(Şamil Əli, 2013:153)
Şeirdə adları çəkilən Gövhәr, Qul Qаrаnı, İrfаni, Küfdаdi, Qаrа Zülаl, Аşıq Ömәr, Çöllü İsmаyıl, Аşıq Sеyfi, Ustа Polаt, Dәli Tаmu, Mollа Xәlis Çıldır bölgəsinin ustad aşıqları olub. Onların şeir qoşanları haqqında bilgimiz az da olsa var.
Gələcəkdə onların şeirlərindən bir toplu nəşr etdirməyi nəzərdə tutduğumuzdan burada əlavə bilgi verməyə ehtiyac duymuruq.
M. Fahrettin Kırzıoğlu 1936-37-ci illərdə Karsda “Özəl idarə təhsil müfəttişi” işləyərkən 76 kəndi bir neçə dəfə gəzdiyini, fürsət tapdıqda aşıq şeirlərini və folklor nümunələrini topladığını yazır. Araşdırıcı topladığı nümunələrin bir qismini 30 il sonra, yəni 1966-cı ildə “Türk kültürü” dergisinin sentyabr (sayı 47) sayında nəşr etdirib. O, şeirlərində nümunələr verdiyi çıldırlı aşıqların adlarını belə sadalayır : “Ahılkelekli Hasta Hasan, Konulyanlı (Altunkale) Çerkezoğlu, Ahıskalı Çirkini, Gülalı Xoca, Ahılkelekli Taştemir, Ahıskalı Emrah (İşığı), Üzeyri Usta (Fakiri), Ahıskalı Korhan, Ahıskalı Pir Mehdi, Hırtızlı Sevdayı, Hırtızlı Nihani, Ahıskalı Şehri, Azqurlu İsmail” (Kırzıoğlu Fehrettin, 1966 ).
Bu ozanların günümüzə kimi gəlib çatan şeirlərinə dayanaraq onların ömür yolları, yaradıcılıqları haqqında söz demək olur. Lakin bəstəkar aşıqlar, gözəl səsli aşıqlar, məclislər yola verən aktyor, rejissor aşıqlar haqqında isə heç nə deyə bilmirik. Çünkü əlimizdə heç bir bilgi yoxdur.
Qazaxıstana sürgün olunmuş Axısqalı bir ailədə doğulmuş gənc araşdırıcı İlham Katib “Aşuxlux sənəti” məqaləsində bölgədə yaşayan axısqalılardan Aşıq Şenlik, Aşıq Sümmanı, Aşıq Abbas, Aşıq Quleli (Qoçoğlu), Aşıq Şeydalı, Aşıq Sefili, Aşıq Cevri, Aşıq Emrah və b. haqqında xeyli material toplamaqla yanaşı, aşıqların çaldıqları 70 havanın da adını qeydə alıb. Bu havaların əksəriyyəti eyni adla bu gün də Azərbaycan aşıqları tərəfindən ifa olunur. (Katib İlham, 2007:325).
Yazılı qaynaqlara və aşıqların ustadlarından eşitdiklərinə dayanan araşdırıcılar bölgədə Suxaralı Şenlik, Narmanlı Sümmanı, Posoflu Faqiri, Hanaklı Mezlumi, Artvinli Şamili, Yusifelili Keçfi, Ardanuçlu Efkari, Şavşatlı Recai və b. haqqında son illərdə xeyli araşdırmalar aparmışlar.
Bölgə aşıq mühitinin gözəl bilicisi, rəhmətlik Valeh Hacılar da araşdırmalarında tez-tez 18-20 yüzillərdə Axısqa bölgəsində yaşamış aşıqlardan Xəstə Hasanın, Qul Qaranının, Usta Poladın, Molla Xəlisin, Şeydayinin, Feydayinin, Lebisli Aşıq Nurunun, onun oğlu, Aşıq Şenliyin şagirdi olmuş Aşıq Balakişinin, Lebisli Aşıq Orucun, Aşıq Əhmədin, Aşıq Balabəyin, Aşıq Məftunun, Xırtızlı Aşıq Həmzənin və b. adlarını çəkib, onların şeirlərindən nümünələr vermişdir (Hacılar Valeh, 2005).
Aşıq yaradıcılığı haqqında dəyərli araşdırmaların müəllifi, aşıq şeirləri və dastanlardan ibarət 20-dən çox kitab nəşr etdirmiş, Sivasdakı Cümhuriyyət Unversitetinin müəllimi, Doç. Dr. Doğan Kaya Aşıq Şenlikdən söz açarkən onun şagirdləri haqqında belə yazır : “Aşık geleneğinin çok güclü temsilçisi olan Şenliyin çırakları (şagirdləri) da Karsın yetiştirdiği güclü aşıklardandır. Oğlu Aşık Kasım, köylüsü Aşık Mehmet, Aşık Süleyman, Aşık Asker, Aşık İbrahim, Çıldırın Cala köyündən Aşık Hüseyin, Çıldırın Bekteşin köyündən Aşık İbrahimim oğlu Kasım, Arpaçayın Keçit köyündən Aşık Mansur, Arpaçayın Sosih köyündən Aşık Mehmet, Aşık Merdan, Aşık Mirza, Çadıralı köyündən Aşıq Mevlüt, Muzulu Aşık Latif, Selimin Bezirgankeçit köyündən Aşık Ömər, Revanlı Bala Mehmet, ...Gümrülü Aşık Ahmet gibi aşıklar Şenlik kolunun önəmli simalarıdır”. (Doğan Kaya, 2009:3, Doğan Kaya, 2012:10)
İstər keçmişdə, istər günümüzdə Çıldır bölgəsində yetişmiş, o mühitin təsirilə böyümüş aşıqlar Qul Qarani, İrfani, Xəstə Hasan, Şenlik ənənəsini ləyaqətlə və sevə-sevə davam etdirirlər.
Bu günün özündə Türkiyədə yaşayan aşıqların çoxu ya keçmiş Çıldır əyalətində doğulanlar, ya da ata-babaları oradan olanlardır. Onların sayı çox olduğundan adını çəkməyə ehtiyac duymadıq.
Dostları ilə paylaş: |