Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 0,78 Mb.
səhifə15/64
tarix02.01.2022
ölçüsü0,78 Mb.
#1946
1   ...   11   12   13   14   15   16   17   18   ...   64
(Şamil, 2012:160)

Deyişmə hər iki aşığın ustadlıq məharətindən xəbər verir.

Aşıq İslam Erdener İrfaniyə buta verildiyini, onun sev­gi­lisi­nə qovuşmaq üçün səfərə çıxdığını və bu yolda qarşılaşdığı çə­tin­likləri şirin bir dillə danışırdı. Bu dastan-rəvayətdəki bəzi epi­zodlar “Əsli-Kərəm” dastanını xatırladırdı. Sujet oxşarlığına bax­ma­yaraq dastan rəvayətinin önəmli cəhəti İrfaninin şeirlərini qo­ru­yub saxlaması idi.
6. İrfani haqqındakı xalq hekayəsinin qısa özəti
Aşıq İslama görə İrfaninin adı Süleyman olmuş, atasını er­kən itirdiyindən paşa olan əmisinin himayəsində böyüyüb. Əmisi onun dərin dini təhsil almasını istəyib. Yeniyetmə çağlarında ərən­­lər ona yuxuda buta verdiyindən təhsilini yarımçıq qoyaraq sev­gilisi, Türkmən bəyinin qızı Sənəmi axtarmağa başlayıb. Çox ma­niələri aşdıqdan, çətinliklərə qalib gəldikdən sonra sevgilisini ta­pıb. Lakin qızı ona verməyiblər. Dəliqanlı Süleyman qızı qa­çı­ra­raq Ardahanla Axısqa arasındakı Ulqar dağdakı xaraba kilsədə giz­lənib. Türkmən bəyi hökümətə şikayət edib. Axtarıb İrfani və sev­gilisini tapıblar. İrfanini həbs edərək Çıldır gölündəki Ağ­ca­qa­laya göndəriblər, sevgilisini isə valideyinlərinə veriblər. Ərən­lə­rin köməyi ilə Süleyman gölün ortasındakı Ağcaqaladan qaçıb. Gəlib yenidən sevdiyi qızı - Sənəmi qaçırdıb. Bu hadisə bölgədə ya­şayan insanların heyrətinə və söz-söhbətlərinə səbəb olub.

Başına gələn macəralar və İrfani təxəllüsü ilə söylədiyi şeir­lər xalq arasında dastana dönüb, haqqında hər yerdə mə­həb­bət və ehtiramla danışılıb. Bu söz-söhbətdən xəbər tutan Çıldır pa­şası onu yanına gətirdib. Haqq aşığı olub-olmadığını yoxlamaq üçün məclis qurub və çalıb-oxumasını istəyib. İrfaninin oxu­ma­sı, onun bədahətən söylədiyi şeirlər və çaldığı saz havaları məc­lis­dəkilə­rin hamısının xoşuna gəlib. Paşa İrfanini Arpaçay qə­za­sındakı Də­mirçilik kəndinə göndərib və oradakı məscidə imam təyin edib.




Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin