ya­­şa­mış və çağdaşı olmuş ustad aşıqları “Yüzdə bir” rədifli di­va­ni­­sin­dən belə xatırlayır:

Аb-i çеşmə göllәrindә sonа dа bir, qаz dа bir.

Sü­­sәn, sünbül, mor mәnәvşә, bülbül ötәr yаzdа bir.

Vаqif dәrtdәn xәbәrdаrdı, Gövhәrin qiymәti yox.

Qul Qаrаnı, Qаrа Zülаl, Аşıq Ömәr sözdә bir.
Qurbаnı hаqq аşığıdır – dаimа xаmnаn sökәr,

Dәstinә аlıb qәlәmi, xәtdinә bir xәt çәkәr.

Çöllü İsmаyıl bаş tаcı, cаnnаn qәsәvvәt tökәr.

Kәrәm ki, yаndı аtаşа, od dа birdi, köz dә bir.


Mollа Xәlis dәlаlәtdә içdi еşqin bаdаsın.

Küfdаdiyа pay vеrildi onnаn dа ziyаdаsın.

İrfаni dәryа-ümmаndı, kеçmәk olmаz аdаsın.

Аşıq Sеyfi, Ustа Polаt, Dәli Tаmu sаzdа bir.




Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin