Azərbaycan miLLİ elmlər akademiyasi


Çıldırlı İrfani aşıqdır, yoxsa el şairi?



Yüklə 0,78 Mb.
səhifə20/64
tarix02.01.2022
ölçüsü0,78 Mb.
#1946
1   ...   16   17   18   19   20   21   22   23   ...   64
10. Çıldırlı İrfani aşıqdır, yoxsa el şairi?
Eyni təxəllüslə yazıb-yaradan şairlərin və aşıqların şəx­siyyət­lərini müəyyənləşdirmək, şeirlərini bir-birindən ayırmaq hə­mişə problemə çevrilib. Aşıq İrfani də belələrindəndir. “Kara mavi” nəşriyyatının 2016-cı ilin martında Ankarada çap etdirdiyi “Alevi-Bektaşi şairleri” kitabında İrfani Süleyman oğlundan başqa İrfani ləqəbli sənətkarlar haqqında yazır: “Ayrıca 1800’lü yıllarda yaşayan Dodurğalı İrfani, 1800’lü yıllarda yaşayan, asıl adı Abdullah olan Gürünlü İrfani, 1800’lü yıllarda yaşayan, er­meni kökenli bir İrfani (ya da Urfani), Anamurlu İrfani, asıl adı Ali Osman Şimşek olan Ardanuclu İrfani(1921), asıl adı Gazi Sarş­sakal olan sungurlulu İrfani(1926-1968), asıl adı Orhan Şa­ba­d­oğlu olan Kul İrfani (1946-2010) aşıqlar bulun­maq­da­dır”. (Alevi-Bektaşi şairleri, 2016:138)

Çağdaşımız olan türkiyəli Aşıq Mustafa Ruhani haqqında Di­lavər Düzgünün (Düzgün, 1997), Azərbaycan türkcəsində yazıb-yaradan, milliyətcə gürcü Aşıq Ruhani (İseb Beridze) haq­qında Valeh Hacıların (Hacılı, 2005, Hacıyev, 1991) araş­dır­ma­ları yayımlandığından biz onların ömür yollarından və yara­dıcı­lığından söz açmağa ehtiyac duymuruq. Əsas diqqəti “İrfani” saz havasının yaradıcısı sayılan sənətkarın ömür yoluna aydınlıq gə­tirməyə çalışacağıq. Aşıqlar adətən saz havalarının ritminə uy­ğun şeirlər söyləyirlər. Onların içərisində qoşma, təcnis, çığalı təc­nis, gəraylı, divani, duvaqqapma və s. olur. Aşıq İrfani Sü­ley­man oğlunun əlimizdə olan şeirlərinin hamısı qoşmadır. Halbu ki, həmin dövrdə bölgədə yaşamış aşıqların təcnislərinə, cığalı təc­nislərinə, divanilərinə, duvaqqapmalarına tez-tez rast gəlinir.



Buradan ilk baxışda belə qənaət doğur ki, İrfani aşıqlıq et­mə­­yib. El şairləri adlandırdığımız, aşıq havaları ilə oxuna bilən, he­ca vəznli şeirlər yazan sənətkarlarımızdan olub. Şurəddin Məm­mədli Qarapapaq da “Borçalı-Axısqa-Kars ədəbi arealının ta­­rixi təmsilçilərinin tarixi-coğrafi-ədəbi şəcərəsini” hazır­la­yar­kən “Urfanini 19-cu yüzildə yaşamış şair” kimi təqdim edib. (Qarapapaq-Məmmədli Şurəddin, 2004:5).

“Axısqa türk folkloru” kitabının tərtibçıləri də İrfanini aşıq ki­mi deyil, 19-cu yüzildə yaşamış “El şairi” kimi tanıdıblar. (Axıs­qa türk folkloru, 2008:216).

Ensar Aslan da “İrfani xoca həyatının sonuna qədər De­mir­ci­lik köyündə yaşamışdır, məzarı da buradadır” – yazır. (Aslan En­sar, 1980:27). Rəvayətlərdə İrfaninin Dəmircilik kəndinə sür­gün edildiyi də söylənilir. Sürgün olunan adama əlində saz kənd-kənd dolanıb məclis aparmasına icazə verilməsi inandırıcı görün­mür.

Sürgün əsasən daimilik deyil, müəyyən bir müddətlik olur. Gö­rünür Aşıq İrfani sürgün müddətini başa vurduqdan sonra oranı tərk etməyib. Buna görə də qəbri doğulduğu kənddə deyil, yaşadığı və ömrünü başa vurduğu kənddədir.

İrfani Süleyman oğlunun əsasən qoşmalar yazdığı və kənddə imamlıq etdiyi fikri ilə razılaşsaq onu bir aşıq deyil, el şairi kimi qə­bul etməliyik. Amma gözəl saz havası yaratması, bəylərin məc­­lisində Xəstə Hasanla deyişməsi, Qazağa yasa gəlməsi fakt­la­rı onun əlində saz bölgəni gəzdiyindən xəbər verir. Bir yerdə ya­­şayıb, imamlıq edən birisinin sazda gözəl hava yaratması inan­dı­­rıcı gö­rün­mür. Görünən odur ki, İrfani sürgün edildiyi müd­dət­də kənddə imamlıq etsə də sürgün müddəti başa çatdıq­dan sonra əlində saz el-el, oba-oba gəzib, aşıqlıq edib. Bu sə­nət­də o qədər məş­hurlaşıb ki, onu hətta Borçalıya, Qazağa da məclis apar­­­mağa dəvət ediblər. Buralarda da M.V.Vidadi və M.P.Va­qif­lə tanış olub, dostlaşıb.

İrfani haqqında söylənən dastan-rəvayətləri diqqətlə nəzər­dən keçirdikdə bu qənaətə gəlirik ki, onları aşıq özü yaratmayıb. Bir çox aşıqlarımızın həyatı haqqında olan dastan rəvayətlər kimi bun­la­rı da ölümündən sonra şeirlərinin yaranması haqqında söh­bət­­­lər əsa­sında formalaşdırıblar. Paşanın xanımı Hürüzad haq­qın­da şeirin yaranma­sından söz açanda aşıqların bəziləri şeirin pa­­şanın xa­hişi ilə yaran­dığını söyləyir. Bəziləri isə İr­fa­ni­nin Hü­rü­zad xa­nı­mı görəndə onun gözəlliyindən ilhamlanıb bə­da­hətən şeir qoş­du­ğu­nu və onun bu hərəkətin paşa sayğısızıq sa­ya­raq aşı­ğı cəza­lan­dır­dığını danışırlar.

Bu cür faktların sayını artırmaq da olar.

Heca vəznində şeir yazan şairlərimizin şeirlərindən fərqli ola­raq İrfaninin qoşmalarının hamısı müxtəlif saz havaları üs­tün­də asan­lıqla oxunur. Bu da onu göstərir ki, şeirlərin müəllifi mu­si­qidən gö­zəl baş çıxarırmış. Ola bilsin ki, Aşıq İrfani bir çox saz ha­valarını yeni çalarda ifa edib. Onlardan biri daha populyar ol­duğu üçün aşı­ğın adı ilə adlandırılıb, o birilər isə ümumi saz ha­vaları içərisində əriyib.

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin